ÇSKA nın əfsanəsindən sürpriz qərar
Icma.az, futbolpress-az saytına istinadən bildirir.
“Monako”, “Beşiktaş” və Moskva ÇSKA-sı kimi klubların sabiq hücumçusu Vaqner Lav futbolçu karyerasını başa vurduqdan sonrakı gələcək planları barədə danışıb.
Futbolpress.az xəbər verir ki, sentyabrın 26-da Moskvadakı “VEB Arena”da braziliyalı forvardın vida matçı keçiriləcək.
Matçdan öncə təşkil edilən mətbuat konfransında təcrübəli futbolçu məşqçilik karyerasına başlamaq niyyətində olduğunu bildirib:
“Məşqçilik üzrə əvvəlcə “A”, daha sonra isə “PRO” lisenziyasını almaq istəyirəm. Hazırda ESPN telekanalında şərhçi kimi fəaliyyət göstərirəm. Kim bilir, bəlkə gələcəkdə də futbol sahəsində qalacağam. Meydançanın kənarında baş məşqçi kimi yer ala bilərəm, Dudu isə mənim köməkçim olar”.
Braziliyalı hücumçu 2004–2011-ci illərdə və 2013-cü ildə ÇSKA-nın şərəfini qoruyub. “Qırmızı-göy”lərlə birgə 15 titul qazanan Vaqner Lav klub tarixinin ikinci ən məhsuldar futbolçusudur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 25 Sentyabr 2026 22:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















