“İnfantino psixiatriya şöbəsinə göndərilməlidir” Blatter
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
FİFA-nın sabiq prezidenti Yozef Blatter qurumun hazırkı rəhbəri Canni İnfatinonu sərt tənqid edib.
QOL.az “France 24”ə istinadən xəbər verir ki, 90 yaşlı funksioner özündən sonra bu vəzifəyə gələn İnfatinonu diktator adlandırıb və onun psixiatrik yardıma ehtiyacı olduğunu bildirib.
Blatter İnfatinonun bu il keçirilən dünya çempionatı ərəfəsində ABŞ prezidenti Donald Trampa FİFA Sülh Mükafatı təsis etməsini tənqid edib. O, həmçinin FİFA rəhbərinin dünya çempionatından sonra turnirin kommersiya hüquqlarının bir hissəsini satmaq planına qarşı çıxıb.
“FİFA əziyyət çəkir. Hazırda quruma özünü kor etməyə imkan vermiş bir insan rəhbərlik edir.
O, bunu niyə etdi? İnfantino tezliklə İranla müharibəyə başlayan birinə sülh mükafatı verir? Bu, dəlilikdir. O, milli federasiyalara deyir: “Mənə səs versəniz, əvvəlkindən qat-qat çox pul alacaqsınız”.
O, diktatordur. FİFA-dakı insanlar mənə deyirlər ki, onunla liftdə heç kim gedə bilməz. O, toxunulmazdır. Ümumiyyətlə, bəlkə də bir gün İnfatinonu psixiatriya şöbəsinə göndərmək lazımdır”, – deyə Blatter bildirib.
Baxış sayı:137
Bu xəbər 12 Noyabr 2026 01:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















