Icma.az
close
up
RU
“Çubaysın mirası” müflisləşib və defolt elan edib Rusiyanın böyük dövlət şirkəti çökür

“Çubaysın mirası” müflisləşib və defolt elan edib Rusiyanın böyük dövlət şirkəti çökür

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyanın “Rosnano” dövlət korporasiyası dövlət zəmanətli istiqrazlar üzrə texniki defolt elan edib.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya mediasının yaydığı məlumata görə, martın 31-də şirkət 1 milyard rubl (11 milyon dollar) məbləğində kupon ödənişləri etməli idi, lakin investorlar bu vəsaitləri almayıblar. Ödənişin 10 gün ərzində həyata keçiriləcəyini vəd edən “Rosnano” gecikməni "kupon gəlirlərinin ödənilməsi üçün texniki mexanizmin inkişafı" ilə izah edib.

Bu, şirkətin ilk maliyyə problemi deyil. Hələ 2021-ci ildə o defolt ərəfəsində idi və həmin vaxt dövlət ona kömək etməli olmuşdu. 2023-cü ildə şirkət iflas ərəfəsində olduğunu və xalis borcunun 100 milyard rubla (1,1 milyard dollar) çatdığını etiraf etmişdi. Belə görünür ki, Rusiyanın yaşadığı iqtisadi çətinliklərin getdikcə artması fonunda dövlət artıq şirkətin arxasında əvvəlki kimi dura bilmir.

Qeyd edək ki, “Rosnano” 2007-ci ildə nanotexnologiyanın inkişafı üçün yaradılıb, lakin 2010-cu ildən 2021-ci ilə qədər şirkət 100 milyard rubldan (1,1 milyard dollar) çox xalis zərər görüb. Kapitala yatırılan dövlət vəsaitlərinin demək olar ki, hamısı - 130 milyard rubl (1,4 milyard dollar) itirilib.

"Rosnano" şirkəti öhdəliklərini ödəmək üçün əlavə maliyyələşdirmə ilə təmin edilmədiyi təqdirdə mümkün iflas barədə dəfələrlə xəbərdarlıq edib. Şirkətin maliyyə problemləri ilə bağlı ilk hesabatlar 2021-ci ilin sonunda ortaya çıxıb. “Vedomosti” qəzeti 2022-ci ilin oktyabrında yazmışdı ki, hökumət öz öhdəliklərini müstəqil şəkildə yerinə yetirmək imkanını itirmiş şirkətin ləğvini müzakirə edir. 2024-cü ilin sentyabrında isə şirkət maliyyə bərpa tədbirləri sayəsində iflas əlamətlərini aradan qaldırdığını elan etmişdi.

Bu dövlət şirkəti daha çox ona uzun müddət Anatoli Çubaysın rəhbərlik etməsilə tanınıb. Şirkətin bu vəziyyətə düşməsi də ən çox onun “fəaliyyəti” ilə izah olunur. Vaxtilə Putinin hakimiyyətə gəlməsində də rolu olmuş Çubays Boris Yeltsinin dövründə Prezident administrasiyasının rəhbəri və maliyyə naziri vəzifələrində çalışıb. Vladimir Putinin dövründə isə 2020-ci ildə davamlı inkişaf üzrə xüsusi nümayəndə təyin olunana qədər “RAO EES” və “Rosnano” da daxil olmaqla, iri dövlət şirkətlərində yüksək vəzifələrdə çalışıb.

2022-ci ilin martında, Ukraynada müharibə başlayandan az sonra Çubays Putinin xüsusi nümayəndəsi vəzifəsini və Rusiyanı tərk edərək, İsrailə köçüb. Bundan sonra “Rosnano”-nun maliyyə direktoru Artur Qalstyan, mühasibat şöbəsinin direktoru Marina Kasenkova və Çubaysın keçmiş müavini Boris Podolski həbs ediliblər.

Çubays haqqında danışan Vladimir Putin 2023-cü ilin sentyabrında deyib ki, “o, Anatoli Çubays olmaqdan çıxıb, Moişe İzraileviç olub”. Putin Çubaysın İsrailə köçməsini onun müharibə əleyhinə mövqeyi ilə deyil, 2011-2020-ci illərdə rəhbərlik etdiyi “Rosnano”ya qarşı cinayət işlərinin açılmasından qorxması ilə əlaqələndirib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Aprel 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see134

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see129

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri