Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

D vitamini və COVID 19 arasında ƏLAQƏ

D vitamini və COVID 19 arasında ƏLAQƏ

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Cənubi Avstraliya Universiteti və London Kral Kollecinin alimləri D vitamini çatışmazlığı ilə ağır COVID-19 riskinin artması arasında əlaqə tapıblar. 

“Cümhuriyət” xəbər verir ki, araşdırmanın nəticələri “PLOS One” jurnalında dərc olunub.

Təhlil tibbi məlumatları Böyük Britaniya Biobankı tərəfindən təqdim edilən 151 543 nəfəri əhatə edib. Elm adamları D vitamini səviyyəsi aşağı olan insanların normal səviyyələri olanlara nisbətən COVID-19 ilə xəstəxanaya yerləşdirilmə ehtimalının daha çox olduğunu müəyyən etdilər. Əlaqə xüsusilə Avropa mənşəli iştirakçılarda açıq şəkildə ifadə edildi.

D vitamini immun reaksiyanın tənzimlənməsində mühüm rol oynayır və onun çatışmazlığı, müəlliflərin qeyd etdiyi kimi, orqanizmin infeksiyalara qarşı müdafiəsini zəiflədə bilər. Asiya və Afro-Karib dənizi mənşəli qrupda D vitamini çatışmazlığı da koronavirus infeksiyası riskinin artması ilə əlaqələndirildi, lakin elm adamları ağır xəstəlik və xəstəxanaya yerləşdirmə ilə eyni dəqiq əlaqəni tapmayıblar.

Tədqiqatçılar xatırladıblar ki, COVID-19 insanların sağlamlığına təsirini davam etdirir.

"Risk faktorlarını başa düşmək özünüzü daha yaxşı qorumağa və vəziyyətinizi idarə etməyə imkan verir. D vitamini səviyyəsinin vaxtında monitorinqi sağlamlığın qorunması strategiyalarından biri ola bilər", - müəlliflər vurğulayırlar.

D vitamini nədir?

Yağda həll olan D vitamini  (sekosteroid hormonu da, adlandırılır), bitki mənşəli ergosterol (vit-D2) və heyvan mənşəli 7-dehidroxolesteroldan alınan xolekalsiferol (vit-D3) kimi təsnif edilir. D2 və D3 vitaminləri eyni yolla metabolizə olunur və əvvəlcə qaraciyərdə sitoxrom P450 vasitəsilə 25- (OH) D3-ə çevrilir, ardından böyrəklərə nəql olunur və D vitaminin aktiv forması olan  1,25- (OH) 2  D3-ə çevrilir. Eyni yolla metabolizə olunsalar da, mənbələri fərqlidir. Bitki mənşəli D2 vitamini (ergosterol) daha çox maya və göbələkdə rast gəlinsə də, qida vasitəsilə orqanizm üçün lazımi qədər təmin etmək çox çətindir. Heyvan mənşəli D3 (xolekalsiferol) isə daha çox, yağlı balıqlarda, yumurta sarısında və heyvanların qaraciyərlərində rast gəlinir.

D vitamininin əsas mənbəyi günəş işığıdır. Buna görə D vitamini çatışmazlığının əsas səbəbi kifayət qədər günəş işığı alınmamasıdır. Günəşdən qoruyucu kremlərdən istifadə də dəridə D vitamini sintezini 95%-dək azaldır. Onu da qeyd edək ki, günümüzdə zavodların işləməsi, maşınlardan ixrac edilən tüstülər və s. səbəblərdən ekoloji problemlərin yaranması-havanın çirklənməsi keçmişdə olduğu kimi günəş şüalarının vücudumuzun tələbatını ödəyəcək qədər D vitamini ilə təmin etməsi artıq çox çətindir. Belə bir ekologiyada hətta alınan günəş şüaları bəzən dəri xərçənginə qədər gətirib çıxara bilər.

D vitamini çatışmazlığının digər bir səbəbi də bədəndəki yağ miqdarının artmasıdır. Yağ miqdarı artdıqca D vitamininin səviyyəsi azalır, buna görə piylənmə D vitamini çatışmazlığı üçün vacib bir risk faktorudur. Bundan əlavə bəzi mədəaltı vəzi, böyrək xəstəlikləri və ya arıqlama əməliyyatı keçirən xəstələrdə D vitamini çatışmazlığı ola bilər. Epilepsiya dərmanı kimi bəzi dərmanlar da D vitamini çatışmazlığına yol açır.

D vitamini çatışmazlığı nələrə səbəb ola bilər?

D vitamini çatışmazlığı nəticəsində bağırsaqda kalsium və fosforun udulması azalır və bu azalmanı əvəzləmək üçün paratiroidvəzlərindənparatiroid hormonu ifrazı artır. Bu hormon, qandakı kalsiumu normal həddə çatdırmaq üçün kalsiumu sümüklərdən qana çəkir və artıq fosforun sidikdən xaric olmasına səbəb olur. Sümüklər üçün çox vacib iki maddə olan kalsium və fosforun azalması sümüyün quruluşunu zəiflədir. Bunun nəticəsində isə sümük əriməsi,yəni “osteoporoz” meydana gəlir.

Uşaqlarda görülən D vitamini çatışmazlığı sümük deformasiyasına səbəb olur və bu vəziyyətə raxit deyilir. Bundan əlavə, bu uşaqlarda əzələ zəifliyi də meydana gələrək ayaq üstə durmaqda və yeriməkdə çətinlik yaradır.

Yetkinlərdə meydana gəldikdə, müəyyən bölgələrdə və ya bütün sümüklərdə və əzələlərdə sümük rezorbsiyası və ağrı kimi özünü göstərir. Əzələlərdə balans pozulması yıxılmalara, travmalara səbəb olaraq qırıq riskini artırır. 

D vitaminini nədən alaq?

D vitaminin miqdarının qidalarda az olması səbəbindən, orqanizm üçün lazım olan miqdarın çox az bir hissəsi (10-20% ) yeməklərlə qəbul edilir. Əhəmiyyətli bir hissəsi (80-90%) UVB şüalarının təsiri altında dəridə sintez olunur. Sintez üçün günəş işığının dəriyə birbaşa təması lazımdır. Günəş şüalarının dünya üzərinə gəlib çatdığı ən yüksək bucaq, Zenit bucağı adlandırılır və bu bucaq altında  D vitamini sintezi daha yüksək olur. Ölkəmizin coğrafi mövqeyi baxımından vitamin D sintezi May-Oktyabr ayları ən uyğun zamandır.  Günəşin ultrabənövşəyi şüalarının daha şiddətli olduğu vaxt, saat 10.00-15.00 arasında olduğundan, bu saatlarda D vitamini sintezi üçün günəşə çıxmaq tövsiyə olunur. Faktor səviyyəsi 15 və ya yuxarı olan günəşdən qoruyucu kremlərin istifadəsi günəş şüalarının dəriyə çatmasının qarşısını alır.

Bədənimizdə D vitaminin düzgün miqdarını göstərən ən yaxşı parametr,  serum 25 (OH) D vitamini analizidir.  Qanda 25 (OH) D vitaminin optimal və çatışmayan səviyyələri aşağıdakı kimidir:

30-100 ng / ml (75 nmol / L) arasındakı səviyyə kifayətdir

20-30 ng / ml (50-75 nmol / L) arasındakı səviyyə qeyri-kafidir

10-20 ng / ml (50 nmol / L) arasındakı səviyyə aşağı səviyyədə çatışmazlıq

(25 nmol / L) səviyyə ciddi çatışmazlıq

D vitaminin aktiv metaboliti olan 1,25(OH)2 D3 -ün, yetişkinlərdə və xüsusilə uşaqlarda, serum kalsium dəyərini normada saxlamaqla, duodenumdanCa, ileumdanise P sorulmasını artırır.Bundan əlavə böyrəklərdəki Ca itkisinin qarşısını almaqla sümük sisteminin mineralizasiyasında aktiv rol oynayır. Orqanizmi əzələ zəifliyindən qoruyur, ürək döyüntüsünün tənzimlənməsində təsirli olur, immun sistemini gücləndirir və tiroid funksiyalarını normallaşdırır.

Əsas şikayətlər

D vitamini çatışmayan insanların şikayətləri əsasən-saç tökülməsi, sümük-əzələ və oynaq ağrıları, həddindən artıq tərləmə, dəri quruluğu, yorğunluq, halsızlıq, depressiv hallar, immun sistemin zəifləməsi, metabolizmanınzəifləməsidir (çəki verə bilməmək).

Qanda vitamin D yoxlanılması gərəkən  yüksək risk grupu sayılan insanlar: 

Yaşlılar 

Tünd rəngli dəri tipinə sahib olanlar 

Obezlər (artıq çəkili insanlar) 

Yetərli dərəcədə günəş şüası qəbul etməyənlər

Osteoporozlu (sümük əriməsi) xəstələr

Qeyri-travmatik (spontan) sınıqları olanlar

Osteomalaziya

Malabsorbsiya sindromları 

Xronik böyrək çatışmazlığı

Xronik qaraciyər xəstəlikləri 

Hiperparatiroidi

Şəkərli Diabet

İnsulin dirənci

Qalxanabənzər vəzin autoimmun xəstəlikləri

Klinik göstəricilər D vitamini çatışmazlığının dərəcəsindən və müddətindən asılıdır. Əksər xəstələr  asemptomatikdir və serumda kalsium və fosfor səviyyələri bu xəstələrdə adətən normaldır. 25 (OH) D  miqdarı müvafiq olaraq

Dərmana pulunuz çatmırsa...

D vitamini meyvə və tərəvəzlərdə az miqdarda tapılır. Lakin D vitamini ilə zəngin olan qidalar arasında yağlı balıqlar (somon, sardina, skumbriya kimi), yumurta sarısı, süd və süd məhsulları, həmçinin D vitamini ilə zənginləşdirilmiş qidalar (məsələn, bəzi süd və bitki mənşəli süd alternativləri) saymaq olar. D vitamini çatışmazlığının qarşısını almaq üçün günəş işığından faydalanmaq da vacibdir. 

D vitamini mənbəyi olan meyvə və tərəvəzlərə gəlincə, bunlar aşağıdakılardır:

Qovun: Sərinlədici meyvə olmaqla yanaşı, D vitamini tərkibi də var. 

Çiyələk: Yaz-yay aylarında yetişən çiyələk də D vitamini mənbəyi hesab olunur. 

Banan: D vitamini ilə zəngin olmasa da, qida rasionuna müxtəliflik qatmaq və gündəlik D vitamini alımına kömək etmək üçün faydalıdır. 

Avokado: D vitamini və digər faydalı maddələrlə zəngindir. 

Manqo: D vitamini ilə zəngin meyvələrdən biridir. 

Portağal: Təzə sıxılmış portağal suyu da D vitamini ilə zəngin ola bilər. 

D vitamini çatışmazlığının qarşısını almaq üçün bu meyvə və tərəvəzləri qida rasionuna daxil etmək faydalı olardı. 

Xəzər
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 İyul 2025 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see454

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see436

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see419

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see289

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see286

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see270

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see269

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see251

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see244

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see236

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see228

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see221

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see209

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see202

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see197

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see197

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see195

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see189

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see172

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri