Icma.az
close
up
RU
Da Vinçinin çəkdiyi sirli tunellər: 500 ildən sonra kəşf edilib, lazerlə tapılıb

Da Vinçinin çəkdiyi sirli tunellər: 500 ildən sonra kəşf edilib, lazerlə tapılıb

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Leonardo da Vinçinin dəftərlərində 500 il əvvələ aid olan rəsmlər günümüzə işıq salır. Milan Politexnik Universitetinin tədqiqatçıları texnologiya sayəsində məşhur rəssamın dəftərinə çəkdiyi Sforza qəsrinin altındakı sirli tunelləri kəşf ediblər. Universitetdən verilən açıqlamada, kəşf edilməsi lazım olan daha çox gizli keçidlərin ola biləcəyi bildirilib. 


“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, Leonardo da Vinçinin kodla yazılmış və çaşdırıcı rəsmlərlə dolu dəftərləri maraqlı sirlərlə doludur. Lakin alimlər böyük rəssamın ən maraqlı rəsmlərindən birinin arxasındakı həqiqəti üzə çıxarıblar. Milanda Sforza qalasının altında Da Vinçinin 1495-ci ildə çəkdiyi sirli tunellər aşkar edilib. Bu gizli keçidlərin 13-cü əsrdə inşa edilən qalanın altında niyə tikildiyi dəqiq bilinmir, lakin mütəxəssislər hələ də kəşf ediləcək daha çox tunel ola biləcəyini düşünürlər. Gizli tunellər şəbəkəsi Milan Politexnik Universitetinin tədqiqatçıları, qala rəsmiləri və "Codevintec Italiana" mühəndislik firması tərəfindən aşkar edilib. Bu komanda bütün qalanı rəqəmsal olaraq skan etmək və qeyd etmək üçün yeni bir üsul hazırladı. 


Bu üsula 500 ildən çox gizli qalan bölmələr də daxildir. Lazer taraması, GPS və yerə nüfuz edən radardan istifadə etməklə aparılan araşdırmalar nəticəsində tədqiqatçılar da Vinçinin orijinal rəsmlərinə demək olar ki, tam uyğun gələn tunellər aşkar ediblər. Milan Politexnik Universitetindən tədqiqatın aparıcı tədqiqatçısı Françeska Biolo, "Sforza qalası bu gün keçmişlə müqayisədə çox kiçikdir. Bu o deməkdir ki, şəhərin altında çoxlu kəşf edilməmiş xarabalıqlar ola bilər", deyib. Sforza qalasının tikintisinə 1358-ci ildə başlansa da, o vaxtdan bəri qala dəfələrlə dağıdılıb və yenidən tikilib. Bu gün orijinal quruluşun yalnız altıda biri ayaqda qalır. 1400-cü illərdə orijinal qala dağıdılandan sonra Milanın hersoqu Françesko Sforza onun xarabalıqları üzərində yeni bir tikilinin inşa edilməsini əmr edib. 1466-cı ildə Françeskonun ölümündən sonra onun oğlu Ludoviko Sforza layihəni öz üzərinə götürüb və qalanın içini bəzəmək üçün Leonardo da Vinçi də daxil olmaqla, dövrün aparıcı rəssamlarını dəvət edib. Da Vinçinin əsərlərini hələ də qalanın "Sala delle Asse" və ya "Taxta Panellər Otağı" kimi tanınan hissəsində görmək olar. Amma bəlkə də, onun ən mühüm töhfəsi şəxsi dəftərində gizlədilib. "Leonardonun rəsmlərində əbədiləşdirilən bu keçid uzun müddət əfsanə və fərziyyə mövzusuna çevrildi. İndi texnologiya sayəsində onun mövcudluğu təsdiqlənmiş görünür. Üstəlik, kəşf ediləcək daha çox gizli keçidlər ola bilər", - Milan Politexnik Universitetinin bəyanatında deyilir. Tədqiqatçılar müxtəlif üsulları birləşdirərək qalanın ikinci yeraltı səviyyəsində otaqlar və məlum tunelə paralel uzanan əlavə keçid aşkar ediblər. Ancaq tarixi qeydlərə görə, qalanın gizli keçidlərindən ən azı biri hərbi məqsədlər üçün deyil, daha çox şəxsi məqsədlə tikilmiş ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Fevral 2025 02:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri