Icma.az
close
up
RU
Crocus da terror: İş hərbi məhkəmədə

Crocus da terror: İş hərbi məhkəmədə

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Crocus"da terror aktı ilə bağlı cinayət işi Moskva hərbi məhkəməsinə təqdim olunub [Emilya Tağıyeva] 08 iyul 2025, 16:57 Gözləmədə Dünya Crocus City Hall-da terror aktı Crocus City Hall

Rusiyanın Moskva vilayətində "Crocus City Hall" konsert zalında törədilmiş terror aktı ilə bağlı 19 nəfər barəsində açılmış cinayət işi İkinci Qərb Dairə Hərbi Məhkəməsinə təqdim olunub.

Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Məhkəmənin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, iş üzrə bütün prosessual məsələlər bir ay ərzində həll olunmalıdır. İşə üç hakimdən ibarət məhkəmə heyəti baxacaq.

Cinayət işinin materialları 450 cildi əhatə edir və buraya hadisə ilə bağlı toplanmış maddi sübutlar, həmçinin çoxsaylı məhkəmə-tibbi ekspertizaların nəticələri daxildir. Məhkəmə prosesinin harada keçiriləcəyi hələ müəyyənləşdirilməyib. Qeyd olunur ki, məhkəmənin əsas binasında kifayət qədər yer olmadığından digər məkanlara baxılır. Eyni zamanda, prosesin ictimaiyyət və media üçün açıq və ya qapalı keçirilməsi məsələsinə də yaxın günlərdə qərar veriləcək.

İttiham olunan şəxslər sırasında həm terror aktını bilavasitə törədənlər, həm də onlara yardım edənlər yer alır. İttiham olunan bütün şəxslər Rusiyanın terrorçular siyahısına daxil edilib.

Rusiya Baş Prokurorluğunun yaydığı məlumata əsasən, hadisənin təşkilatçıları - hazırda axtarışda olan iki Tacikistan vətəndaşı və digər naməlum şəxslər İŞİD terror təşkilatının tərkibində fəaliyyət göstərən "Vilayəti Xorasan" qrupunun üç hücrəsini Rusiya ərazisində yaradaraq, Tacikistan vətəndaşlarını terror aktı törətməyə yönləndiriblər.

Xatırladaq ki, 2024-cü il martın 22-də Krasnoqorskda yerləşən "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, terrorda 609 nəfər yaralanıb, 149 nəfər həlak olub. Terrorçular tezliklə ələ keçiblər.

​​​​​​"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 İyul 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see260

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see238

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see234

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see230

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see228

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see227

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see220

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see218

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see215

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see203

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see200

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see199

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see199

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see199

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see195

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see193

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see191

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see187

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see182

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri