Cozef Aun Kallasla görüşdü
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Livan İsrail ilə münaqişənin sülh yolu ilə həlli üçün ABŞ və Avropa İttifaqının daha effektiv dəstəyinə ümid edir.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Livan Prezidenti Cozef Aun Beyrutda Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə görüşü zamanı bildirib:
Cozef Aunun sözlərinə görə, İsrail iyunun 26-da Vaşinqtonda imzalanmış çərçivə sazişinin şərtlərini yerinə yetirmir və Livanın cənubundakı şəhər və kəndlərə hücumlarını davam etdirir.
Prezident bunun yeni itkilərə və dağıntılara səbəb olduğunu qeyd edib. Cozef Aun ABŞ və Avropa İttifaqını İsrailə təzyiq göstərməyə və onu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etməyə çağırıb.
O, İsrail ilə münaqişənin diplomatik yolla həllinin iki ölkə arasındakı düşmənçiliyə son qoymağın yeganə yolu olduğunu vurğulayıb:
“İsrailin hərbi eskalasiya yolu ilə məqsədlərinə çata bilməyəcəyi aydındır. Buna görə də sülh danışıqlarının alternativi yoxdur”.
O, həmçinin Aİ-nin Livana məsləhət və avadanlıq dəstəyi göstərəcək mülki-hərbi missiyanın yerləşdirilməsini təsdiqləmək qərarını alqışlayıb.
Cozef Aun Avropa İttifaqı ilə strateji tərəfdaşlıq müqaviləsinin imzalanmasında maraqlı olduqlarını bildirib.
Livan Prezidenti ölkəsində sabitliyin Avropadakı sabitliklə bir-biri ilə əlaqəli olduğunu da vurğulayıb.
Kaya Kallas isə Livan dövlətinin ölkənin bütün ərazisi üzərində suverenliyini bərpa etmək hüququnu bir daha təsdiqləyib.
O, həmçinin şiə təşkilatı “Hizbullah”ın tərksilah edilməsinin vacibliyini qeyd edib.
Onun sözlərinə görə, mandatı 31 dekabr 2026-cı ildə başa çatacaq sülhməramlı qüvvələrin Livanın cənubunda fəaliyyətinin uzadılması məsələsi hazırda müzakirə olunur.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:64
Bu xəbər 08 Oktyabr 2026 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















