Icma.az
close
up
RU
Çoxsaylı sazişlər dövlətlər arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəldib Fatma Yıldırım

Çoxsaylı sazişlər dövlətlər arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəldib Fatma Yıldırım

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi geniş müsahibə bir daha göstərdi ki, Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq ən yüksək səviyyədə inkişaf edir. Dövlət başçısı çıxışında vurğulanan məsələlər regionumuzun gələcək inkişaf xəttini müəyyən edən strateji istiqamətləri ehtiva edir və Azərbaycan-Özbəkistan münasibətlərinin nümunəvi xarakter daşıdığını açıq şəkildə nümayiş etdirir".

Bunu 525.az-a millət vəkili Fatma Yıldırım bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Mərkəzi Asiya ölkələri tarixən, mədəniyyət, coğrafiya və ortaq dəyərlər baxımından bir-birinə sıx bağlıdır. İlk baxışda fiziki sərhədlər ayrı görünə bilər, lakin Xəzər dənizi bizim xalqlarımız arasında körpü rolunu oynayan mühüm geosiyasi məkandır. Bu gün Xəzər yalnız su hövzəsi deyil, strateji birlik və əməkdaşlıq rəmzidir. Dövlət başçımızın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində ardıcıl iştirakı Azərbaycanla region ölkələri arasındakı siyasi dialoqun yüksək səviyyəsini göstərir.

Xüsusilə Azərbaycan-Özbəkistan münasibətləri dövlət başçılarının şəxsi dostluğuna, qarşılıqlı etimada və vahid tarixi-mədəni köklərə söykənir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, son illərdə qarşılıqlı səfərlərin intensivliyi əlaqələrimizin rekord səviyyədə inkişaf etdiyini sübut edir. İmzalanan müttəfiqlik müqavilələri, yol xəritələri, çoxsaylı sazişlər dövlətlər arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəldib:

"Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə ardıcıl dəstəyi, xüsusilə Qarabağın bərpasına göstərdiyi qardaş yardımı, Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası bizim üçün böyük mənəvi əhəmiyyət daşıyır.  İqtisadi-ticari əlaqələrin dinamik artımı, qarşılıqlı investisiyaların çoxalması, Orta Dəhlizin inkişafı, nəqliyyat-logistika infrastrukturunda əməkdaşlıq Azərbaycan-Özbəkistan tərəfdaşlığının strateji mahiyyətini daha da gücləndirir. Təkcə 2025-ci ilin 9 ayında ticarət dövriyyəsinin 87 faizdən çox artması bu əlaqələrin real nəticələrini göstərir. Azərbaycan ticarət, sənaye, kənd təsərrüfatı, energetika və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində qətiyyətlidir. Mədəni-humanitar sahədə reallaşdırılan layihələr, qardaşlaşmış şəhərlərin artan əməkdaşlığı, keçirilən mədəniyyət günləri xalqlarımız arasında yaxınlığın daha da möhkəmləndirilməsinə xidmət edir. Daşkənddə Heydər Əliyev meydanının yaradılması, Bakıda Özbəkistan parkının salınması bu dərin dostluğun rəmzidir.  Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini daim dəstəkləyir və türk dünyasının həmrəyliyinin möhkəmlənməsinə mühüm töhfə verir. 2027-ci ilin U-20 Dünya Çempionatının Azərbaycan və Özbəkistan tərəfindən birgə keçirilməsi isə bu strateji tərəfdaşlığın idman sahəsində də mühüm nəticələr verdiyini sübut edir.

Bütün bu faktlar onu göstərir ki, Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlər yeni tarixi mərhələyə qədəm qoyub. Bu əməkdaşlıq yalnız iki ölkə üçün deyil, bütövlükdə regionun inkişafı, sabitliyi və rifahı üçün böyük strateji əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin bu müsahibəsi həm ölkələrimiz arasındakı çoxşaxəli əməkdaşlığın mahiyyətini aydın şəkildə ortaya qoyur, həm də gələcək fəaliyyət üçün yol xəritəsi rolunu oynayır. Azərbaycan-Özbəkistan qardaşlığı bundan sonra da güclənəcək, xalqlarımız arasındakı sarsılmaz bağlar daha möhkəm olacaq".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Noyabr 2025 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see250

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see149

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see148

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see135

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri