Icma.az
close
up
RU
Cütlük zibil qutularından topladıqları ilə xeyriyyəçilik edir FOTO

Cütlük zibil qutularından topladıqları ilə xeyriyyəçilik edir FOTO

Icma.az, Sfera.az saytına istinadən bildirir.

ABŞ-ın Nyu-Cersi ştatından olan Matthews-Reshler (Metyus-Reşler) ailəsi üçün zibil qutularında faydalı əşyalar axtarmaq təkcə pula qənaət etmək deyil, həm də ailə ənənəsi və xatirəyə hörmətdir. Cütlük bu yaxınlarda sosial mediada “Dollar General” mağazasının qarşısındakı tapıntılarını paylaşaraq sosial şəbəkə istifadəçilərini təəccübləndirib.

Sfera.az bildirir ki, ailə tapdıqları hər şeyi dezinfeksiya edir və çeşidləyir: bir qismini özləri üçün götürür, bir qismini dostlarına verir, qalanını isə yerli camaata və evsizlərə bağışlayır. Bu missiya onlara babalarından miras qalıb.

Culiya Metyus-Reşler mediaya müsahibəsində: "Babam Corc Metyus Elizabethdəki ailəsini dəstəkləmək üçün atılmış əşyaları toplayıb. Maddi vəziyyəti yaxşılaşdıqda, ətraf mühit üçün narahat olduğu üçün bu ənənəni davam etdirib" - deyə bildirib. 

2020-ci ilin aprelində babasının ölümündən sonra Culiya və əri Brandon bu missiyanı davam etdiriblər. "Hər dəfə zibil qutusuna söykənəndə onun gülümsədiyini təsəvvür edirəm. Bilirəm ki, kiçik, lakin vacib bir iş görürəm" - deyə qadın paylaşıb.

Amerikalı cütlüyün son tapıntısı “Dollar General” mağazasından kənarda tapılan təxminən 600 dollar dəyərində açılmamış mal olub. Xüsusilə bir çox məhsulun istifadə müddəti bitməməsi cütlüyü heyrətləndirib.

"Məhsulların yarısı istifadə müddətinin bitməsinə bir neçə gün qaldığı üçün atılmışdı. “Ən köhnə” tarixi 2025-ci ilin yanvar ayının əvvəli idi. Bununla belə, bəzi məhsulların 2025-ci ilin oktyabrına qədər vaxtı var idi" - deyə Culiya qeyd edib.

Tapıntılar bəzən kədərə səbəb olur

Onun sözlərinə görə, belə tapıntılar təkcə sevinc deyil, həm də kədərləndirir. Xanım Metyus-Reşler əlavə edir: "Bir tərəfdən yemək, dizayner geyimləri və zəruri əşyalar tapmaq gözəldir. Digər tərəfdən, biz israfın həcmindən narahatıq".

Ailə tapdıqları hər şeyi dezinfeksiya edir və çeşidləyir: bir qismini özləri üçün götürür, bir qismini dostlarına verir, qalanını isə yerli camaata və evsizlərə bağışlayır.

"Brandon və mən bir zibil qabından yüzlərlə dollar dəyərində yeni mal çıxarmaq üçün orta hesabla 5 dəqiqə vaxt sərf edirik. Sizcə, Amerikada nə qədər zibil qutusu var? Bəs bütün dünyada? Bütün bu zibillər hara gedir? Problem nədir? Həddindən artıq istehsal və həddindən artıq istehlak böyük problemdir" - deyə Culiya vurğulayır.

Cütlük tapdıqlarını “TikTok” və bəzi forumlarda paylaşaraq dünyanın hər yerindən dəstək şərhləri alır.

Aysel

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://sfera.az
archiveBu xəbər 18 Mart 2025 07:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri