ÇSKA nın müdafiəçisi: Qarabağ a qarşı evdəki oyun çox gərgin olacaq
Icma.az, Sportal.az saytına istinadən bildirir.
Bolqarıstan ÇSKA(Sofiya) klubunun müdafiəçisi Teodor İvanov UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Bakıda “Qarabağ”la 0:0 hesablı heç-heçə ilə bağlı Sportal.az saytına açıqlama verib.
Bolqar müdafiəçi Sofiyada keçiriləcək görüşdə istədikləri nəticəyə çatacaqlarına inandığını dilə gətirib:
“Biz "Qarabağ" kimi güclü rəqibə qarşı yaxşı futbol oynadıq. Azərbaycan komandasının sürətli və bacarıqlı oyunçuları var. Onları saxlamaq çətin idi, amma bacardıq. Ümid edirəm ki, cavab oyununda da eyni şeyi edə biləcəyik. Cavab görüşü çox gərgin olacaq. Hər iki komanda üçün çətin alınacaq. Amma evdə azarkeşlərimiz bizim tərəfimizdə olacaq. Əminəm ki, stadion dolu olacaq. Qələbə qazanmaq və azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 24 İyul 2026 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















