Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

“Çox yeyən ölkə”nin ərzaq problemi:Bazarlarda nə baş verir?

“Çox yeyən ölkə”nin ərzaq problemi:Bazarlarda nə baş verir?

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Son dövrlər qida sektorunda artan problemlər cəmiyyətdə ciddi narahatlıq yaradır.

Tərkibi dəyişdirilən yağlar, keyfiyyəti və mənşəyi şübhə doğuran məhsullar son vaxtlar bazarda daha geniş yayılmaqdadır. Vətəndaşlar gündəlik tələbat üçün aldıqları ərzaq məhsullarının keyfiyyətsiz olması, dadında və görünüşündə dəyişikliklərin müşahidə edilməsi, eləcə də sağlamlıq üçün risk yaradan hallarla bağlı narazılıqlarını tez-tez dilə gətirirlər. Mövcud vəziyyət qida sahəsində nəzarətin gücləndirilməsinin və vətəndaşların sağlamlığının daha ciddi şəkildə qorunmasının vacibliyini bir daha gündəmə gətirir.

Qida eksperti Asim Vəli “Cümhuriyət”-in suallarını cavablandırıb:

- Hazırda Azərbaycan bazarında istehlakçılar üçün ən riskli hesab olunan qida məhsulları hansılardır?

- Müasir qida sənayesinin inkişafı, qida çeşidliliyinin artması ilə yanaşı qida istehsalı müəssisələrinin artmasına zəmin yaradır. Belə olduqda bazarda sağlam, təhlükəsiz məhsullarla yanaşı, riskli məhsullar da öz yerini tutmağa başlayır. Ən riskli məhsullar sırasında əsasən gündəlik istehlak olunan qidalar dayanır.

Bunlara biz ucuz qiymətə satılan kolbasa və sosisləri, açıq şəkildə satılan süd və süd məhsullarını, nəzarətsiz istehsal olunan yağları, etiketi düzgün olmayan şirniyyatları və mənşəyi bəlli olmayan ət məhsullarını aid edə bilərik. Bu qidalar həm saxtalaşdırmaya, həm də düzgün saxlanmamağa daha açıqdır. Əsasən də yay və payız aylarında soyuq zəncirin pozulması ciddi təhlükə yaradır.

- AQTA-nın son dövrlərdə apardığı monitorinqlər bazardakı real vəziyyəti dəyişməyə yetirmi?

- Təbii ki, AQTA-nın apardığı monitorinqlər təqdirəlayiq və mühüm addımdır. Amma təkbaşına bazardakı bütün problemləri aradan qaldırmaq üçün yetərli deyil. Nəzarət tədbirləri artıb, amma bazar da genişdir. Problem yalnız cərimə və yoxlama ilə həll olunmur.

İstehsalçı məsuliyyəti, satıcı mədəniyyəti və istehlakçı məlumatlılığı paralel inkişaf etməlidir. Əks halda, pozuntular bir sahədən digərinə keçir.

- Azərbaycan “çox yeyən ölkə” kimi tanınsa da, rəsmi statistikada bəzi məhsullar üzrə istehlakın yetərli olmaması nə ilə izah olunur?

- Azərbaycan çox qida istehlak edən bir ölkə olaraq tanınsa da, rəsmi statistikada bəzi məhsullar üzrə istehlakın az görünməsi əsasən balanssız qidalanma ilə bağlıdır. İnsanlar daha çox un məmulatları, yağlı və şirin qidalara üstünlük verirlər. Balıq, paxlalılar, tam taxıllar, tərəvəz və meyvələr isə rasionda kifayət qədər yer almır. Bu da statistikada sağlam qidaların istehlakının aşağı görünməsinə səbəb olur.

- Azərbaycanda qidalanma mədəniyyəti artıq formalaşıbmı, yoxsa bu anlayış hələ də formal xarakter daşıyır?

- Təəssüf hissi ilə bildirirəm ki, qidalanma mədəniyyəti anlayışı Azərbaycanda hələ tam formalaşmayıb. Bir çoxlarında doymaq anlayışı sağlam qidalanmaq anlayışını üstələyir. İnsanlar nə yediklərindən çox, nə qədər yediklərinə diqqət edirlər. Etiket oxuma vərdişi zəifdir. Məhsulun tərkibi, istehsal tarixi və saxlanma şəraiti ikinci plana keçir. Bu isə uzunmüddətli sağlamlıq riskləri yaradır.

- Mətbəxin ayrılmaz məhsulu olan yağların tərkibi niyə dəyişdirilir və bazarda keyfiyyətli, təmiz yağ tapmaq niyə getdikcə çətinləşir?

- Yağ məsələsi isə xüsusi narahatlıq doğurur. Bazarda kərə yağı adı ilə satılan məhsulların bir qismi bitki yağları, marqarinlər və texnoloji qatqılarla hazırlanır. Yağların tərkibi əsasən maya dəyərini azaltmaq üçün dəyişdirilir. Təmiz yağ istehsalı baha başa gəlir.

Buna görə də bəzi istehsalçılar keyfiyyətdən imtina edir. Nəticədə istehlakçı keyfiyyətli yağ tapmaqda çətinlik çəkir. Problemin həlli üçün yalnız nəzarət yox, maarifləndirmə də gücləndirilməlidir. Bu işdə dövlət, QHT və media qurumları koordinasiyalı şəkildə çalışmalıdır.

Vətəndaş nəzarəti artırılmalıdır. Bilməliyik ki, ucuz məhsul hər zaman sərfəli deyil. Sağlam qida həm də seçim məsələsi deyil, məsuliyyət göstəricisidir. Qida təhlükəsizliyini təkbaşına dövlətin üstünə ataraq məsuliyyətdən xilas ola bilmərik. İstehlakçı olaraq da bu, bizim gündəlik qərarlarımızdan asılıdır.

Gülər Həsənli
"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Yanvar 2026 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see644

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see407

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see350

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see262

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see255

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see252

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see236

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see229

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see228

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see219

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see214

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see204

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see200

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see200

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see198

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see196

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see189

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see188

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see180

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri