Icma.az
close
up
RU
Çoxlu sayda alim, sahibkar və ictimai xadim süni superintellektin qadağan edilməsini tələb edir

Çoxlu sayda alim, sahibkar və ictimai xadim süni superintellektin qadağan edilməsini tələb edir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 24 oktyabr, AZƏRTAC

Xarici media yazır ki, 850-dən çox alim, sahibkar və ictimai xadim süni superintellektin (ASI) inkişafının qadağan edilməsinə çağıran açıq məktub imzalayıb. Onlar xəbərdarlıq edirlər ki, avtonom öyrənmə, kodların yenidən yazılması və insan müdaxiləsi olmadan strateji qərarlar qəbul etmə qabiliyyətinə malik sistemlər sivilizasiyanın əməliyyat sistemini poza bilər.

AZƏRTAC xəbər verir ki, məktub süni intellekt etikası ilə bağlı təşəbbüsləri ilə tanınan Gələcək Həyat İnstitutu tərəfindən dərc edilib. İmza atanların arasında Yoşua Bengio, Ceoffri Hinton, Stiv Voznyak, Syuzan Rays və Yuval Nuh Harari var. Məktubda qeyd edilib ki, bəşəriyyət nəticələrini proqnozlaşdıra bilməyəcəyi bir texnologiya yaratmaq riski ilə üzləşir. Harari yazıb: “Əgər biz bu gün insanlara fayda verən nəzarətli süni intellektə diqqət yetirsək, onun potensialını təhlükəsiz şəkildə ortaya çıxara bilərik”.

Lakin, əsas süni intellekt şirkətlərinin – “OpenAI”, “Anthropic”, “Google” və “Microsoft”un rəhbərləri məktubu dəstəkləməkdən çəkiniblər. Bu, süni intellektin inkişafına akademik və korporativ yanaşmalar arasında artan boşluğu vurğulayır.

Alimlər bu cür sistemlərin təhlükəsiz və nəzarət altında yaradılmasının mümkünlüyü barədə elmi konsensus yaranana qədər hər hansı superintellektin inkişafına moratorium qoyulmasını tələb edirlər. Onlar qeyd edirlər ki, süni intellekt məqsədlərini bəşəri dəyərlər ilə uyğunlaşdırmaq üçün mövcud metodlar insan zəkasını üstələyən sistemlər səviyyəsində istifadəyə hazır deyil. “IBM Research” şirkətinə görə, hətta süni intellektin yoxlanılması və idarə olunmasına mövcud yanaşmalar daha inkişaf etmiş modellər üçün "fəlakətli dərəcədə qeyri-kafi" ola bilər.

Analitiklər hesab edirlər ki, süni superintellekt təhlükəsi hələlik birbaşa biznes problemi kimi qəbul edilməməlidir. “Bu, 2025-2028-ci illər üçün əməliyyat riski deyil, əksinə fəlsəfi bir sualdır. Lakin müzakirə artıq prioritetləri dəyişir və getdikcə daha çox şirkət ən ağıllı deyil, xüsusən də maliyyə, tibb və dövlət xidmətlərində ən proqnozlaşdırıla bilən və şəffaf olan süni intellektə güvənir”, -deyə “Greyhound Research” şirkətinin baş direktoru Sançit Vir Qogia qeyd edir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, birtərəfli qadağa öz süni intellekt modellərinə fəal şəkildə investisiya qoyan Çinin mövqeyini gücləndirə bilər. “DeepSeek” və “Alibaba” kimi şirkətlər artıq rəqabətli açıq mənbəli həllər buraxır və ABŞ ilə texnoloji fərqi azaldır. Analitiklər qeyd edirlər: “Qərb bu sahədə yavaşlasa, Çin sürətlənəcək. Bəlkə də bu rəqabətin qalibi ilk dəfə olaraq ASI-ni sürətlə yaradan deyil, onu cilovlamağı öyrənən olacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri