Icma.az
close
up
RU
Dadaş Məmmədov: Yaradıcılıq vörkşopları azərbaycanlı rəssamlar üçün özlərini tanıtmaq baxımından əla imkandır

Dadaş Məmmədov: Yaradıcılıq vörkşopları azərbaycanlı rəssamlar üçün özlərini tanıtmaq baxımından əla imkandır

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 17 dekabr, Anara Axundova, AZƏRTAC

Bu yaxınlarda “Ambassadors Cultural Club” layihəsi çərçivəsində Çexiya Respublikasının Azərbaycandakı səfirliyi və “Arts Council Azerbaijan” QHT-nin birgə təşkilatçılığı ilə “Çexiya azərbaycanlı rəssamların gözü ilə” adlı növbəti yaradıcılıq vörkşopu keçirilib. Həmin layihələr silsiləsi il ərzində davam etdirilib və bu prosesə həm azərbaycanlı rəssamlar, həm də ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklər cəlb olunub.

“Arts Council Azerbaijan”ın rəhbəri, rəssam Dadaş Məmmədov bu cür layihələrin əhəmiyyəti barədə AZƏRTAC-ın müxbirinə danışıb.

“Vörkşop sadəcə yaradıcılıq prosesi deyil, rəssamlar üçün mürəkkəb və məsuliyyətli bir işdir. Onlar qısa zaman ərzində başqa bir ölkənin mədəniyyətini dərindən duymaq, onu yenidən dərk etmək və öz bədii dili vasitəsilə ifadə etmək vəzifəsi ilə üz-üzə qalırlar. Azərbaycanlı rəssamlar üçün bu, özlərini tanıtmaq, adəti üzrə kontekstdən kənara çıxmaq, yeni mövzu üzərində işləmək və geniş auditoriya tərəfindən görünmək baxımından əla imkandır. Yekun sərgilərin ziyarətçiləri üçün isə bu layihələr başqa bir mədəniyyətə yerli müəlliflərin baxışı ilə nəzər salmaq və yeni mənalar kəşf etmək imkanı yaradır”, – deyə o qeyd edib.

Həmsöhbətimiz layihənin mərhələləri barədə də ətraflı danışıb: “Hər bir vörkşop üç əsas mərhələdən ibarətdir. Birinci mərhələ rəssamların müvafiq ölkənin səfiri ilə görüşünü, həmin ölkənin mədəniyyəti, tarixi və dəyərləri ilə tanışlığı əhatə edir. İkinci mərhələ ictimai məkanda keçirilən yaradıcılıq vörkşopudur ki, bu da prosesi açıq edir və geniş auditoriyanı cəlb edir. Üçüncü mərhələ isə yaradılmış əsərlərin nümayiş olunduğu və layihənin nəticələrinin ümumiləşdirildiyi sərgidir”.

“Bununla yanaşı, layihənin həyatı sərgi ilə bitmir. Yaradılan rəsm əsərləri sonradan da müxtəlif sərgilərdə, tədbirlərdə və mədəni layihələrdə nümayiş etdirilir və bununla da həmin ölkənin mədəniyyətinin geniş auditoriya arasında təbliğinə və populyarlaşdırılmasına şərait yaradır.

Ümumilikdə bu, 15 ildən çoxdur ki, uğurla həyata keçirilən dayanıqlı bir formatdır və beynəlxalq mədəni əlaqələrin inkişafına real töhfə verir”, – deyə Dadaş Məmmədov fikirlərini yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see323

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see312

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see298

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see265

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see247

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see224

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see218

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see209

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see202

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see195

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see194

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see192

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see179

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see158

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see156

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see155

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see154

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see152

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri