Icma.az
close
up
RU
Dadlı və faydalı düyü sıyığı

Dadlı və faydalı düyü sıyığı

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Düyü sıyığı ən faydalı sıyıqlardan biridir. Düyünün nadir faydalı xüsusiyyəti ondan ibarətdir ki, düyü çox gözəl absorbentdir.

Düyü orqanizmdə olan ziyanlı maddələri (şlaklar, toksinlər, ağır metalların düzları və s.) özünə hopdurur və orqanizmdən çıxardır.

Düyü müxtəlif vitaminlər (B qrupu, E, PP), mikroelementlər (fosfor, kalsium, kalium, maqnezium, sink, dəmir, selen), zülallar, mürəkkəb karbohidratlarla zəngindir.

Düyü ürək-damar sistemi, böyrəklər, oynaqlar üçün xeyirlidir. Kalsiumla zəngin olan düyü sıyığı uşaqlar üçün də çox faydalıdır.

İshal zamanı suda bişirilmiş düyü sıyığı çox yaxşı müalicəvi təsir edir. Belə sıyıq həm də bağırsaqları orada yığılan ziyanlı maddələrdən yaxşı təmizləyir.

Düyü sıyığı dietik qida sayılır. Bu səbəbdən arıqlamaq istəyən insanlar bu sıyığı öz qidalanmasına əlavə edə bilərlər. Təbii ki, bu halda sıyığa səkər tozu və kərə yağı çox az miqdarda əlavə olunmalıdır.

Lakin nəzərinizə çatdıraq ki, bütün bu faydalı xüsusiyyətlər yalnız təmizlənməmiş ağ düyü sortuna aiddir (biz bu düyünü "yumru düyü" kimi tanıyırıq). Qəhvəyi düyü də həmçinin çox faydalıdır. Uzun düyünün ("aş düyüsü") faydalı xüsusiyyətləri daha azdır. Bundan əlavə uzun düyünün qəbulu bəzi xəstəlikləri və pozulmaları olan insanlara tövsiyə edilmir.

Dadlı düyü sıyığı bişirmək istəyirsinizsə, divarları qalın qazandan (çuğundan və ya poladdan olan) istifadə edin.

Lazım olan məhsullar:

- düyü - 1 stəkan,

- su - 1/2 l,

- süd - 1/2 l

- kərə yağı - 50 qr,

- duz,

- şəkər tozu - zövqə görə,

- darçın - 1 çimdik,

- üzüm - hər boşqab üçün 1 xörək qaşığı.

Hazırlanması

1. Düyünü bir neçə dəfə yaxşı yuyun, 30 dəqiqə ərzində suda isladın və sonra yenə yaxşı yuyun.

2. Qazana 1 l soyuq su doldurun və suya düyü tökün.

3. Su qaynadıqdan sonra sıyığa duz əlavə edin, qazanın qapağını kip örtün və vam odda bişirin.

4. Su tam buxarlandıqdan sonra qazana isti süd əlavə edin və düyü tam hazır olana kimi bişirin.

5. Sıyıq hazır olana 1-2 dəqiqə qalmış şəkər tozu, kərə yağı və darçın əlavə edin və yaxşı qarışdırın.

6. Əvvəlcədən qaynar suda 30 dəqiqə ərzində isladılmış üzümü sudan çıxarın (suyu içə bilərsiniz), sıxın və hər boşqaba 1 xörək qaşığı olmaqla əlavə edin və qarışdırın.

Nuş olsun!

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 04:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see412

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see272

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see226

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see219

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see207

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see205

Qızılın bahalaşmasının əsas səbəbi geosiyasi risklərdir İQTİSADÇI

07 Avqust 2026 14:08see194

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see186

Kişiləri maqnit kimi özlərinə cəlb edən BÜRCLƏRİN qadınları

08 Avqust 2026 09:10see185

Avropada istidən 25 mindən çox insan ölüb

08 Avqust 2026 00:13see184

Prezidentlər Ağ Evin sahibi deyil, yalnız müvəqqəti sakinidir Trampa ŞOK

08 Avqust 2026 06:06see182

AL: “Beşiktaş”dan səfər qələbəsi YENİLƏNİB

07 Avqust 2026 23:58see173

Beş meymun hekayəsi

07 Avqust 2026 22:15see173

Çay deyil, plastik içirsiniz Ən sağlam çay dəmləmə üsulu

08 Avqust 2026 05:05see165

Tez sıxılır, darıxır... Şənbə günü onlarlıq deyil

08 Avqust 2026 10:34see165

Naxçıvanda avqust ayı üzrə pensiyalar ÖDƏNİLDİ

08 Avqust 2026 10:58see164

“Ərzurumspor” Nərimanı belə qarşıladı Video

08 Avqust 2026 00:22see163

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

08 Avqust 2026 06:07see162

İyulun ən güclü Android telefonları açıqlandı Lider təəccübləndirir

08 Avqust 2026 00:26see159

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub

08 Avqust 2026 04:33see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri