Çoxuşaqlı anaların pensiya yaşı dəyişir? AÇIQLAMA
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər.
Bəs çoxuşaqlı ailələrin sayının azalması fonunda bu anlayışın əhatə dairəsinin genişləndirilməsi, yəni meyarın iki və ya üç uşağa endirilməsi mümkündürmü?
Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı Bakıvaxtı.az-a danışarkən bildirib ki, çoxuşaqlı ailələrlə bağlı meyarların yenidən nəzərdən keçirilməsi və pensiya yaşının uşaqların sayına uyğun müəyyənləşdirilməsi məsələsi müzakirə olunur.
Onun sözlərinə görə, təkliflərdən biri çoxuşaqlı ailə anlayışına yenidən baxılması, müvafiq meyarın mərhələli şəkildə üç uşağa endirilməsi və beş, altı və daha çox uşağı olan ailələrdə valideynlərin uşaqların sayına uyğun olaraq daha erkən pensiyaya çıxmasının təmin edilməsidir.

Deputat Vüqar Bayramov
"Bununla bağlı təkliflər aidiyyəti dövlət qurumuna təqdim olunub və məsələ komitədə də səsləndirilib. Maliyyə qiymətləndirməsi və müvafiq mexanizmlər öyrənildikdən sonra bu istiqamətdə qərarların verilməsi mümkün ola bilər", - deyə deputat qeyd edib.
Günəş Mərd
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 22 Oktyabr 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















