Icma.az
close
up
RU
Çinə vizasız rejim Azərbaycan üçün nə VƏD EDİR...

Çinə vizasız rejim Azərbaycan üçün nə VƏD EDİR...

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Pekində aprelin 23-də imzalanmış “Azərbaycan ilə Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” iyulun 16-da qüvvəyə minir. Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili proseduralar tamamlanıb.

Sazişə əsasən, Azərbaycanın etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları və Çinin etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları digər ölkə ərazisinə daxil olmaq, oranı tərk etmək və yaxın tranzit keçmək üçün hər səfər ərzində 30 gündən çox olmamaqla və hər 180 günlük dövr ərzində ümumilikdə 90 gün müddətini aşmamaqla viza tələbindən azad edilir.

Yeni saziş Azərbaycan üçün nə vəd edir?

Mövzu ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili mərkəzinin baş məsləhətçisi Mətin Məmmədli Modern.az-a açıqlamasında bildirib ki, viza rejiminin aradan qaldırılması  Azərbaycan və Çin xalqları arasında təmasların intensivləşməsinə, insanlar arasında qarşılıqlı anlaşma və əməkdaşlığın güclənməsinə imkan yaradacaq. Bu isə ümumilikdə iki ölkənin cəmiyyətlərini bir-birinə daha da yaxınlaşdıracaq:

“Ümumilikdə götürdükdə, viza rejiminin ləğvi Azərbaycan ilə Çin arasında qurulan yeni strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsində önəmli addımlardan biridir. Bildiyiniz kimi, son illər bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qədər inkişaf edib və atılan bu addım həmin münasibətlərin dərinləşməsinə xidmət edir”.

M.Məmmədli vurğulayıb ki, bu konteksdə Azərbaycan-Çin münasibətlərinə daha geniş baxışla yanaşsaq, deyə bilərik ki, strateji tərəfdaşlıq münasibətlərinin güclənməsi Cənubi Qafqaz regionunda mövcud qüvvələr nisbətinə və geosiyasi balanslara da təsir göstərir:

“Məlum olduğu kimi, Azərbaycan çoxvektorlu xarici siyasət həyata keçirir, yəni müxtəlif güc mərkəzləri ilə balanslı və qarşılıqlı faydalı əlaqələr qurur. Bu güc mərkəzlərindən biri də şübhəsiz ki, siyasi, iqtisadi və hərbi baxımdan qlobal miqyasda təsirə malik olan Çin Xalq Respublikasıdır”.

Siyasi şərhçi onu da əlavə edib ki, Çinin Cənubi Qafqaz regionundakı mövqelərinin və rolunun güclənməsi Azərbaycanın milli maraqları ilə üst-üstə düşür:

“Azərbaycan, öz çoxvektorlu xarici siyasəti çərçivəsində bu kimi təşəbbüslərlə həm milli maraqlarını təmin edir, həm də yerləşdiyi regionda əlverişli geosiyasi konfiqurasiyanın formalaşmasına nail olur”,- deyə M.Məmmədli bildirib.

İqtisadçı ekspert Natiq Cəfərli isə qeyd edir ki, Azərbaycanla Çin arasında viza rejiminin qarşılıqlı ləğvi iki ölkə arasında səfərlərin sayının artmasına səbəb olacaq: "Lakin bu addım biznes əlaqələrinə ciddi təsir göstərməyəcək”.

İqtisadçı əlavə edib ki, iş adamları və biznes qurmaq istəyən şəxslər viza məsələsində indiyə qədər də ciddi çətinliklərlə qarşılaşmayıblar. Onun sözlərinə görə, Azərbaycan vətəndaşları Çinə, Çin vətəndaşları isə Azərbaycana problemsiz şəkildə səfər edə bilirlər:

"Bu baxımdan vizasız rejimin tətbiqi daha çox turizm sahəsində öz müsbət təsirini göstərə bilər. Çin dünyada ən çox turist göndərən ölkələrdən biridir. Hər il təxminən 150-200 milyon Çin vətəndaşı xarici ölkələrə səfər edir. Bu böyük axının kiçik bir hissəsini belə Azərbaycana cəlb etmək mümkün olsa, bu, ölkə turizmi üçün ciddi irəliləyiş olar".

Ekspertin fikrincə, Çinli turistlər səfər etdikləri ölkələrdə mədəniyyətə, tarixə, muzeylərə, yerli mətbəxə və ənənələrə böyük maraq göstərirlər: 

“Bu da təkcə turizm sektoruna deyil, eyni zamanda ictimai iaşə obyektlərinə - kafelərə, restoranlara, muzeylərə, habelə xidmət sektoruna müsbət təsir göstərə bilər. Nəticə etibarilə bu amil Azərbaycanın iqtisadiyyatına əlavə gəlir gətirə bilər”,- deyə N.Cəfərli sonda bildirib.

Aytac Bəhruzqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 İyun 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see291

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see289

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see288

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see284

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see279

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see278

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see260

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see257

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see254

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see254

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see244

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see240

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see234

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see222

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see221

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see220

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see207

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see200

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see199

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri