Nurməhəmmədov gürcü idmançıya hücum etdi Video
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyalı MMA döyüşçüsü Usman Nurməhəmmədov UFC-nin sabiq çempionu Merab Dvalişviliyə hücum edib.
“Qafqazinfo” xəbər verir ki, hadisənin görüntülərini UFC döyüşçüsü İliya Topuriya “X” sosial şəbəkəsində paylaşıb.
Kadrlarda Nurməhəmmədovun müsahibə verən Dvalişviliyə yaxınlaşaraq ona zərbə endirdiyi görünür. Videonun davamında isə kütləvi dava görüntüləri yer alıb.
Topuriya paylaşımında Nurməhəmmədovu və onun tərəfdarlarını sərt tənqid edib:
“Siz hamınız qorxaqsınız və etdiklərinizə görə cavab verməli olacaqsınız. Siz hər şey ola bilərsiniz, amma əsl kişi deyilsiniz”.
Daha sonra Topuriya paylaşımını silib.
Qeyd edək ki, Dvalişvili daha əvvəl Usman Nurməhəmmədovun dostları ilə birlikdə onu döydüyünü iddia edib.
Xatırladaq ki, oktyabrın 24-də Əbu-Dabidə keçirilən UFC 333 turnirində Dvalişvili rusiyalı Pyotr Yana hakimlərin yekdil qərarı ilə məğlub olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 12 Noyabr 2026 01:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















