Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Bu yağlar bir çox xəstəliklərə səbəb olur: sonsuzluq, xərçəng...

Bu yağlar bir çox xəstəliklərə səbəb olur: sonsuzluq, xərçəng...

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Trans yağlarının (marqarin, bərk palma yağı və s.) orqanizm üçün çoxlu sayda ziyanlarının olduğu bildirilir.

Ümumdünya Səhiyyə Təşkilatının araşdırmasına görə, trans yağ turşularının yüksək miqdarda qəbulu ürək-damar xəstəlikləri riskini 21%, ölüm riskini isə 28% artırır. Bundan başqa, trans yağ turşuları hüceyrələrin fosfolipid membranının strukturunda dəyişikliklərə, immun sistemin, görmə qabiliyyətinin zəifləməsinə, Alzheimer xəstəliyinin yaranma riskinin yüksəlməsinə səbəb olur.

Saglamolun.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin, Risklərin qiymətləndirilməsi sektorunun müdiri Aynurə Rzayevanın hazırladığı məqalədə qeyd olunub ki, araşdırmalara əsasən, trans yağ turşuları orqanizmin reproduktiv (nəsiltörətmə) qabiliyyətinə mənfi təsir edərək həm qadın, həm də kişilərdə sonsuzluğun yaranmasına, hamilə qadınlarda dölün inkişafına mənfi təsir edir. Böyüməkdə və inkişafda olan uşaq orqanizmində bu yağlar birbaşa mərkəzi sinir sistemində pozuntuların yaranmasına səbəb olur. Trans yağ turşularının ana südü vasitəsilə anadan körpəyə keçdiyi də sübut olunub.

Başqa bir araşdırmaya görə, trans yağ turşularının istehlakı ilə postmenopauza (klimaks) dövründə olan qadınlarda süd vəzi xərçənginin əmələ gəlməsi riski arasında qarşılıqlı əlaqənin olduğu sübut edilib.

Sənaye üsulu ilə alınmış trans yağların sağlamlığa mənfi təsirləri ilə bağlı elmi dəlillər son 30 ildə daha da artmışdır. Ümumdünya Səhiyyə Təşkilatının 2003-cü il rəsmi hesabatına əsasən, tərkibinə trans yağ turşuları daxil olan yağların qida rasionunda istifadəsinin maksimum dərəcədə azaldılması (2000 kkal enerjiyə gündə 2 qramdan daha az, yəni ümumi enerji tələbatının 1 %-dən daha az) məsləhət görülür.

Mütəxəssis bildirib ki, gündəlik istehlak olunan əsas qida məhsullarından biri olan yağların həm yüksək enerji mənbəyi, həm də tərkibindəki yağ turşularının xüsusiyyətlərinə görə insanların qidalanması və sağlamlığı nöqteyi-nəzərindən önəmli rolu vardır. Yağ istifadəsi zamanı diqqət edilməsi vacib olan məqam yağın tərkibində mövcud olan doymuş və doymamış yağ turşularının miqdarıdır. Ümumiyyətlə, doymuş yağ turşularından əmələ gələn yağların əksəriyyəti otaq temperaturunda qatı (sərt), tərkibində doymamış yağ turşuları olan yağlar isə maye halında olurlar. Heyvan mənşəli yağlar əsasən doymuş, bitki mənşəli yağlar isə doymamış yağlardan ibarət olur: “XX əsrin əvvəllərindən etibarən bitki mənşəli yağların dadını qorumaq, fiziki xüsusiyyətlərini dəyişmək, saxlama müddətini və istifadə imkanlarını artırmaq məqsədilə onların qismən hidrogenləşdirilməsi prosesi həyata keçirilməyə başlanılıb. Bu proses zamanı bitki yağlarının tərkibində orqanizm üçün faydalı olan doymamış yağların quruluşunda dəyişikliklər (sis formadan trans formaya keçir) baş verir. Belə ki, həmin doymamış yağların bir hissəsi süni olaraq doymuş yağlara, bir hissəsi isə trans yağlara çevrilir. Prosesin sonunda yarıqatı, yaxud qatı yağ əldə olunur. Bu tip yağlar XX əsrin sonlarına qədər heyvan mənşəli yağların ən sağlam əvəzedicisi kimi təbliğ edilirdi. Lakin sonradan sənaye üsulu ilə alınmış bu cür yağların insan sağlamlığına ciddi təhlükə yaratdığı məlum olmuşdur. Bundan sonra dünyanın bir sıra ölkələrində onlardan istifadənin azaldılması məqsədilə müxtəlif tədbirlər görülmüşdür”.

Trans yağlar hansı qidalarda mövcuddur?
Məqalədə bildirilib ki, trans yağlar gövşəyən heyvanların (inək, qoyun, dəvə) orqanizmində təbii halda yaranır. Habelə bitki yağlarının rafinə edilməsi zamanı da trans yağların əmələ gəlməsi məlumdur. Belə ki, rafinasiya prosesindən sonra duru yağlarda 3,5 %-dən çox trans izomerin yarandığı müəyyən edilmişdir. Hətta məişətdə qidaların qızardılması zamanı istifadə olunan yağlarda da trans yağ turşularının əmələ gəldiyi məlum olmuşdur.

Sənaye üsulu ilə alınmış yağlar daha çox hazır qida sənayesində istifadə olunur. Son zamanlar hazır qida məhsullarının istehlakının artımını nəzərə alsaq, tərkibində trans yağlar olan ərzaqları tanımaqla sağlamlığımızın qeydinə qala bilərik. Trans yağlardan daha çox fastfud (hamburger, pitsa, səhər yeməyi üçün hazır qidalar, qəlyanaltılar (snack)), peçenye, çipsi, vafli, kreker, şokolad, konfet, marqarin, qızartma yağları, qat-qat xəmir, keks, biskvit, sous, mayonez istehsalında istifadə olunur.

Bəs trans yağların insan orqanizminə hansı təsiri var?

Mütəxəssis vurğulayıb ki, gündəlik qida rasionunda trans yağ turşularının qəbulu müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilər. Trans yağ turşuları sis yağ turşuları ilə müqayisədə daha yuxarı temperaturda (25±50 C) əridiyindən qidalanma fiziologiyası və ürək-damar xəstəlikləri baxımından mənfi təsirə malikdir. Belə ki, trans yağlar aşağı sıxlıqlı lipoproteini (“zərərli” xolesterol) artırıb, yuxarı sıxlıqlı lipoproteini (“xeyirli” xolesterol) azaltmaqla ürək-damar xəstəliklərinin yaranmasına, maddələr mübadiləsinin pozulmasına və piylənməyə səbəb olur. Həmçinin trans yağ turşuları orqanizmin hüceyrələrində insulinə qarşı rezistentlik əmələ gətirərək diabetə meyilliliyin yüksəlməsinə, aterosklerozun və xroniki iltihabi proseslərin inkişafına şərait yaradır.

Məlumata görə, xüsusən inkişaf etmiş ölkələrdə istehlak edilən qida qrupları ilə əlaqəli olaraq, Qida və Dərman Assosiasiyası (FDA - Food and Drug Association), Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO – Food and Agriculture Organization) və Ümumdünya Səhiyyə Təşkilatı kimi beynəlxalq nüfuzlu qurumlar insan sağlamlığının qorunması və təhlükəsiz qidaya olan tələbatın yüksəldiyi bir zamanda insanların tərkibində trans yağ turşuları olmayan və ya az miqdarda tapılan qidalara üstünlük verməsini, düzgün və rasional qidalanma rejiminə riayət etməsini, qidalanma vərdişləri formalaşdırmasını, düzgün və sağlam ərzaq seçiminə diqqəti maksimum dərəcədə artırmasını tövsiyə edirlər: “Paketlənmiş hər hansı bir qidanın trans yağa malik olub-olmadığını öyrənmək məqsədilə, etiket məlumatlarını və məhsulun tərkibi barədə məlumatların qeyd edildiyi bölmələri diqqətlə oxumaq lazımdır. Belə ki, bəzi qablaşdırma məlumatlarında "trans yağ" əvəzinə "hidrogenləşdirilmiş bitki yağı" ifadəsi yazılır. Buna diqqət etməklə, özümüzü trans yağların mənfi təsirindən və sağlamlığımıza yarada biləcək təhlükədən qoruya bilərik”.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 07:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see626

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see558

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see435

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see305

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see300

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see300

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see287

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see278

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see245

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see237

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see227

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see226

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see214

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see210

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see210

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see209

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see192

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see177

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see172

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri