Crocus City Hall da terror aktı törədənlər barəsində yeni detallar VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Rusiya Ali Məhkəməsi Baş Prokurorluğun iddiası əsasında "Batalxacı" dini icmasını terror təşkilatı kimi tanıyıb və onun ölkə ərazisindəki fəaliyyətini qadağan edib.
Bizim.Media xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanlarının təhqiqat materiallarına görə, dindar qardaşlıq pərdəsi altında fəaliyyət göstərən bu qapalı cinayət şəbəkəsi illər ərzində silsilə qətllər, adam oğurluqları və irimiqyaslı terror aktları təşkil edib.
Müstəntiqlərin son məlumatına görə, "Crocus City Hall”da təşkil edilən qanlı terror aktını törədən silahlıları məhz Batalxacı icmasının üzvləri silahla təmin ediblər.
Bundan əlavə, təşkilatın 2004-cü ildə İnquşetiyaya hücumda, 2009-cu ildə "Nevski Ekspress" qatarının partladılmasında və 2019-cu ildə Moskvada İnquşetiya "E" Mərkəzinin rəhbəri İbrahim Elcarkiyevin qətlində əli olduğu bildirilir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 14 Oktyabr 2026 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















