Coy Lens Mikkels: Digər oyunçularımız buna məndən daha çox layiq idilər
Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Sabah”ın hücumçusu Coy-Lens Mikkels Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda “Slaviya” üzərində qazandıqları 2:0 hesablı qələbəni şərh edib.
Sportal.az xəbər verir ki, o, komandasının qalibiyyəti haqda bunları deyib:
"Çox çətin oyun idi. “Slaviya”nın necə oynayacağını bilirdik. Amma düşünürəm ki, yaxşı hazırlaşmışdıq. Asan olmasa da, öz oyunumuzu oynamağa çalışdıq: Çempionlar Liqasında hər kəs çempiondur, ona görə də hər an vacibdir. Xüsusilə ilk hissədə bir az şanslı idik. Düşünürəm ki, ikinci hissədə rəqiblərimizdən bir az daha yaxşı görünürdük. Düşünürəm ki, "Borussiya"ya qarşı daha da yaxşı oynamalıyıq. Amma qələbəyə görə çox qürur duyuruq. Stadiona gələn azarkeşlərə təşəkkür edirik. Ümid edirik ki, gələn həftə “Borussiya” ilə matçda daha çox insan gələcək".
Ruandalı forvard matçın adamı seçilməsinə və qol vurmasına da şərh verib: “Vurduğum qola gəldikdə isə, xüsusi idi. Amma düzünü desəm, həmin epizodda çox şanslı idim. Bu, Çempionlar Liqasında xüsusi bir andır. Matçın adamı seçildim, amma düşünürəm ki, digər oyunçularımızdan bəziləri müdafiədə parlaq oynadıqları üçün buna məndən daha çox layiq idilər. Buna baxmayaraq, bu mükafatla fəxr edirəm. Bu, bizim üçün tarixi bir andır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 14 Oktyabr 2026 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















