Dabaq xəstəliyi qiymətləri qaldırdı: Ev quşları bahalaşdı VİDEO
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Paytaxt və region bazarlarında ev quşlarının qiymətində son günlər kəskin artım müşahidə olunur. Xüsusən hind quşu və qazın qiymətində artım daha çox nəzərə çarpır. Satıcılar qiymət artımını 4-5 manat civarında göstərirlər.
Moderator.az ATV-yə istinadən xəbər verir ki, hind quşunun qiymətində adətən yeni il ərəfəsində artım müşahidə olunur, lakin bu il qiymətlərin artımı artıq indi başlayıb. Rayonlarda son bir həftə ərzində hind quşunun bir kiloqramının qiyməti 4-5 manat artıb.
Satıcılar bildirirlər ki, iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin yayılması ev quşlarına tələbatı artırıb. Bu hal hind quşu ilə yanaşı qaz və ördəkdə də qiymətlərin yüksəlməsinə səbəb olub.
Məsələn, hind quşunun qiyməti əvvəl 14 manat idisə, hazırda 16-20 manat arasında dəyişir. Qazın kilosu 13-15 manat aralığında olsa da, bəzi bazarlarda 18 manatadək qalxıb. Ördəyin kilosu isə 14-16 manat civarındadır. Satıcılar qeyd edirlər ki, yeni il qabağı qiymət artımı qaçılmazdır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 10 Noyabr 2025 23:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















