Icma.az
close
up
RU
Cümhuriyyətdən zəfərə gedən yol MƏQALƏ

Cümhuriyyətdən zəfərə gedən yol MƏQALƏ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının min illərlə formalaşmış dövlətçilik təfəkkürünün siyasi müstəvidə yenidən təcəssümü idi. Bu hadisə yalnız Qafqaz regionu üçün deyil, bütün müsəlman Şərqi üçün tarixi dönüş nöqtəsi sayılırdı. Çünki Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlamentli demokratik respublika idi.

Cümhuriyyətin yaranması sübut etdi ki, Azərbaycan xalqı yalnız milli kimliyini qoruyan xalq deyil, eyni zamanda müasir dövlət qurmaq iradəsinə malik siyasişüurlu yetkin millətdir. O dövrdə dünyanın bir çox ölkələrində qadınlara seçki hüququ verilmədiyi halda, Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçmək və seçilmək hüququ verdi. Bu fakt özü həmin dövlətin nə qədər müasir düşüncəyə sahib olduğunu göstərirdi.

Azərbaycanın üçrəngli bayrağı, parlamenti, ordusu, milli valyutası və diplomatik korpusu formalaşdırıldı.Bütün bunlar qısa müddətdə həyata keçirilmişdi. Ağır beynəlxalq vəziyyətə, iqtisadi çətinliklərə və xarici təzyiqlərə baxmayaraq, Cümhuriyyət milli dövlət modelinin əsaslarını yaratmağa nail oldu.

Tarixi Müsavat və indiki Müsavat arasında fərq

Bu gün bəzi dairələr Azərbaycan Xalq Cümhuriyyətinin tarixini yalnız bir siyasi təşkilatın adına bağlamağa çalışırlar. Halbuki tarixi reallıq tamamilə fərqlidir.

XX əsrin əvvəllərində fəaliyyət göstərən Müsavat Partiyası milli istiqlal hərəkatının tərkib hissəsi idi. O dövrdə siyasi təşkilatlar bugünkü klassik partiya modeli ilə fəaliyyət göstərmirdi. Onların əsas məqsədi dövlət qurmaq, milli kimliyi qorumaq və imperiya əsarətindən qurtulmaq idi.

Müasir dövrdə fəaliyyət göstərən Müsavat isə tam fərqli siyasi şəraitdə mövcuddur. Tarixi Müsavat dövlət yaradan siyasi hərəkat idi, indiki Müsavat isə 1992-ci ilin may ayında artıq mövcud olan müstəqilAzərbaycanda hakimiyyəti zorla ələ keçirmiş və idarə edə bilməyərək qoyub qaçan partiyadır. Bu gün dəformalaşmış dövlət daxilində fəaliyyət göstərən müxalifət partiyalardan biridir. Tarixi missiya, siyasi yük, ideologiya və milli məsuliyyət tamamilə fərqlidir.

Buna görə də Azərbaycan Xalq Cümhuriyyətini hər hansı siyasi partiyanın mülkiyyəti kimi təqdim etmək tarixi baxımdan düzgün yanaşma deyil. Xusilə qeyd etmək lazımdır ki, o dövrki Müsavatla bugünki arasında heç bir tarixi, siyasi, ideoloji bağlılıq yoxdur.Bunların hər hansı formada bağlılığını və varisliyini dilə gətirmək, ya da əsaslandırmağa cəhd etmək, ənazı Azərbaycan tarixinə hörmətsizlikdir.

Cümhuriyyət bütöv xalqın tarixidir

1920-ci ildə böyük imperiya olan bolşevik Rusiyasınınhərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Lakin dövlət süqut etsə də, milli dövlətçilik ruhu məhv olmadı.

Sovet hakimiyyəti illərində milli kimliyin qorunması olduqca çətin idi. Buna baxmayaraq, Azərbaycan xalqı öz dilini, mədəniyyətini və milli düşüncəsini qoruyub saxladı.

Müstəqilliyin strateji bünövrəsi

Heydər Əliyev Azərbaycan tarixində dönüş yaradan ən böyük şəxsiyyətlərdən biridir. Onun fəaliyyəti yalnız bir dövrün rəhbərliyi ilə məhdudlaşmır. Heydər Əliyev strateji dövlətçilik məktəbi yaratmış lider idi.

SSRİ dövründə Azərbaycan ittifaq daxilində ən geridə qalan respublikalardan biri idi. Heydər Əliyevin rəhbərliyi dövründə isə Azərbaycan sənaye, kənd təsərrüfatı, elm və təhsil sahələrində böyük inkişaf yolu keçdi.

Ən mühüm məqam isə milli kadr siyasəti idi. O, minlərlə azərbaycanlı gəncin SSRİ-nin nüfuzlu aliməktəblərinə və hərbi akademiyalarına göndərilməsinə nail oldu. Bu addımlar gələcək müstəqil Azərbaycanın intellektual və idarəçi potensialını formalaşdırdı.

Əslində müstəqil Azərbaycanın görünməyən bünövrəsi hələ sovet dövründə qoyulurdu.

20 Yanvar -Azadlıq iradəsinin qırılmayan simvolu

20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin qanlı, lakin şərəfli səhifəsidir.

Sovet ordusunun Bakıya daxil olaraq dinc əhaliyə qarşı törətdiyi qətliam Azərbaycan xalqının iradəsini qırmaq məqsədi daşıyırdı. Lakin əksinə oldu. 20 Yanvar xalqın azadlıq əzmini daha da gücləndirdi.

Həmin dövrdə Moskvada yaşayan Heydər Əliyev SSRİ rəhbərliyinə qarşı açıq mövqe nümayiş etdirərək bu cinayəti pislədi. Bu addım o dövr üçün böyük siyasi cəsarət idi.

Xocalı soyqırımı və dövlət zəifliyinin ağır nəticələri

Xocalı soyqırımı Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir.

Bu hadisə yalnız Ermənistanın hərbi cinayəti deyil, həm də həmin dövrdə Azərbaycanda mövcud olan idarəetmə böhranının ağır nəticəsi idi. Dövlət institutlarının zəifliyi, siyasi qarşıdurmalar və koordinasiyasızlıq faciənin miqyasını daha da artırdı.1992-ci ildə AXC-Müsavat cütlüyü məhz bu cür faciələrdən bəhrələnərək hakimiyyətə gəldikdən sonra Azərbaycanda ciddi siyasi böhran daha da dərinləşdi.

Hakimiyyət daxilində parçalanmalar, idarəetmədə təcrübəsizlik, silahlı dəstələrin nəzarətsiz fəaliyyəti və regionlarda separatçı meyllər ölkəni, faktiki olaraq,vətəndaş müharibəsi ilə üz-üzə qoymuşdu.

İqtisadiyyat çökmüşdü, ordu nizamsız vəziyyətdə idi, torpaqlar işğal olunurdu. Xarici siyasətdə isə qeyri-müəyyənlik hökm sürürdü.

1993-cü ildə Gəncə hadisələri artıq dövlətin parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığını göstərdi.

Heydər Əliyev - Azərbaycanın xilaskarı

Belə bir ağır şəraitdə xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtdı.

Bu qayıdış sadəcə siyasi dəyişiklik deyildi. Bu, dövlətin xilası idi.

Heydər Əliyev qısa müddətdə ölkədə sabitlik yaratdı, separatizmin qarşısını aldı, ordu quruculuğuna başladı və dövlət institutlarını formalaşdırdı.

1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın gələcək iqtisadi inkişafının əsasını qoydu. 1995-ci ildə qəbul edilən Konstitusiya ilə Azərbaycanda hüquqi dövlət modeli formalaşdırıldı.

Çoxpartiyalı sistem, söz azadlığı, vətəndaş hüquqları və dövlət institutlarının formalaşdırılması müasir Azərbaycan dövlətinin əsaslarını müəyyən etdi.

Bu dövrdə milli dövlətçilik anlayışı yalnız siyasi müstəqillik deyil, hüquqi və institusional idarəçilik modeli üzərində quruldu.

İlham Əliyev - Suveren Azərbaycanın banisi

İlham Əliyev rəhbərliyə gəldikdən sonra Azərbaycan yeni inkişaf mərhələsinə daxil oldu. Ölkənin idarəetməsində yeni qaydalar tətbiq olundu, iqtisadi gücü artdı, enerji layihələri reallaşdırıldı, beynəlxalq nüfuz genişləndi və ordu modernləşdirildi. Beləliklə, Azərbaycan artıq regionun siyasi və iqtisadi lider dövlətinə çevrildi. Qeyd etməliyik ki, bu gün Azərbaycan “Qalib Dövlət”, “Qalib Xalq” statusuna yüksəlib.

44 günlük Vətən müharibəsi Azərbaycan dövlətçiliyinin ən şanlı səhifələrindən biridir.Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 30 illik işğala son qoydu.

Bu Zəfər yalnız hərbi uğur deyildi. Bu, milli qürurun, dövlət iradəsinin və strateji liderliyin təntənəsi idi.Məhz buna görə də İlham Əliyev Azərbaycanın ilk qalib Ali Baş Komandanı və Fatehi kimi tarixə düşdü.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri Azərbaycanın yeni inkişaf modelini göstərir.

Ağıllı şəhərlər, müasir infrastruktur, beynəlxalq hava limanları və strateji layihələr Azərbaycanın yeni suveren dövlət modelini formalaşdırır.

Cümhuriyyət dövlətimizin tarixidir

Azərbaycan Xalq Cümhuriyyəti hər hansı siyasi partiyanın deyil, bütöv Azərbaycan xalqının dövlətçilik tarixidir.

Ona sahib çıxmaq dövlətin, xalqın və gələcək nəsillərin borcudur.

Bu gün müstəqil Azərbaycan məhz Cümhuriyyət ideyalarının, Heydər Əliyev dövlətçilik məktəbinin və İlham Əliyevin qurduğu yeni suverenlik strategiyasının nəticəsidir.

Azərbaycanın keçdiyi yol sübut edir ki, güclü dövlət yalnız tarixi yaddaş, milli birlik və qüdrətli liderlik üzərində qurula bilər.

Bəhruz Quliyev,

SƏS qəzetinin baş redaktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 May 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri