Çox yatmaq müxtəlif xəstəliklərə səbəb olur? Açıqlama
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Onkoloq Vladimir İvaşkov çox yatmağın müxtəlif xəstəliklərə səbəb olması ilə bağlı yayılmış fikrin doğru olmadığını bildirib.
Redaktor.az xəbər verir ki, mütəxəssis bu barədə "Telegram" kanalınd yazıb.
Həkimin sözlərinə görə, araşdırmalarda uzun müddət yatan insanlarda artıq çəki, diabet, metabolik pozğunluqlar, ateroskleroz və insult riskinin daha yüksək olduğu müşahidə edilib. Həmçinin 9 saatdan çox yuxu ölüm riski ilə əlaqələndirilib.
Lakin mütəxəssis bunun çox yatmağın xəstəliklərə səbəb olduğunu göstərmədiyini vurğulayıb. Onun sözlərinə görə, bəzi hallarda insanın uzun yatmasının səbəbi artıq mövcud olan sağlamlıq problemləri ola bilər.
İvaşkov qeyd edib ki, yuxu ilə bağlı araşdırmaların bir hissəsində insanlar nə qədər yatdıqlarını özləri bildirirlər. Bu isə yuxunun həqiqi müddətini və keyfiyyətini tam əks etdirməyə bilər.
Həkim sağlam insanın da bəzən uzun müddət yata biləcəyini bildirib. Onun sözlərinə görə, bu, xüsusilə əvvəlki günlərdə yaranmış yuxu çatışmazlığını kompensasiya etmək üçün baş verə bilər. Yuxu borcu aradan qalxdıqdan sonra insanın yuxu müddəti adətən yenidən azalır.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 25 Avqust 2026 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















