Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Dağıdıcı müxalifət ermənidən betər ermənilik edir ANALİZ

Dağıdıcı müxalifət ermənidən betər ermənilik edir ANALİZ

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Belə görüb, eşidib, oxumuşuq ki, gerçəklikləri dilə gətirmək, səhvləri etiraf etmək böyüklük əlamətidir. Səmimi etiraf növbəti səhvlərin təkrarlanmayacağından xəbər verir. Təəssüflər olsun ki, xalqa və dövlətə böyük acılar, fəlakətlər yaşatmış siyasətçilər var ki, onlar vacib amili nəzərdən belə keçirmək istəmirlər. Bu da onların özlərindən həddindən artıq razı, hikkəli və iddialı olmalarından irəli gəlir. Deməli, yenidən imkan və şərait yaransa onlar növbəti dəfə xalqa və dövlətə fəlakətlər gətirə biləcək səhvlərini təkrarlaya bilərlər. Fikir verin, AXC- Müsavat cütlüyü hakimiyyət də olduğu dönəm də millətimizə və dövlətimizə böyük fəlakətlər, faciələr yaşatdı, ancaq bu günə qədər İsa Qəmbər, Əli Kərimli, Arif Hacılı, Pənah Hüseyn və digər o dövrün vəzifə dəllalları bir dəfə də olsun xalqın qarşısına çıxıb, etdikləri bəd əməllərə, yanlış siyasətə görə üzr istəməyiblər. Əksinə, daha böyük həyasızlıqla törətdikləri faciələrə, həyata keçirdikləri fəlakətlərə müxtəlif formada don geyindirməyə çalışıblar. Ancaq anlamırlar ki, nə qədər gec səhvlər etiraf olunmasa, o qədər küncə sıxışdırılmış, xalqın gözündən düşmüş halda olacaqlar.

AXC-Müsavat cütlüyünün səhvlərinə gəlincə isə, birincisi onların kadr siyasətləri başdan ayağa qədər yanlış olub. Çayxanada çayçını, restoranda ofisiantı, universitetdə laborantı yüksək dövlət vəzifələrinə təyin etməklə yenicə müstəqillik qazanmış dövlətin idarə edilməsində və ölkənin hərbi, siyasi, iqtisadi sahələrində müsbət nəticələr qazanılması mümkün deyildi. İkincisi, İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseyn, Arif Hacılı kimi gerizəkalı məxluqlar Qarabağ münaqişəsini beynəlmiləlləşdirməklə problemin dərinləşməsinə təkan verdilər. O zaman bu məxluqlar elə düşünürdülər ki, münaqişəni beynəlmiləlləşdirməklə Ermənistanı diz çökməyə məcbur etmək olar. Hətta hesab edirdilər ki, işğalçı Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq ediləcək. Lakin qanmadılar ki, erməni lobbisi dünya ölkələrinin siyasi hakimiyyətlərinə nüfuz edən lobbidir və onlar heç zaman hakimiyyətlərin Ermənistana qarşı sanksiyalar tətbiq edilməsinə imkan verməzlər. 30 illlik işğal dövrü qeyd etdiklərimin əsaslı olduğunu təsdiqlədi. Lakin AXC- Müsavat iqtidarının hüy-küyçü məxluqları sadə insanların belə bildiklərini anlamadılar. Əksinə, Kəlbəcərin müdafiəsinin zəif təşkil olunmasına da maraq göstərildi. Nəticədə, Kəlbəcər işğal edildi. Birmənalı şəkildə demək olar ki, Kəlbəcərin işğal edilməsi AXC-Müsavat hakimiyyətinin səriştəsizliyinin, həm də naşılıqlarının nəticəsi idi.

AXC hakimiyyətinin səhv siyasəti Azərbaycanın regionda izolyasiya olunmasına gətirib çıxardı

O zaman AXC hakimiyyətinin prosesləri proqnozlaşdırıb, ondan nəticə çıxara bilməməsi, xüsusilə də, təhlükəsizlik sahəsində cavabdeh olan şəxslərin siyasi səriştəsizliyi Kəlbəcərin işğalına gətirib çıxardı. Onların beynəlxalq siyasətdə buraxdıqları kobud səhvləri Azərbaycanın faciə ilə üzləşməsinə səbəb oldu. Belə ki, Rusiyanı düşmən elan etmək, Çinə bayraq sancacaqları barədə anormal fikir səsləndirmək, Özbəkistan rəhbərliyini türkçülüyə bağlılığı olmamaqda günahlandırmaq və bu kimi qeyri-ciddi bəyanatlar vermələri, nəhayətdə, dünyanı “Azərbaycanın atom bombası var” deyə hədələmələri Azərbaycanın regionda izolyasiya olunmasına gətirib çıxardı. Bir yandan Ermənistan torpaqlarımızı işğal etmək üçün hücuma keçir, o biri tərəfdən Rusiya, Özbəkistan və digər dövlətlərlə düşmənçilik münasibətləri yaranır. Bir sözlə, AXC hakimiyyəti Azərbaycanı arzuolunmaz problemlərlə üz-üzə qoymuşdu. Bütün bunların fonunda Qarabağ münaqişəsini beynəlmiləlləşdirmək, demək olar ki, Azərbaycanın torpaqlarının daha geniş ərazidə işğalına gətirib çıxartdı. Ona görə ki, Qarabağ münaqişəsinin həllini bu gün artıq tarixin zibilliyinə atılmış ATƏT-in Minsk Qrupuna həvalə etməklə problemin üçpilləli problemə çevrilməsinə səbəbkar oldular. Yəni artıq onun həlli, lokal və regional deyil, qlobal münaqişəyə çevrildi. Bu halda isə problemin həllinə nail olmaq üçün Rusiya, Türkiyə, Fransa, indiki fars-mollar rejimi, ABŞ, Avropa Birliyi və NATO-nun maraqları əhatə olunmalıdır. Fikir verin, nə qədər mövqelər və maraqlar üst-üstə düşməli idi ki, Qarabağ problemi həllini tapsın.

O zaman AXC- Müsavat cütlüyü Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etsəydi, Azərbaycanda böyük faciələr baş verməyəcəkdi

1992-ci ildə Qarabağ problem daha dar çərçivədə həll oluna bilərdi. Necə ki, sonrakı mərhələlərdə yaranan və heç də Qarabağ problemindən ağrılı olmayan problemləri daxili məsələ olaraq həll edildi. 1993-cü ildə Şimalda “Sadval”, Cənubda isə qondarma “Talış-Muğan Respublikası” məsələsi meydana gələndə, Ulu Öndər Heydər Əliyev çox böyük ustalıqla bu məsələni həll etdi. Lakin Qarabağ separatçılarına qarşı Elçibəy hakimiyyəti bu cür addım atmadı. Elçibəy hakimiyyətinin ən böyük günahı o oldu ki, onlar bu məsələni beynəlmiləlləşdirdilər. Bu da onların siyasi səriştəsizliyinin nəticəsi idi. Qarabağ məsələsini beynəlmiləlləşdirmək böyük səhv idi. O zaman Azərbaycan ordusu Xankəndinin 15 km yaxınlığında idi və Kəlbəcərə yol açılmışdır. 1993-cü ilin yanvar ayının 15-nə qədər ərazilərimiz işğaldan azad olunurdu. Həmin zaman orada hətta rus qoşunları da vardı. Lakin Rusiyanın vəziyyəti ağır olduğundan, ermənilərə heç bir köməklik göstərə bilmirdi. Fevral ayında Xalq Cəbhəsi bəyanat verdi və həmin bəyanatdan sonra onlar ordunu geri çəkdilər. Bütün bu məsələlərin üstündən 30 ildən artıq vaxt keçir. Niyə bu məsələlərə aydınlıq gətirilmir? Niyə tarixçilərimiz susur? Bütün bunlar onu deməyə əsas verir ki, o zaman ki, AXC-Müsavat hakimiyyəti bununla millətə ziyan vurmuş oldu və bu, bağışlanmazdır. Müharibə bir dövlətin başqa dövlətə elan etdiyi rəsmi hüquqi aktdır. Azərbaycanın Qarabağ ərazisində separatçılıq baş qaldırmışdı və bu məsələni daxili məsələ olaraq asanlıqla aradan qaldırmaq olardı. Əgər həmin zaman hakimiyyətdə olanlar Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etsəydilər, bu problemlər baş verməyəcəkdi. Amma AXC hakimiyyəti belə bir addım atmadı.

Dağıdıcı müxalifət Azərbaycan siyasətinin üz qarası olaraq qalacaq

O zaman AXC-Müsavat cütlüyün kobud səhvlərindən biri də Qarabağ münaqişəsini beynəlmiləlləşdirmələri idi. Bu onların səriştəsizliyindən, siyasi savadsızlıqlarından, beynəlxalq hüquq norma və prinsipləri bilməmələrindən irəli gəlirdi. Amma bütün hallarda səhvlər bağışlanmazdır. Yaddan çıxarmaq olmaz ki, 1948-ci ildə İsrail və Fələstin dövlətlərinin yaradılması üçün Fələstinə 60, İsrailə isə 40 faiz ərazi verilirdi. Bununla bağlı BMT-nin qətnaməsi də vardı. Fələstinlilərin səhvi nəticəsində torpaq sərhədləri 60 faizdən 25 faizə endi. Çünki fələstinlərin səhvindən istifadə edən İsrail müharibə yolu ilə Fələstin torpaqlarını işğal etdi. Hələ də İsrail işğal etdiyi Fələstin torpaqlarını azad etməyib. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurası bir necə dəfə işğal edilən Fələstin torpaqlarının azad edilməsi haqqında qətnamələr qəbul edib. AXC hakimiyyəti bunu bilir və görürdü. Təcrübəsizlikdən, səriştəsizlikdən millətə sağalmayacaq yara vururdular. Bu isə bağışlanmazdır. Qanunvericilikdə də var. Qanunu bilmədən cinayəti törətmək heç kəsi cəzadan xilas etmir. Bunu Elçibəy hakimiyyəti bilməli idi. Bilmirdisə, niyə prezident seçilməyə səy göstərirdi? Nəzərə almaq lazımdır ki, 1993-cü ilin fevral ayına qədər Azərbaycan Qarabağın 60 faizinə tam nəzarət edirdi. Keçmiş Hadrut rayonunun cəmi bir kəndi erməni işğalında qalmışdır. Əgər əvvəllər Hadrutla Ermənistan arasında məsafə 15 km idisə o, 50 km çatdırıldı. Bütün Ermənistana yaxın olan sərhəd kəndləri azad edildi. Aparılan uğurlu hücumun qarşısı birdən-birə dayandırıldı. Niyə? Bax, bu sualın cavabını hələ də AXC-nin hakimiyyətdə olmuş nümayəndələri bu günə qədər cavab verməyiblər. Bu isə onu təsdiq edir ki, onlar həqiqətin və ədalətin önündə acizdilər, etiraflarla və suallara cavab verməklə ən azı özlərinə təskinlik vermək gücündən və imkanından belə məhrumdular. Hazırda 30 illik erməni işğalına son qoyulub. Buna Fateh Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik bacarığı, fenomen diplomat olması və xalqın böyük dəstəyini qazanması ilə nail olundu. Bu gün artıq Qarabağımız rahat nəfəs alır və ərazi bütövlüyümüz tam təmin edilib. Sual yaranır, niyə bu məqamda Ə.Kərimli, C.Həsənli, Müsavatın indiki və keçmiş başqanları İsa Qəmbər və Arif Hacılı separatçı mövqeylərindən hələ də əl çəkməyirlər? Nədən işğalına şərait yaratdıqları, lakin böyük Fateh, Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərkərdəlik məharəti ilə azadlığına qovuşan Qarabağımızla bağlı paylaşımlar etmir, xalqa ünvanlanan təbriklərlə çıxış etmir. Əksinə, xarici anti-Azərbaycan qüvvələrlə əməkdaşlıq edir, Ermənistandakı revanşistlərlə həmrəylik nümayiş etdirən mövqe göstərir. Bəzi hallarda isə Ə.Kərimli, C.Həsənli, Müsavatın indiki və keçmiş başqanları İsa Qəmbər və Arif Hacılı ölkədəki mövcud ictimai, siyasi sabitliyə xələl gətirmək üçün pozucu açıqlamalar verir, populist mövqe nümayiş etdirirlər. Təbii ki, onlar ermənidən betər ermənilik etdiklərini söyləmək və haqlı olaraq qınamaq, ittiham etmək olar.

İLHAM ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Aprel 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri