Çoxlu təhdidlər alıram Tramp təyyarəsini dəyişməsindən danışdı
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp Ankarada səfəri zamanı təyyarəsini dəyişməsi ilə bağlı açıqlama verib.
Tramp “The Washington Post” qəzetinin ABŞ prezidentinin İrandan gələn sui-qəsd təhdidləri səbəbi ilə Ankarada başqa təyyarəyə keçirilməsi barədə məlumatına münasibət bildirərkən deyib ki, bu qərar Məxfi Xidmətin tələbi olub.
“Bu, yalnız Məxfi Xidmətdən asılıdır. Mən sadəcə onların nə etmək istədiklərini izləyirəm. Ona görə də Məxfi Xidmət və ordudan danışıram”, – deyə Tramp bildirib.
ABŞ prezidenti qeyd edib ki, təhlükəsizlik əməkdaşları ondan fərqli uçuşa və başqa təyyarəyə keçməsini istəyiblər və o da onların tələbinə əməl edib.
“Deyəsən, orada bir təhlükə var idi. Bu barədə çox soruşmadım. Çoxlu təhdidlər alıram”, – deyə Tramp əlavə edib.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 12 Avqust 2026 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















