Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Dağıdıcı müxalifət ruspərəst mövqe sərgiləyir ANALİZ

Dağıdıcı müxalifət ruspərəst mövqe sərgiləyir ANALİZ

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Əli Kərimlinin, Cəmil Həsənlinin və digərlərinin Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıqların, kütləvi həbslərin həyata keçirilməsinə etiraz bildirməmələrinin real səbəbi mövcuddur

Fəqət, dağıdıcı müxalifətin üzüqara olmuş qara niyyətli Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı, İsa Qəmbər və bu kimi digər ünsürləri yenə də köhlən atı minib, köntöy-köntöy danışmağa başlayıblar. Gah Azərbaycanı Avropa dəyələrinə qarşı çıxmaqda, gah AŞPA ilə əlaqələrin nizamlanmasına cəhd etməməkdə, gah da daxildə söz və mətbuat azadlıqlarına diqqət yetirməmək də qınayırlar. Xüsusilə də, AXCP sədri Əli Kərimli eyni sayıqlamalarını təkrar-təkrar sosial şəbəkələr üzərində yaratdığı saxta profilləri vasitəsi ilə səsləndirir. Lakin diqqətçəkən məqam ondan ibarətdir ki, bu məxluqlar son günlər Rusiyada kriminal-terrorçu məxluqların azərbaycanlılara qarşı həyata keçirdikləri qəddarlıqlarla bağlı bir kəlmə də olsun hər kəsi məmnun edə biləcək fikirlər söyləmirlər. Niyə, səbəb nədir? Uzun-uzadı araşdırma filan axtarmağa ehtiyac yoxdur. Zatən onları Rusiyanın kriminal dəstələri ilə əməkdaşlıqda günahlandırmaq da yersizdir. Düzdür, Müsavatın indiki başqanı İsa Qəmbərin Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqələrinə dair zaman-zaman yerli və xarici mətbu orqanlarda məlumatlar dərc olunub. Hətta mətbuatda yazılanlara görə, İsa Qəmbər Rusiya xüsusi xidmət orqanlarında “Polkovnik Popov” ləqəbi ilə qeydiyyatdan keçib. Hazırkı, məqamda “Polkovnik Popov” öz üzərinə götürdüyü vəzifəsini yerinə yetirib yetirmədiyini demək çətindir, onu ancaq Azərbaycanın hüquq-mühafizə orqanları bilə bilərlər.

Müsavatın keçmiş başqanı, hazırda partiyanın Ali Məclisinin sədri olan Arif Hacılı hələ AXC-Müsavat iqtidarı dövründə utanıb-çəkinmədən bəyan etmişdir ki, “onlar 9 ölkənin razılığı ilə hakimiyyətə gəliblər, heç kim və heç bir dövlət bu razılaşmanı poza bilməz”.

Təbii ki, A.Hacılının qeyd etdiyi 9 dövlət arasında Rusiya ön sırada olan dövlətlərdən olub. Ancaq A.Hacılının xəyalları qısa müddət sonra puç oldu. Onlara ilk zərbəni Rusiyanın xüsusi xidmət orqanları vurdu. Nəticədə, ortaya çıxan Rusiyanın əsas adamları Surət Hüseynov, separatçı Əlikiram Hümbətov və digərləri AXC-Müsavat iqtidarını məhv etdilər. Bununla Azərbaycan dövləti və xalqı da əziyyətlərə düçar oldular. Bu gün də ara-sıra A.Hacılının Rusiyada müəyyən dairələrlə əlaqələrinə dair söz-söhbətlər gəzir. İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən vəhşiliklərə, o cümlədən işgəncələrə, qətllərə və diaspor nümayəndələrinə qarşı təzyiqlərə A.Hacılının münasibət bildirməməsi müəyyən şübhələr yaradır. Eyni davranışı AXCP sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli də nümayiş etdirirlər.

Əli Kərimli susmağa üstünlük verir

Məlum olduğu kimi, tarixən qonşu xalqlara və dövlətlərə qarşı xain hücumlar, qəsblər, zorakılıqlar həyata keçirən Rusiyanın kriminal-terrorçu məxluqları bu gün də ənənəsinə sadiqlik nümayiş etdirir. İyunun 27-də Yekaterinburqda Rusiya cəmiyyətinin özündə quldur kriminal dəstə hesab olunan OMON və Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda dini və irqi ayrı-seçkilik fəaliyyətinə uyğun olaraq azərbaycanlılara qarşı zorakılıqlar, kütləvi həbslər həyata keçirib. 50-dən çox azərbaycanlı polis bölməsinə aparılıb. Polis və xüsusi təyinatlıların hücumu zamanı iki qardaş - Hüseyn və Ziyəddin Səfərov işgəncələrlə öldürülüb. OMON və Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburqda azərbaycanlılara qarşı törətdiyi həbslər və qətllər diskriminasiya, eləcə də milli ayrı-seçkiliyin bariz nümunəsidir. Bu vəhşilik həm də Rusiyanın insanlığa qarşı cinayətlərdən əl çəkmədiyini göstərir. Təbii olaraq Azərbaycan cəmiyyətinin hər bir üzvü, xaricdə yaşayan azərbaycanlılar Rusiyanın hüquq –mühafizə orqanlarının törətdiyi vəhşiliyə sərt münasibət bildirir. Bu məsələyə yuxarıda qeyd etdiyimiz kimi, dağıdıcı müxalifətin susması müəmmalı suallar yaradır. Aydın olur ki, bu ünsürlər həqiqətən də Azərbaycan xalqından ayrı düşüblər. Onlar üçün əsas niyyət və maraq ölkəmizin imicinə kölgə salınmasıdır. Bunun üçün şeytanla da əməkdaşlıq etməkdən çəkinmirlər. Bu, o dağıdıcı müxalifət təmsilçiləridir ki, “Zəngəzur dəhlizi Azərbaycanın avantürasıdır”, “Xankəndidə ermənilərin hüquqları pozulur”, “Qarabağın azad edilməsi Koçaryanın, Sarkisyanın Azərbaycanın torpaqlarını işğal etməsindən artıq deyil”, “bizim də Paşinyan kimi demokratik baş nazirimiz olaydı” və bu kimi separatçı fikirlər söyləməkdən çəkinməmişdilər.

Dağıdıcı müxalifətin əsas simasızları olan AXCP sədri Əli Kərimli, Milli Şuranın rəhbəri Cəmil Həsənli, AXCP sədr müavini Fuad Qəhrəmanlı Milli Şuranın üzvü Gültəkin Hacıbəyliyə, Müsavat başqanı İsa Qəmbər, ABŞ-da tüfeyli həyat tərzi yaşayan Sevinc Osmanqızına, “fərari diplomat” adını daşıyan Arif Məmmədov, Trol Sadıqlı, Məhəmməd Mirzəli və digərləri ölkəmizin AŞPA-da səsvermə hüququnun məhdudlaşdırılmasını toy-bayram kimi qəbul edib, sevinmişdilər. Eyni vəziyyət Rusiyada azərbaycanlılara qarşı vəhşiliklərin törədilməsindən sonra da hökm sürür. Əli Kərimli və dəstəsi ağızlarını açıb. Soydaşlarımıza qarşı törədilən vəhşiliklərə etiraz bildirmirlər. Halbuki, siyasi partiyanın başlıca məqsədi və məramı xaricdə yaşayan soydaşlarımızı üzləşdiyi problemlərin həllinə dəstək göstərmək, pozulmuş iş hüquqlarının aradan qaldırılması istiqamətində ölkələrə çağırış etmək olmalıdır.

Milli Şura Rusiyanın layihəsi idi

Əli Kərimlinin, Cəmil Həsənlinin Rusiyada azərbaycanlılara qarşı törədilən vəhşiliklərə susmaları, fikri bildirmələrinin bir adı və cavabı ola bilər, onlar bu və digər formada Moskvada iylənmiş qoca qurdlara bağlıdılar. Vəhşiliyə etiraz eməklə onları qıcıqlandıra və özlərindən narazı sala bilərlər. Onsuz da Milli Şuranın Rusiyanın layihəsi olmasına dair kifayət qədər faktlar və sübutlar mövcuddur. Hələ 2013-cü il prezident seçkiləri ərəfəsi ölkəmizdə gərginlik yaratmaq, siyasi sabitliyə xələl gətirmək üçün Rusiyanın qaranlıq dairələləri Rüstəm İbrahimovun rəhbərliyi ilə Milli Şuranın yaradılmasına nail olmuşdur. Lakin layihə uğurlu nəticələr əldə edə bilmədi, qısa müddət sonra parçalandı və arxivin küncünə sıxışdırıldı. Bununla belə keçmiş agentləri Cəmil Həsənlini işə bərpa etməklə, onun vasitəsi ilə Milli Şuranı ayaqda saxlamağa nail oldular. Cəmil Həsənlinin ara-sıra Rusiyaya getməsi də təsadüfi səfərlər hesab etmək olmaz. Səfərlərinin yalnız kitablarının ruslara təqdim edilməsi və elmi yığıncaqlarda iştirak etməsi olduğu deyilsə də, əslində, müəyyən şəxslərlə danışıqlar və sövdələşmələr aparmasıdır.

Əli Kərimliyə Rusiyadan maliyyə yardımlarının göndərilməsi haqqında mətbuata məlumatlar sızdırılıb. Hətta məsələnin cinayətə qədər gedib çıxması səbəbindən Əli Kərimliyə Rusiyadan pul göndərənlər məhkəmə qarşısına çıxarılıblar. Əli Kərimliyə maliyyə yardımları Moskvada yaşayan azərbaycanlı Rüstəmov Saleh Məhərrəm oğlu və onun yaxın qohumu Rüstəmli Vidadi Valeh oğlu tərəfindən göndərilib. V. Rüstəmli pulu AXCP Rəyasət Heyətinin üzvü Məhərrəmov Aqil Əli oğlu, Gənclər Komitəsinin Ali Məclisinin sədri Nəsirov Ruslan Şamil oğlu, AXCP Nərimanov rayon şöbəsinin sədri Həsənov Babək Qəzənfər oğluna verib. Pul qəbul olunduqdan sonra Əli Kərimli ona “WhatsApp” proqramı vasitəsilə “bəy, sağ ol, çatdı” kimi minnətdarlıq sözlərini yazıb göndərib. Təsdiq olunmuş məlumatlara görə, həmin puldan Qənimət Zahid üçün də hər ay rəhbəri olduğu televiziya kanalının saxlanılmasından ötrü 2.000-2.500 ABŞ dolları göndərib. Təsdiq olunmuş məlumata görə, qısa müddət ərzində ümumilikdə Rusiyadan AXCP sədri Əli Kərimli üçün 411.952 ABŞ dolları məbləğində pul vəsaitləri göndərilib.

Bir sözlə, dağıdıcı müxalifətin Rusiya OMON-nun və Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıqlar, kütləvi həbslər həyata keçirməsinə etiraz bildirməmələrinin real səbəbi mövcuddur.

İLHAM ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:338
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 İyul 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri