Icma.az
close
up
RU
Kəlbəcər: Tarixin Sınaqlarından Zəfərə Uzanan Yol MƏQALƏ

Kəlbəcər: Tarixin Sınaqlarından Zəfərə Uzanan Yol MƏQALƏ

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın qərb bölgəsində, Murovdağ silsiləsininqoynunda yerləşən Kəlbəcər həm coğrafiyası, həm tarixi, həm də mədəni irsi ilə xalqımızın yaddaşında xüsusi yertutan torpaqlardandır. Təbii sərvətləri, əlçatmaz dağları, zəngin mineral su ehtiyatları, qədim yaşayış məskənləri vəmilli-mənəvi dəyərlərin daşıyıcısı olması Kəlbəcəri əsrlərboyu həm strateji, həm də mədəni baxımdan mühüm birməkan kimi formalaşdırmışdır. Kəlbəcərin füsunkar təbiətionun qədim tarixindən ayrılmazdır.

Sıra-sıra uzananmeşələr, min illərin qarlı örtüyünü daşıyan dağlar, çaylarvə mineral su mənbələri buranı əsl təbii xəzinəyə çevirir. Bu bölgə Azərbaycanın tarixində gah çətinliklərin, gah da zəfərlərin simvolu olmuş, nəhayət 2020-ci ildə xalqımızınmilli iradəsi yenidən bu torpaqlara bayraq sancmağaimkanvermişdir.Lakin bütün bu zənginliyin taleyinə 1993-cü ildə ağırbir faciə yazıldı. Ermənistan silahlı qüvvələrinin Kəlbəcəriişğal etməsi Azərbaycan tarixinin ən acı səhifələrindən birioldu. Çox sərt qış şəraitində, dağ yollarının qapanmasıfonunda minlərlə dinc sakin yeganə çıxış yolu olan dağcığırları ilə ərazini tərk etməyə məcbur qaldı. Bu köç həmfiziki çətinlik, həm də mənəvi faciə idi. Kəlbəcər işğalaltında qaldığı 27 il ərzində amansız vandalizmə məruzqaldı, bütün kəndlər dağıdıldı, tarixi abidələr təhqir edildi, təbiət talan edildi. Bir zamanlar insan və həyat dolu olanyaylaqlar susqun xarabalığa çevrildi. İşğal Kəlbəcərinyalnız torpağına deyil, onun mədəni irsinə, xalqınyaddaşına, tarixi ruhuna vurulan zərbəidi.Bu zülmün sona çatması üçün Azərbaycan xalqı 2020-ci ildə öz sarsılmaz iradəsini nümayiş etdirdi. 44 günlükVətən müharibəsi yalnız hərbi əməliyyat deyildi – bu, tarixiədalətin bərpası uğrunda mübarizə, xalqın birlik, əzm vəqürur nümayişi idi. Müzəffər Azərbaycan Ordusu Ali BaşKomandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın hərbi-siyasi təcavüzünə son qoydu, Qarabağ və ətraf rayonlarüzrə strateji üstünlüyü ələ aldı, işğal altında olantorpaqlarda bayrağımızı yenidən dalğalandırdı. Bu böyükzəfər yalnız 44 günün deyil, 30 ilə yaxın davam edəngözləntinin, səbrin, mübarizənin və nəsillərin arzusunungerçəkləşməsi idi.Vətən müharibəsində əldə olunan şanlı qələbə nəticəsindəimzalanmış 10 noyabr 2020-ci il üçtərəfli bəyanatıKəlbəcərin də taleyini dəyişdi. Ermənistan razılıq verərəkKəlbəcəri boşaltmalı oldu və 25 noyabr 2020-ci ildəKəlbəcər bir güllə belə atılmadan Azərbaycana qaytarıldı. Bu gün tariximizə Kəlbəcərin azadlıq günü kimi daxil olub. Dağ yollarında qələbə bayrağının dalğalanması, Azərbaycan əsgərinin bu torpağa addım atması xalqımızınyaddaşında tükənməz bir sevinc kimiyaşayır.Azadlıqdan sonra dövləttərəfindən dərhal genişmiqyaslı bərpa və yenidənqurmaişlərinə start verildi. Rayonda infrastruktur tamamiləyenidən qurulur: müasir yollar, tunellər, körpülər salınır, elektrik və su xətləri çəkilir, kommunikasiya sistemləribərpa olunur. Murovdağ tuneli, Kəlbəcər-Laçın avtomobilyolu kimi layihələr regionun inkişafına güc qatır. İstisusanatoriyası yenidən dirçəlir, “ağıllı kənd” konsepsiyasıüzrə yeni yaşayış massivləri salınır. Mədəni və diniabidələr restavrasiya edilir, mina və partlamamışsursatlardan təmizləmə işləri böyük miqyasda davametdirilir. Bu işlərin hər biri dövlətin Kəlbəcəri gələcəkdəölkənin turizm, sağlamlıq və dağ-əhali mədəniyyətininmərkəzlərindən birinə çevirmə əzminigöstərir.Kəlbəcər Azərbaycanınqürur tarixində xüsusi yer tutan bölgələrdən biridir. Təbiətiilə valeh edən, tarixi ilə köklü olan, işğal dövrü iləyaşanmış acıları xatırladan, lakin azadlıq günündə xalqınqələbə iradəsini simvolizə edən bu diyar bu gün yeni birdirçəliş mərhələsinə qədəm qoyub. 25 noyabr tarixininəhəmiyyəti yalnız bir rayonun azadlığı deyil, Azərbaycanınbütövlüyünün, birliyinin və gücününtəntənəsidir.Kəlbəcər artıq qaranlıq illəriarxada qoyub və qarşıdakı illərdə ölkəmizin ən inkişafetmiş, ən cazibədar bölgələrindən birinə çevrilərək həmiqtisadi, həm turizm, həm də mədəni potensialı ilə yenidənparlayacaq.

Abil Ağasəfov,
YAP Qəbələ Rayon Təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri