Icma.az
close
up
RU
“Çoxmərtəbəli binalarda uşaq təhlükəsizliyi xüsusi maddə kimi qanunda əks olunmalıdır”

“Çoxmərtəbəli binalarda uşaq təhlükəsizliyi xüsusi maddə kimi qanunda əks olunmalıdır”

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Dərin təəssüf hissi ilə bildirirəm ki, Saray qəsəbəsində baş verən hadisə yalnız bir ailənin faciəsi olmaqla qalmayıb, həm də cəmiyyət üçün ibrət olmalıdır".

Bunu “Yeni Sabah”a texniki təhlükəsizlik eksperti Orxan Musayev bildirib.

O, fikrinə belə davam edib: "Təəssüf ki, Azərbaycanda çoxmərtəbəli binalarda uşaqların pəncərədən və ya eyvandan yıxılması halları ilk dəfə deyil. Belə hadisələrin qarşısını almaq üçün ən vacib məsələ mənzillərin layihələndirilməsi və tikintisində təhlükəsizlik normalarına ciddi əməl olunmasıdır. Çoxmərtəbəli binalarda qoruyucu barmaqlıqlar olmalı, uşaqların asanlıqla aça bilmədiyi xüsusi kilid sistemləri quraşdırılmalıdır. Sezar pizza

Çox hallarda ev alan vətəndaşlar yalnız interyerə, mətbəxə, otaqların ölçüsünə və dekorasiyaya diqqət yetirir, amma təhlükəsizlik detallarını nəzərə almırlar. Halbuki uşaqlar üçün ən kiçik boşluq belə ölümcül risk yarada bilər.

Ailələr ev alarkən və ya kirayə götürərkən mütləq diqqət etməlidirlər ki, pəncərə açılan yerlər uşaqların boynundan yuxarı olsun, evlərdə təhlükəsizlik şüşəsi və ya dəmir barmaqlıqlar quraşdırılsın, eyvanlarda qoruyucu məhəccərlə təmin edilsin. Bunlar elementar, amma həyat qurtaran detallardır”.

Ekspert əlavə edib ki, xarici ölkələrin təcrübəsinə baxanda görürük ki, məsələn, Avropa ölkələrində yeni tikilən binalarda uşaqlar üçün təhlükəsizlik standartları qanunla məcburi hesab olunur:

“Orada pəncərə və eyvanlarda xüsusi kilid sistemləri təsis olunur. Bəzi ölkələrdə isə bu tələblərə cavab verməyən evlərə istismara icazə verilmir. Azərbaycanda da bu yanaşmanın tətbiqi istiqamətində müəyyən normativlərin və qaydaların hazırlanması vacibdir.

Baş verən hadisəni yalnız ehtiyatsızlıq kimi qiymətləndirmək doğru deyil, çünki bir uşaq həyatı heç bir səbəblə müqayisə oluna bilməz. Fikrimcə, Azərbaycanda tikinti normaları dəyişdirilməli və çoxmərtəbəli binalarda uşaq təhlükəsizliyi xüsusi maddə kimi qanunda əks olunmalıdır”.

Xatırladaq ki, Saray qəsəbəsində “Saray MTK” yaşayış kompleksində 5 yaşlı uşağın 8-ci mərtəbədən yıxılaraq faciəvi şəkildə dünyasını dəyişməsi ölkədə çoxmərtəbəli binalarda uşaqların təhlükəsizliyi məsələsini bir daha aktuallaşdırıb.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 Avqust 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri