Icma.az
close
up
RU
Çoxuşaqlı valideynləri sevindirəcək təklif: 100 mindən çox ailə...

Çoxuşaqlı valideynləri sevindirəcək təklif: 100 mindən çox ailə...

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Azərbaycanda çoxuşaqlı ailə anlayışının beşdən üçə endirilməsi təklif edilir. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Mehriban Vəliyeva hazırda təklif üzərində iş getdiyini bildirib. Bu təkliflər ölkədə demoqrafik inkişafla bağlı hazırlanacaq dövlət proqramına daxil ediləcək.

News24.az "Kaspi" qəzetinə istinadən xəbər verir ki, millət vəkilinin sözlərinə görə, ölkədə bu qəbildən olan 100 mindən çox ailə var. Yəni, çoxuşaqlı ailə modeli beşdən üçə endirilsə, 100 mindən çox ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər.

Statistik məlumata əsasən, Azərbaycanda uşaqlı ailələrin sayı 1 347 534-dür. Şəhər yerlərində 725 615, kənd yerlərində 621 919 uşaqlı ailə yaşayır. Onlardan 422 989 ailə biruşaqlıdır. Ölkədəki 557 814 iki uşaqlı ailənin 295 884-ü şəhər, 261 930-u kənd yerlərində məskunlaşıb. Üçuşaqlı ailələrin ümumi sayı 256 261-ə bərabərdir. Dörduşaqlı ailələrin ümumi sayı isə 71 151-dir. Ümumi sayı 23 150 olan beşuşaqlı ailələrin 11 313-ü şəhərdə, 11 837-si kənd yerlərində yaşayır. Altıuşaqlı ailələrin sayı 9 332-dir. Ölkədə yeddi və daha çox uşağı olan 6 837 ailə mövcuddur.

Hazırda beşdən çox uşağı olan ailələrə sosial müavinət verilir və bu müavinətin aylıq məbləği hər uşaq üçün 105 manatdır.

Maraqlıdır, görəsən, hökumət çoxuşaqlı ailə anlayışında dəyişikliyə gedəcəkmi? Demoqrafik proseslər baxımından dövlətin buna ehtiyacı varmı? Bu qərar ölkədə doğum səviyyəsini artıra bilərmi?

"Çoxuşaqlı ailə trend deyil"

Sosioloq Üzeyir Şəfiyev bildirir ki, Azərbaycan yaxın gələcəkdə çoxuşaqlı ailələrin stimullaşdırılması yönündə konkret addımlar atacaq: "Bunu şərtləndirən bir sıra səbəblər mövcuddur. Həm təbii artım getdikcə aşağı düşür, həm də keyfiyyətli və gənc əhaliyə həmişə ehtiyacı var. Nəzərə alaq ki, təbii artım tempinin aşağı düşməsi orta və uzaq perspektivdə səfərbərlik, əmək bazarı ilə bağlı problemlər yarada bilər. Eyni zamanda, təbii artımın aşağı düşməsi ilə mexaniki artım artır. Yəni, bu, ölkəyə miqrant axınını sürətləndirə bilər. Bunun qarşısını almağın yeganə yolu ailə planlaması və demoqrafik siyasəti təşviq etməkdir. Nəticədə miqrant axını olmayacaq, əhali təbii şəkildə çoxalacaq. Onsuz da Azərbaycanda beşuşaqlı ailələrin sayı 1-2 ildən sonra daha da aşağı düşəcək. Çünki artıq Azərbaycan cəmiyyətində düşüncə tərzi dəyişib, çoxuşaqlı ailə trend deyil. İnsanlar düşünürlər ki, bir və ya iki uşağa sahib olub, onları daha keyfiyyətli şəkildə böyütsünlər, yaxşı təhsil versinlər və digər imkanlarla təmin etsinlər. Əsas meyar budur".

Təbii artımda ləngimə

Ekspert vurğulayır ki, Azərbaycanda təbii artımda heç vaxt olmadığı qədər ləngimə müşahidə olunur: "Təsadüfü deyil ki, 2023-cü ildə Azərbaycanda təbii artım əvvəlki ilə nisbətən 15 faiz aşağı düşüb. Bu tendensiya 2024-cü ildə də davam edib. Ona görə çoxuşaqlı ailə anlayışının beşdən üç uşağa endirilməsi təklifi təqdirəlayiq haldır. Bu həm təbii artıma təkan verə bilər, həm də gənclər arasında ailə qurmağa marağı artırar. Eyni zamanda, ailələrin sosial rifahını, dayanıqlığını möhkəmləndirə və gənc əhalinin sayının artmasında dəstək kimi faydalı ola bilər".

300-350 milyon manat kifayətdir

İqtisadçı-ekspert Fuad İbrahimli bildirir ki, istənilən ölkədə təbii artım zəifləyən zaman demoqrafik nöqteyi-nəzərdən stimullaşdırma mexanizmi işə düşür: "Ailəyə olan münasibətlər baxımından məsələyə yanaşırıqsa, bizdə təbii artım siyasəti var və həmişə də olacaq. Bu baxımdan bizdə ailələrin stimullaşdırılmasına yanaşma demoqrafik nöqteyi-nəzərdən deyil, sosial cəhətdən olmalıdır. Yəni, çoxuşaqlı ailələr "uşaq pulu" ilə təmin edilməlidirlər. Çünki vətəndaşların gəlir və xərc mənbələri arasında böyük uçurum var. Bunu aradan qaldırmaq üçün müxtəlif yollar seçilməlidir. Ya istehlak səbətini tənzimləməliyik ki, reallığı əks etdirsin, ya da çoxuşaqlı ailələrə "uşaq pulu" verməliyik. Bu mənada yeni qanunvericilikdə çoxuşaqlı ailə anlayışının üçə endirilməsi müsbət haldır. İndiki şəraitdə buna ehtiyac var".

İqtisadçı sözügedən təşəbbüsün dəstəkləməsi üçün hökumətin kifayət qədər maliyyə resurslarına malik olduğu qənaətindədir: "Bu mexanizmin icrası maliyyə dayanıqlığı nöqteyi-nəzərdən Azərbaycan iqtisadiyyatı üçün heç bir problem yaratmır. Məsələnin yubanmasına səbəb büdcədə həmin istiqamət üzrə konkret vəsaitin ayrılmamasıdır".

Onun sözlərinə görə, büdcədən bu istiqamətə ildə təxminən 300-350 milyon manat vəsaitin ayrılması kifayətdir. Əgər sosial dəstək bütün kateqoriyadan olan uşaqları əhatə edərsə, bu məbləğ 550 milyon manat civarında ola bilər.

"Dəyişiklik hazırda 3 uşağı olan ailələrə də şamil edilə bilər"

Sosioloq, fəlsəfə doktoru Mail Yaqubun fikrincə, bu istiqamətdə qanunvericiliyə yenidən baxılması günün tələbidir: "Vaxt itirmədən bununla bağlı qanun qəbul olunmalı və dərhal icrasına başlanmalıdır. Hətta biz bu məsələdə xeyli gecikmişik. Çünki mövcud demoqrafik vəziyyətə uyğun aparılan hesablamalara görə, indiki gedişlə 2100-cü ildə Azərbaycan əhalisinin sayı səkkiz milyona düşəcək".

Onun sözlərinə görə, son illər dünyada gedən mənfi tendensiyalar Azərbaycanda da müşahidə edilir: "İlk növbədə, gənclərin ailə qurmağa və uşaq sahibi olmağa meyilləri azalıb. Uşaq dünyaya gətirməyi planlayan ailələr isə əksər hallarda bir uşaqla kifayətlənirlər. Bu da əhali sayının azalmasına səbəb olur. Bunun acı nəticələrini anlamaq fərdlərin deyil, dövlətin üzərinə düşür. Çünki qlobal problemləri ölkədə fərdlər başa düşə bilməz. Bunu dövlət düşünməli və vəziyyətə müdaxilə etməlidir. Əgər dövlət bu istiqamətdə addımlar atmağı hədəfləyirsə, alqışlanmalıdır".

Ekspert hesab edir ki, sözügedən qərar qəbul olunarsa, hazırda üç uşağı olan ailələrə də şamil edilməlidir: "Amma qanunun əsas təşəbbüskarları yəqin ki, bu dəyişikliyin qərar veriləndən sonrakı dövrü əhatə etməsi təklifini irəli sürəcəklər. Bununla yanaşı, ölkədə çoxuşaqlı ailələrin sayının azlığı nəzərə alınaraq dəyişikliyin hazırda üç uşağı olan ailələrə də şamil olunması gözləniləndir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://news24.az
archiveBu xəbər 15 Fevral 2025 23:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri