Culian Assanj 2 ildən sonra geri döndü
Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“WikiLeaks”in təsisçisi Culian Assanj iki ildən sonra ilk dəfə sosial şəbəkədə paylaşım edib. O, qısa mesajla geri qayıtdığını elan edib. “Mən geri döndüm”, – Assanj yazıb.
Onun bundan əvvəlki paylaşımı 28 iyun 2024-cü il tarixində olub. Həmin paylaşım Assanjın Britaniya həbsxanasından azad edilməsindən qısa müddət sonra yayımlanmışdı.
Assanj 2019-cu ildən Böyük Britaniyanın Belmarş ciddi rejimli həbsxanasında cəza çəkirdi. O, Londondakı Ekvador səfirliyindən çıxarıldıqdan sonra həbs olunmuşdu.
ABŞ uzun müddət Assanjın Böyük Britaniyadan ekstradisiyasına nail olmağa çalışıb. Vaşinqton beş ildən çox müddət ərzində onun ABŞ-a təhvil verilməsini tələb etsə də, “WikiLeaks” təsisçisinin müdafiəçiləri bunun qarşısını almaq üçün hüquqi mübarizəni davam etdiriblər.
Nəticədə tərəflər ABŞ prokurorları ilə razılaşma əldə ediblər. Razılaşmaya əsasən, Assanj məxfi məlumatları əldə etmək və yaymaq məqsədilə cinayətkar sövdələşmədə iştirak etdiyini etiraf edib.
Məhkəmə ona Britaniya həbsxanasında artıq çəkdiyi müddətə bərabər cəza verib.
Assanj 26 iyun 2024-cü ildə ailəsinin yaşadığı Avstraliyaya qayıdıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 18 Sentyabr 2026 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















