Icma.az
close
up
RU
D 8 Media Forumunun missiyası dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviqi ŞƏRH

D 8 Media Forumunun missiyası dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviqi ŞƏRH

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 21 noyabr, AZƏRTAC

Bakı bu gün beynəlxalq müzakirə platforması kimi regionlararası dialoqun, əməkdaşlığın və qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm rol oynayır. Azərbaycan müxtəlif mədəniyyətləri və maraqları bir araya gətirərək qlobal təşəbbüslərin formalaşdığı, konstruktiv fikir mübadiləsinin aparıldığı nüfuzlu mərkəzə çevrilib. Burada keçirilən beynəlxalq forumlar və konfranslar ölkəmizin sülhün, tərəfdaşlığın və strateji həmrəyliyin təşviqi üçün geniş imkanları olan unikal dialoq platforması olduğunu təsdiqləyir. Bakı bu gün qlobal təşəbbüslərin formalaşdığı və konstruktiv fikir mübadiləsinin aparıldığı nüfuzlu mərkəz kimi həm regional, həm də beynəlxalq aktorlar üçün strateji əhəmiyyət daşıyır. Bu mənada, paytaxtımızda keçirilən D-8 Media Forumu yalnız informasiya mübadiləsi platforması deyil, həm də üzv ölkələr arasında qarşılıqlı anlayışı və strateji həmrəyliyi dərinləşdirən mühüm körpüdür.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva söyləyib.

O qeyd edib ki, bu forum dialoqun gücünə söykənərək medianı qlobal çağırışlara birgə cavab verən, sülhü, sabitliyi və davamlı inkişafı dəstəkləyən mühüm aktora çevirir. Media informasiya axınını idarə etməklə cəmiyyətlər arasında doğru məlumatlandırma, maarifləndirmə və qarşılıqlı anlaşma yaradır. Bu isə münaqişələrin azaldılmasına, gərginliklərin yumşaldılmasına və dialoqa əsaslanan yanaşmaların güclənməsinə imkan verir. Media, həmçinin qlobal çağırışlar – iqlim dəyişikliyi, mühacirət, təhlükəsizlik, iqtisadi qeyri-sabitlik kimi problemlər qarşısında dövlətləri və ictimaiyyəti ortaq məsuliyyətə səsləyən unikal platforma rolunu oynayır.

Bildirilib ki, müasir informasiya müharibələrinin, dezinformasiyanın və regionlararası gərginliklərin artdığı bir dövrdə D-8 ölkələrinin medianı vahid yanaşma ətrafında birləşdirməsi xüsusi əhəmiyyət daşıyır. Forumun ortaq media standartlarının formalaşdırılmasına, peşəkar əməkdaşlığın genişləndirilməsinə və həqiqətə əsaslanan məlumat axınının təmin edilməsinə töhfə verməsi nəzərdə tutulur. Bu əməkdaşlıq yalnız xəbərlərin paylaşılması deyil, həm də mədəniyyətlərin qovuşması, xalqlar arasında etimadın möhkəmlənməsi və regional həmrəyliyin institusional səviyyədə güclənməsi deməkdir.

D-8 Media Forumu üzv ölkələrin jurnalistlərini, ekspertlərini və media qurumlarını bir araya gətirərək onları bilik, təcrübə və innovativ yanaşmalarla zənginləşdirir. Nəticədə forumun fəaliyyəti təkcə media sektoruna deyil, ümumilikdə D-8 regionunun siyasi, iqtisadi və sosial inteqrasiyasına güclü təkan verir.

“Bu Media Forumu çərçivəsində jurnalistika, media etikası, rəqəmsal media, strateji kommunikasiya və böhran idarəçiliyi kimi mühüm mövzular müzakirə olunub.

Forumda Azərbaycanın təşəbbüsü ilə D-8 çərçivəsində “Media Mastery Center”in yaradılması və Bakıda yerləşdirilməsi təklif edilib. Bu mərkəzin D-8 ölkələri arasında media sahəsində bilik mübadiləsi, peşəkar təlimlər və jurnalistlərin təcrübə proqramları üçün vahid platforma rolunu oynaması nəzərdə tutulur. Eyni zamanda, D-8 ölkələri üçün “Yayımçılar Assosiasiyası”nın qurulması ideyası irəli sürülüb. Belə bir assosiasiya televiziya və radio kanallarını birləşdirərək proqram mübadiləsi, ortaq xəbərləşdirmə və mədəni əməkdaşlıq imkanlarını genişləndirəcək”, - deyə Y.Hacıyeva diqqətə çatdırıb.

Tədbirdə əsas müzakirə mövzularından birinin dezinformasiyaya və təhrif olunmuş informasiyaya qarşı mübarizənin olduğuna diqqət çəkən Y.Hacıyeva qeyd edib: “D-8 ölkələri bu sahədə birgə mexanizmlərin qurulmasını vacib hesab edir. Rəqəmsal media istiqamətində əməkdaşlıq, strateji kommunikasiya kanallarının inkişafı və texnoloji infrastrukturun gücləndirilməsi müzakirələrin əsasını təşkil edib. Xüsusilə süni intellekt əsasında çalışan media alətlərinin yaratdığı risklər, o cümlədən informasiya manipulyasiyasının ictimai sabitliyə təsiri barədə narahatlıqlar vurğulanıb. Bundan başqa, jurnalistlər üçün təlim proqramları, internatlar və mübadilə imkanlarının genişləndirilməsi də təklif edilib. İnformasiya mübadiləsi və xəbər agentliklərinin əməkdaşlığının gücləndirilməsi D-8 çərçivəsində çoxdilli media platformalarının yaradılmasına və təşkilatın beynəlxalq görünürlüğünün artırılmasına xidmət edəcək”.

Yeganə Hacıyeva forumda D-8-in mövcud media məkanında strateji kommunikasiya gücünün artırılması vacib istiqamət kimi qeyd olunduğunu da vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri