Crocus City Hall da baş verən terror aktında həlak olanların yaxınları məhkəmə iclaslarından yayınırlar
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyada Moskva vilayətindəki "Crocus City Hall" konsert zalında törədilən terror aktı zamanı həlak olanların yaxınları faciəni yenidən yaşamamaq üçün müttəhimlərə qarşı keçirilən məhkəmə iclaslarında iştirak etmirlər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "RİA Novosti"yə prosesdə iştirak edən şəxs bildirib.
"Bütün bu vaxt ərzində cəmi bir neçə dəfə mərhumun yaxınları gəliblər və çox vaxt bunlar hadisəni ən az görənlər olur", - agentliyin mənbəsi bildirib.
Bundan əvvəl şoumenlər Sergey Svetlakov və Andrey Malaxovun "Crocus City Hall" terror aktı ilə bağlı işdən uzaq durduqları bildirilirdi. Atışma zamanı onlar konsert zalında olublar, lakin şahid qismində çıxış etməyiblər.
Xatırladaq ki, 2024-cü il martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"da terror aktı baş verib. Silahlı cinayətkarlar konsert zalının qonaqlarına avtomat silahlardan atəş açıb və binanı yandırıblar. İstintaq Komitəsinin məlumatına görə, 149 nəfər ölüb, bir nəfər itkin düşmüş hesab olunur, yaralananların ümumi sayı isə 609 nəfərə çatıb. Dəyən maddi ziyan, təxminən, altı milyard rubl olaraq qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 30 Sentyabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















