Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Cütlük ayrıldı, sifariş məndə qaldı String art yaradıcısı ilə MÜSAHİBƏ

Cütlük ayrıldı, sifariş məndə qaldı String art yaradıcısı ilə MÜSAHİBƏ

Icma.az, Sfera.az saytına istinadən bildirir.

Son illərdə dekorativ sənətdə ip və mismarla hazırlanan portretlər geniş maraq doğurur. “String art” adlanan bu texnika taxta lövhə üzərində mismarlarla kontur yaradıb, rəngli iplərlə portretin və ya fiqurun işlənməsi ilə formalaşır.

Sənətkarlar bu işə böyük səbr və dəqiqliklə yanaşaraq, real portret təsvirlərini ip vasitəsilə canlandırırlar. Həm əl işi olması, həm də vizual estetikası ilə bu sənət hədiyyə və interyer üçün ən çox seçilənlər arasındadır.

Sfera.az-ın əməkdaşı iplə portret yaratma sənəti ilə məşğul olan Sahil Musayev ilə söhbət edib.

Müsahibimiz bu sənət növü ilə bağlı maraqlı nüanslara toxunub, portretin hazırlanma prosesini və sənətin xüsusiyyətlərini izah edib.

O bildirib ki, bir tablo hazırlamaq üçün ilk olaraq müvafiq ölçüdə taxta, mismarlar, çəkic və rəngli ipək saplar tələb olunur:

“Bu ləvazimatlar təmin edildikdən sonra tablo üzərində işləməyə başlamaq mümkündür. Əlavə olaraq, taxtanın üzərinə dəri və ya istənilən rəngdə parça çəkilməklə fon rəngini dəyişmək və daha estetik görünüş yaratmaq olar”.

Eyni zamanda hazırlanma prosesi ölçüyə və sifarişin mürəkkəbliyinə görə dəyişir:

“Məsələn, ad və soyaddan ibarət sadə bir tablo bir günə tamamlanır. Elə olub ki, bəzi tabloları cəmi üç saata hazırlamışam. Lakin gündüz saat 9-dan 18:00-a qədər və ya saat 19:00-dan sonra bu işə vaxt ayıra bilirəm. Gün ərzində isə orta hesabla bir tablo hazırlaya bilirəm, maksimum isə gündə iki tablo düzəltmək mümkündür.

Qiymətlər də ölçüyə uyğun olaraq dəyişir. A4 ölçüsündə standart tablolar mövcuddur. Məsələn, “ürək” forması və ya bəzi futbolçuların şəkilləri - bu ölçüdə daha çox sifariş olunur. Elə dizaynlar var ki, onların hazırlanması daha asandır. Bu cür sifarişlər eyni qiymətə, standart olaraq hazırlanır. Ad və soyad birlikdə istənildikdə isə qiymət 75 manat olur. Kim sadəcə ad və ya ad və soyad istəyirsə, bu işi 65 manata da yerinə yetirmək mümkündür”.

Hansı növ portretləri düzəltmək daha çətindir – insan, heyvan, yoxsa abstrakt?

Sualımıza cavab olaraq S.Musayev vurğulayıb ki, insan portretlərini hazırlamaq daha çətindir, çünki portretin həmin şəxsə bənzəməsi üçün əvvəlcə karandaşla dəqiq eskiz çəkilməli, üz cizgiləri və mimikalar düzgün işlənməlidir.

"Ən yaddaqalan sifarişlərimdən biri Adriano Çelentanonun portreti olub..."

"Bu mənim ilk ciddi portret sifarişim idi. Əvvəllər bir portret çəksəm də, bu işi peşəkar yanaşdığım ilk iş kimi qiymətləndirirəm. Sifarişin sahibi mənim üçün önəmli bir şəxs idi və portreti çəkilən Adriano Çelentano da məşhur sənətçi olduğuna görə bu işə daha böyük məsuliyyətlə yanaşdım. Portreti uğurla ərsəyə gətirmək üçün təxminən 5-6 dəfə karandaşla eskiz çəkdim, amma heç birini bəyənməyib cırdım. Hər dəfə mimikaları daha dəqiq ifadə etməyə çalışırdım, amma istədiyim nəticəni ala bilmirdim. Buna görə işə daha çox vaxt və səy sərf etdim. Nəticədə ortaya çıxan tablo həm müştərinin, həm də mənim ürəyimcə oldu. Bu portretin hazırlanması təxminən bir ay vaxt apardı və bu günə qədər ən yadda qalan işlərimdən biri olaraq qalır”.

İp portret ustası sənətin fərqli cəhətlərindən danışaraq diqtə edib ki, burada rəngli karandaş əvəzinə rəngli saplardan istifadə olunur.

Sənətkar bu sənətlə məşğul olmaq üçün insanda incəsənətə xüsusi marağın olmasının vacibliyindən bəhs edib. Onun sözlərinə görə, bu işi əsasən səbirli insanlar görə bilir:

“Prosesin 95 faizi səbir tələb edir. Mənim rəssamlıq üzrə hər hansı bir ali təhsilim yoxdur, tamamilə fərqli bir ixtisas üzrə təhsil almışam. Lakin məktəb illərində incəsənətə qarşı xüsusi marağım var idi və bu marağı universiteti bitirdikdən sonra özüm üçün kəşf etdim. Elə o vaxtdan bu sənətlə məşğul olmağa başladım. Bu sənətə başladığım zaman böyük planlarım var idi. Lakin zamanla başqa məqsədlərim rəssamlıqla bağlı planlarımı üstələdi. Hazırda bu işlə yalnız hobbi olaraq məşğul oluram. Gələcəkdə isə bu hobbini peşəyə çevirməyi düşünürəm”.

"İşin çətin tərəfi mismarlardır...

Sahilin sözlərin görə, prosedur zamanı təhlükəsizliyə xüsusi diqqət yetirilməlidir, əks halda əllər yaralana bilər:

“Bu cür hallar bir neçə dəfə mənim də başıma gəlib. Ümumiyyətlə, bu işin asan tərəfi demək olar ki, yoxdur, çünki olduqca səbr tələb edən bir sənətdir. Lakin zaman keçdikcə və təcrübə artdıqca, işlər tədricən insana daha asan görünməyə başlayır. Hansı sahə ilə məşğul oluruqsa, olaq, işimizin uğurlu alınması üçün onu sevərək görməliyik. Təbii ki, məsuliyyətli yanaşma da çox önəmlidir və bu, insanın şəxsi yanaşmasından asılıdır. "String art" sənətində işdəki bütün detallara diqqət yetirmək vacibdir. Mənim üçün isə ən önəmli məqamlardan biri rənglərin bir-birinə uyğunluğu və ümumi harmoniya yaratmasıdır”.

"Sevgililər ayrıldı, sifariş də məndə qaldı..."

Ödənişlərdə hər hansı problemin yaranıb-yaranmaması ilə bağlı sualımızı cavablandıran portret ustası eyni zamanda 7 illik sənət yolunda baş verən maraqlı hadisədən danışıb. 

“Əvvəlcədən ilkin ödəniş alınır və sonra iş təhvil verilir. Lakin maraqlı bir hadisə baş vermişdi. Bir müştəri sifarişində “ürək” simvolunu istifadə etmişdi və orada iki baş hərfi J və A yazılmışdı. Təxminən bir il sonra həmin şəxs mənə yazdı ki, artıq ayrılıblar və buna görə də işi geri qaytarmaq istəyir. O bunu açıq şəkildə demək istəsə də, dolayısı ilə ifadə edirdi. Bildirirdi ki, “mən sizə geri qaytarım, siz də satarsınız, ya mənə pulunu verin, ya da siz alın, başqasına satarsınız”. Deyirdi, “necə olsa da, götürün”. Portreti kimə göstərdimsə, heç kəs maraqlanmadı. Həmin şəxs dəfələrlə mənə yazdı, amma nəticədə iş məndə qaldı".

Müxbir: Fidan Hacızadə

Foto: Anar Bayramlı

Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:794
embedMənbə:https://sfera.az
archiveBu xəbər 06 May 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see536

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see390

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see359

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see311

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see296

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see291

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see266

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see263

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see249

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see244

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see244

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see242

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see225

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see220

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see210

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see199

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see185

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri