Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Dağ kəndlərində kommunal tariflər azaldılsım Deputatdan təklif

Dağ kəndlərində kommunal tariflər azaldılsım Deputatdan təklif

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"2025-ci il Azərbaycan üçün mürəkkəb beynəlxalq şəraitdə keçib. Dünyada müharibələrin davam etdiyi, enerji bazarlarında qeyri-müəyyənliyin hökm sürdüyü bir dövrdə ölkəmiz maliyyə sabitliyini qoruyub saxlayıb, büdcə gəlirlərini təmin edib və sosial öhdəliklərini yerinə yetirib. Mühüm göstəricilərdir. Prezident İlham Əliyevin ötən il Qarabağ Zəfərinin legitimliyini Vaşinqton Zirvəsində tanıtdırması tarixi nailiyyətdir.

Lakin parlamentin vəzifəsi uğurları göstərməklə bərabər, problemləri və həll yollarını da irəli sürməkdir".
Ölkə.az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. 

Deputat əlavə edib ki, dövlətin iqtisadi gücü ümummilli məhsul istehsalı və dəyər yaratması ilə ölçülür:  "Son on ildə ölkəmizin idxalında ciddi struktur və coğrafi dəyişiklik baş verib. 2015-ci ildə idxal 9 milyard dollar idisə, 2025-ci ildə göstərici 18 milyard dollar səviyyəsinə yüksəlib, yəni on il ərzində idxal iki dəfə artıb.
Eynilə, idxalın coğrafiyası da dəyişib. Əgər 2015-ci illərin əvvəlində idxalda əsas payı regional dövlətlər - Rusiya, Türkiyə və Avropa Birliyi təşkil edirdisə, indi Çin idxalda 8 milyard manatlıq payla lider mövqeyə yüksəlib. Yəni ölkəmizin ümumi idxalının təxminən 25 faizi – konkret deyilsə, ölkəyə gətirilən hər dörd məhsuldan biri Çin mənşəlidir.
İdxalın strukturuna baxdıqda əsas yeri nəqliyyat vasitələri və avtomobillər - təxminən 2-3 milyard dollar, maşın və sənaye avadanlıqları - 2 milyard dollardan çox, elektronika və məişət texnikası - 1.5 milyard dollar civarında, dərman preparatları - 1 milyard dollara yaxın tutur.
Məhsulların böyük hissəsi ölkəmizdə istehsal və ya montaj edilə bilər. Prosesin sosial-iqtisadi tərəfləri də var. Bazarda yüksək standartlı Avropa məhsulları ilə müqayisədə keyfiyyəti aşağı olan mallar artıb. Yəni tələbin əsas hissəsi ucuz məhsullara yönəlir, keyfiyyət və istehlak meyarları dəyişir.

Əhəmiyyətli hissəsini ölkədə istehsal etməyə mane olan əsas amil investisiyalara əlçatanlığın qeyri-bərabərliyi və xariic bazarlara çıxışın məhdudluğudur.
Hesabatda kənd təsərrüfatına ayrılan 1.203,8 milyon manat vəsaitin  50 milyon manatı investisiya xərclərinin payına düşdüyü göstərilir - yəni, ümumi kənd təsərürfatı xərclərinin 4,2%-dir. Ona görə də artım  cəmi 0,9% oldu, proqnoz 3,4% idi. Lakin bir daha sovet dönəminin statistikasına qayıdaq: 1980-ci illərdə minlərlə kənd, öz məktəbi, xəstəxanası, enerji infrastrukturu ilə fəaliyyət göstərirdi. Qəsəbələşmə və böyük şəhərlər siyasəti onun nəticəsində formalaşırdı. 

Ona görə də Prezident kənd təsərrüfatına həsr olunan müşavirədə daxili miqrasiyaya xüsusi vurğu etdi. İnsanlar kənddən mərkəzə doğru can atır, məktəblər, tibb məntəqələri istifadəsiz qalır, min hektarlarla həyətyanı sahələri sovet dövründəki kimi aktiv becərilməni gösləyir, əvəzində paytaxtda tunel və yol qovşaqlarına, əmək və mənzil bazarına daha çox vəsait xərclənir.

Niyə belə olur? Çünki sərhəd kəndlərindəki tarif siyasəti əhalini  daha çox orada saxlamağa imkan verməlidir. Elektrik, qaz, su, internet tariflərini bir neçə dəfə azaltmaqla ilin 6-8 ayını soyuq iqlimdə keçirən dağ və sərhəd kəndlərində həyat şəraitini dəyişdirmək olar. Bir kənddə yaşayan sadə fermerlə Bakıda işləyən ofis işçisi eyni kommunal tarif ödəyirsə, onda paytaxtda kirayə və əmək bazarında qeyri-mütənasiblik davam edəcək.

70-ci illərdə Ulu Öndər Heydər Əliyev elmi-texnoloji inkişafa və tədqiqatlara birinci məsələ kimi baxırdı. On il ərzində elmi-istehsalat birliklərinin sayı 70 dəfə, elm xərcləri 4 dəfə artmışdı; elektron sənayesinin əsasını təşkil edən çip və yarımkeçiricilər üzrə OZON Elmi İstehsalat Birliyi cəmi 5-6 respublikada vardı. 90-cı illərdə onları məhv etdilər. 2025-ci ildə elm xərcləri 1980-ci illə müqayisədə təxminən 4 dəfə, əhalinin hər 10 000 nəfərinə düşən elmi işçilərin sayı 3 dəfə, patentlərin sayı 15 dəfə azalıb.
1980-ci ildə elm xərclərinin həcmində İsraili Azərbaycanla müqayisə edəndə 2 dəfə fərq var idi, 2025-ci ildə isə fərq çox böyükdür. Elm sahəsində ən mühüm göstərici alimlərin orta aylıq maaşı, laboratoriya bazalarının beynəlxalq standartlara uyğunluğu, xaricə beyin axınının azaldılmasıdır.

Azərbaycan dövləti Vətən müharibəsini son model hərbi texnoloji nailiyyətlərlə və qabaqcıl elmlə qazanıb. Ali Baş Komandan İlham Əliyevin Akademiyanın 80 illiyində qarşıya qoyduğu strateji elmi vəzifələrə ayrılacaq milyardlarla manat vəsait ÜDM-də indiki 0.15 faizlik səviyyəni aşmağa nəhayət imkan verər, ölkəmizin hərbi-siyasi və iqtisadi gücünü qat-qat artırar.
Parlaq Qələbəmizə səbəb olan elmimizi də zəfərə çatdırmaq üçün büdcə ayırmalarının ÜDM-dəki payının 2030-a qədər 1.0%-ə çatdırılacağına inanırıq.

Böyük Qayıdışın və yeni Vətən quruculuğunun davam etməsi dövlətimizin ötən və davam edən ilin ən böyük uğurlarıdır".

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 İyun 2026 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see609

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see429

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see312

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see299

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see272

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see246

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see227

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see217

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see215

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see205

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see196

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see196

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see196

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see194

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see187

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see182

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see176

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see166

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see166

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri