Icma.az
close
up
RU
Dağıdıcı müxalifət “siyasi məhbus” şousunu əsas gəlir gətirən sahə hesab edir ANALIZ

Dağıdıcı müxalifət “siyasi məhbus” şousunu əsas gəlir gətirən sahə hesab edir ANALIZ

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Belə bir deyim var: “satqının və xəyanətkarın milləti olmur”. Günümüzün reallığında xaricdəki antimilli ünsürlərin, eləcədəki daxildəki siyasi partiya dəllallarının Azərbaycan xalqının maraqlarına zidd fəaliyyət göstərdiklərini görüncə, məsəlin nə qədər haqlı və əsaslı olduğu aydın olur. Məlum olur ki, qəpik-quruşa aldanıb, özlərini satan “sapı özümüzdən olan baltaları” bundan sonra səhv yoldan, bəd fəaliyyətlərindən çəkindirmək mümkün deyil. Çünki onların beyinləri yuyulub, qəlbləri çirkabla kirlənib. Fikir daha aydın olsun deyə, bir misal çəkim: Özünü partlatmağa qərar verən terrorçunu maarifləndirici söhbətlə əməlindən çəkindirmək olarmı?

“Özünü partlatmaqla xalqına və dövlətinə zərər verirsən, Allahın verdiyi şirin canından olursan” deməklə terrorçuya sağlam, ağıllı qərar verməyi çatdırmaq olarmı? Birmənalı şəkil də demək olar ki, terrorçunu heç bir söhbətlə, ideya və təkliflə verdiyi qərarından döndərmək mümkün deyil. Ona görə ki, terrorçu kənar təsirlərin altındadır. Digər tərəfdən terror əməli ilə neçə -neçə insanın həyatına son qoyan terrorçu xain yol tutmağı özünün nicatı və həyat mənbəyi hesab edir. Eyni ilə beyinləri zir-zibillə doldurulmuş xaricdəki antimilli ünsürlər və daxildəki dağıdıcı müxalifət terrorçulara xas xarakterlə islah olunmaq, sağlam, dövlətçilik maraqlarına uyğun fəaliyyət göstərmək istəmirlər. Fikir verin, 30 illik erməni işğalına son qoyuldu. Bir dəfə də olsun dağıdıcı müxalifət və xaricdəki antimilli ünsürlər Azərbaycan xalqını qələbə münasibəti ilə təbrik etmədilər. Əksinə istər müharibə dövründə, istərsə də parlaq hərbi qələbədən sonra dağıdıcı müxalifət partiyaları və onların funksionerləri ümumxalq birlikdən kənarda qaldılar.

Əli Kərimli, Cəmil Həsənli kimlər xalqdan uzaqdırlar, dövlətə qarşı laqeydirlər

AXCP və Müsavat 2020-ci ilin iyulunda Tovuz rayonu erməni terror maşını terror aktları həyata keçirən zaman 43 siyasi partiyanın imzaladığı “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair” bəyanatını imzalamaqdan imtina etdilər. 44 günlük Vətən Müharibəsi zamanı bir neçə dəfə siyasi partiyalar bir araya gəlib, Ermənistanın vandal hərəkətləri və dinc sakinlərin raket atəşinə tutulmasına etiraz əlaməti olaraq dünya xalqlarına, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər ünvanladıqları zaman Müsavat və AXCP həmin müraciətlərə qoşulmadılar. Prezident Adminstrasiyasında siyasi partiyaların rəhbərləri ilə keçirilən görüşlərdə AXCP, Milli Şura və Müsavat funksionerləri qatılmadılar. Hətta siyasi dialoq çağırışlarına da əhəmiyyətsiz yanaşdılar. Bütün bunlar Əli Kərimlinin, Cəmil Həsənli, Arif Hacılının və digərlərinin şər qüvvələrdən asılı olduqlarını nümayiş etdirdilər. Bu məqamda haqlı və əsaslı suallar yaranır: Necə ola bilər ki, vətəninə yardım etməyin vacib olduğu bir mərhələ də susan? Deməli bir daha aydın olur ki, onların pafosla söylədikləri “Vətən”, “Xalq” sözləri sadəcə siyasi dividend əldə etmək üçün deyilir. Əslində xalqdan uzaqdırlar, dövlətə qarşı laqeyddirlər. Onlar üçün başlıca hədəf və məqsəd ölkəmizin imicinə xələl gətirilmək və erməni lobbisinin istəyinin yerinə yetirilməsidir. Qarşılığında isə pul almaq və həyatlarını yeni tapşırıqları icra etmək üçün davam etdirməkdir.

Əli Kərimlinin “siyasi məhbus” siyahısı yalan üzərində qurulub

44 günlük Vətən Müharibəsindən sonra xarici ermənipərəst dairələr Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Belə demək olar ki, ölkəmizə qarşı xarici məkrli dairələr tərəfindən informasiya müharibəsi elan edilib. Hər gün müxtəlif dövlətlərin KİV-lərində ölkəmizlə bağlı şər və böhtan xarakterli informasiyalar dərc edilir, məlumatlar paylaşılır. Sual olunur, olubmu Milli Şura, AXCP rəhbərliyi Avropanın və ABŞ-ın qaranlıq dairələrinin ölkəmiz haqında sərsəm iddialarına, əsasız ittihamlarına cavab versinlər? Ən azı sözügedən ölkələrin mətbu orqanlarını, hakimiyyət nümayəndələrini qınasınlar. Susublar, elementar partiya mövqeyini belə qeyd etməyiblər. Nədən ki, ABŞ-ın və Avropanın müəyyən maliyyə dairələrindən qranlar alırlar.

Bəzən “siyasi məhbus” şousundan bəhrələnmək üçün uydurduqları məlumatları onlara ötürməklə, özlərinə dəstək qazanırlar. Misal üçün bir qədər əvvəl Almaniyadakı nasistlərin əsas ideoloqlarından olan Frank Şveberin, “mən tez-tez Leyla Yunusdan Azərbaycandakı insan hüquqlarının vəziyyəti, mətbuatını durumu ilə bağlı məktublar alıram” deyə bildirməsini göstərmək olar. Sonradan aydınlaşdı ki, Leyla Yunus vasitəsi ilə F.Şveberə çatdırılan məlumatları AXCP sədri Əli Kərimli göndərir. Ə.Kərimli əsas gəlir gətirən sahənin “siyasi məhbus” şousu olduğu üçün ona daha çox müraciət edir. Tez-tez “siyasi məhbus” məsələsindən danışan Ə.Kərimli iddia edir ki, guya ölkəmizdə 319 siyasi “siyasi məhbus” var. Lakin həmin siyahıda kimlər var, onların cinayətləri nədən ibarətdir, kimi əsas məqamları qeyd edə bilmir. Bu da onu təsdiq edir ki, Ə.Kərimlinin “siyasi məhbus” siyahısı yalan üzərində qurulub. Əslində siyahı, filan mövcud deyil. Ardıcıl suallar qarşısında iddia edir ki, guya Nazim Məmmədov, Rüfət Səfərli, “Tolum” və “Meydan” TV-nin, eləcə də “Abzasmedia”-nın əməkdaşları “siyasi məhbus”lardır. Lakin Nazim Məmmədov məhkəmə qarşısında açıq şəkil də bəyan etdi ki, “onun adının “siyasi məhbus” siyahısına salınması yanlış addımdır, o özünü “siyasi məhbus” hesab etmir”.

Rüfət Səfərlinin yaxınları da övladlarının adının “siyasi məhbus” olaraq çəkilməsin yolverilməz olduğunu söyləyiblər. Söz yox ki, “Tolum” və “Meydan” TV-nin, eləcə də “Abzasmedia”-nın əməkdaşları “siyasi məhbus”lar ola bilməz. Çünki onlar siyasi dərnəklərin təbliğatçıları olsalar da, özlərini siyasətçi olaraq təqdim edə bilməz. Qısası, Ə.Kərimli özünü xarici tərəfdaşlarını “siyasi məhbus” alverində təcrübəli tacir kimi təqdim etməyə çalışsa da əslində küçə avarasından və alverçisindən uzağa gedə bilməyir. Təbii ki, bu cür davranışı və anormal əməlləri ilə bir qədər də özünü cəmiyyətin gözündən salır və rüsvay edir.

İLHAM ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Fevral 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see186

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see147

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see141

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see127

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see124

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see124

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see121

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri