Icma.az
close
up
RU
D8 təşkilatı Azərbaycan üçün yeni bazarlar VƏD EDİR

D8 təşkilatı Azərbaycan üçün yeni bazarlar VƏD EDİR

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən həftə Misirin paytaxtı Qahirədə 8 ölkınin təmsil olunduğu İqtisadi Əməkdaşlıq Təşkilatının(D8) tədbiri keçirilib.Tədbirdə Azərbaycan yekdilliklə təşkilatın üzvü seçilib.

Bu, D-8 yarandığı gündən təşkilatın sıralarının ilk genişlənməsidir. 

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəni birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Katibliyi İstanbul şəhərində yerləşir. 

Üç qitəni əhatə edən, 4 trilyon ABŞ dollardan artıq ÜDM-ə malik, 130 milyard ticarət dövriyyəsi həyata keçirən, üzvlərinin əhalisinin sayının ümumilikdə dünya müsəlmanlarının 60%-ni təşkil edən (ümumi əhali 1,2 milliardan artıqdır) və böyük iqtisadi potensiala malik “İslam Səkkizliyi” adlanan D-8-ə ölkəmizin üzvlüyü, şübhəsiz ki, Prezident İlham Əliyevin  uğurlu xarici siyasətinin məntiqi nəticəsidir.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, D8-ə üzvlük Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək:

"Bu ölkələr arasındakı ticarət dövriyyəsi 150 milyard dollardan çoxdur. Bu isə deməkdir ki, D-8 təşkilatına üzvlük iqtisadi inkişafın gücləndirilməsi baxımından Azərbaycan üçün yeni imkanlar yaradır. Üzvlük eyni zamanda ölkəmizin geo-siyasi mövqeyini daha da gücləndirəcək. Azərbaycan təşkilatın 9-cu üzvü olmaqla yanaşı yarandıqdan sonra bu təşkilata üzv olan yeganə ölkədir".

Deputat vurğulayıb ki, Təşkilata üzvlük Azərbaycan üçün yeni bazarlara çıxış imkanı verir:

"Təşkilatın inkişaf edən və böyük bazarları əhatə etdiyini, eyni zamanda Azərbaycanın qeyri-neft sektoru sahəsində əməkdaşlığında maraqlı olmasını nəzərə almaq lazımdır. Bu istiqamətdə Azərbaycan daha çox məhsulları həmin ölkələrə və dünya bazarına çıxarmağa çalışır. Təbii ki, ixrac bazarının diverfikisasiyası baxımından D8-ə üzvlük çox vacibdir. Digər tərəfdən isə bu həm nəqliyyat, həm də logistika sahəsində əməkdaşlıq imkanlarını gücləndirəcək. Çünki Orta Dəhlizin genişlənməsi, həm də yeni dəhliz koridorlarının istifadəyə verilməsi, eyni zamanda "Qərb-Şərq", "Şimal-Cənub" və digər istiqamətlərdə nəqliyyat dəhlizlərinin inkişaf etməsi, daha artıq yüklərin daşınması ilə bağlı aprılan müzakirələr diqqətə alınmalıdır. Bu, Azərbaycana imkan verir ki, nəqliyyat dəhlizlərində daha yaxından iştirak və beynəlxalq yük daşımlarında daha çox gəlir əldə etsin. Eyni zamanda bu, daha sərfəli və qısa müddətdə öz məhsullarını fərqli bazarlara çıxarmaq imkanı deməkdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Dekabr 2024 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri