Icma.az
close
up
RU
Dağıdılan 60 min hektardan çox meşə fondu

Dağıdılan 60 min hektardan çox meşə fondu

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Meşələrin məhvi təbiətə qarşı terrordur və hər bir insanın onu qoruması üzərimizə məsuliyyət qoyur. Ölkəmizin meşə ehtiyatının 49%-i Böyük Qafqaz regionunun, 34%-i Kiçik Qafqaz regionunun, 15%-i Talış zonasının və 2%-i Aran zonasının (Naxçıvan MR ilə birlikdə) payına düşür. Azərbaycanda adambaşına 0,12 ha meşə sahəsi düşür. Ölkəmizi, dünyamızı yaşıllıqlara qərq etməliyik. Əbəs deyil ki, müasir dünyamızı narahat edən məsələlər sırasında zəngin və fərqli ətraf mühitin, planetimizin qorunması diqqətdədir. Beynəlxalq ictimaiyyət, siyasi və elmi dairələr ətraf mühitlə bağlı problemlərin həllində maraqlıdırlar. Dünyada yaşayan insanlar ekoloji problemlərə xüsusi önəm verərək planetimizə görə məsuliyyət daşıyırlar. Bioloji müxtəlifliyin, həyatımızı sağlam, maraqlı və rəngarəng edən nə varsa hamısının qorunub saxlanmasına hər kəs, bütün dünya ictimaiyyəti töhfələrini verməlidir. Əlbəttə ki, bioenergetik varlıq olan insan təbiətlə birgə təmasdadır, yaşayır və inkişaf edir. Demək, təbiətsiz canlı varlıqlar, insan məhv olar. Təbiətə gözəllik, yaraşıq verən, onu zənginləşdirən isə meşələridir. Bu da bizim sağlamlığımız üçün çox vacib şərtlərdən biridir. Biz yaşıllığı nə qədər çox artırsaq hava o qədər təmiz olar, meşələrin qırılması isə təbiətin məhvi deməkdir. Meşələrin qırılması oksigenin azalmasına, ekologiyanın pozulmasına gətirib çıxarır ki, bu da təbiətin məhvi deməkdir. Təbii ki, təbiətə qayğı hər kəsdə olmalıdır. Azərbaycan öz füsunkar gözəlliyi, zəngin təbii sərvətləri, al-əlvan florası və faunası ilə bütün dünyada şöhrət qazanıb. Respublikamızın meşə fondu sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14%-ni təşkil edir. Meşə ilə örtülü sahələr isə 1021min hektardır ki, bu da respublika ərazisinin 11,8 %-ni əhatə edir. Demək, Azərbaycanın meşə fondu kifayət qədər ərazini əhatə edir. Ekoloji mühitin əsas tərkib hissələrindən hesab olunan meşələr qlobal ekoloji problemlərdən hesab olunan iqlim dəyişmələrinin, səhralaşma proseslərinin genişlənməsinin, bioloji müxtəlifliyinin azalmasının, atmosferdə qaz balansının pozulmasının qarşısının alınmasında böyük əhəmiyyət daşıyır. Bununla yanaşı, Azərbaycanın sosial-iqtisadi, mədəni, müdafiə sahəsindəki inkişafında da əhəmiyyətli rola malikdir. Qeyd edək ki, Ermənistanın təcavüzü nəticəsində meşələrimizə külli miqdarda ziyanlar vurulub. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində qeyd etdiyi kimi, "Təkcə onu demək kifayətdir ki, 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən dağıdılıb, talan edilib, çıxarılıb, satılıb, yaxud parket düzəldiblər və satıblar". 30 ilə yaxın bir zamanda işğalda olan Kəlbəcər, Laçın, Zəngilan kimi ərazilərdə meşələr vəhşicəsinə qırılaraq talan edilmişdir. Orada bitən çox qiymətli palıd, fısdıq, vələs, ağcaqayın, ayı findığı, qoz, şərq çinarı kəsilərək Ermənistana daşınmışdır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir: "İndi azad edilmiş ərazilərdə 1988-ci ildə meşə fondu 228 min hektar təşkil edirdi, 2020-ci ildə isə cəmi 174 min hektar. Yəni, 54 min hektar meşə fondu məhv edilib, qırılıb və bu, erməni cinayətinin növbəti nümunəsidir". Dövlət başçısı azad edilmiş torpaqlarda, eyni zamanda, dövlət təbiət qoruqları və yasaqlıqların da olduğunu bildirib: "Laçın rayonunda Qaragöl Dövlət Təbiət Qoruğu 1987-ci ildə yaradılıb, 240 hektar sahəsi var idi, tamamilə məhv edilib, talan olunub və bütün ağaclar qırılıb. Zəngilan rayonunda Bəsitçay Dövlət Təbiət Qoruğu 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Bu, Avropada unikal meşə sayılır və burada nadir çinar ağacları var idi. Bu qoruq 107 hektarı əhatə edib, indi isə cəmi 42 hektarı qalıb. Bu, erməni vəhşiliyinin növbəti təzahürüdür. Bu, onu göstərir ki, onlar başa düşürdülər və bilirdilər ki, bu torpaqlarda müvəqqəti oturublar. Onlar bizim evlərimizi dağıdıblar, tarixi abidələrimizi dağıdıblar, məscidlərimizi dağıdıblar, meşələrimizi də dağıdıblar. Nadir çinar meşəsindən cəmi 42 hektar qalıb".

TƏBİƏTİN MÖCÜZƏSİ

Məlumdur ki, Şuşa şəhəri yaxınlığında yerləşən meşə və dövlət qoruğu olan Topxana meşəsinin 1988-ci ildə dağıdılması Qarabağın siyasi gələcəyi ilə bağlı gərginliyə səbəb oldu. Qarabağ müharibəsi ilə nəticələnən sivil və inter-etnik iğtişaşlara gətirib çıxardı. Topxananın adı 1795-ci ildə Ağa Məhəmməd şah Qacar Şuşanı mühasirə etdiyi zaman topların yerləşdirildiyi yer olması ilə bağlıdır. Qarabağda Topxana meşəsinin qırılması 1988-ci ilin anti-sovet mitinqlərinin alovlanmasına səbəb oldu və beləliklə, 17 noyabr 1988-ci ildə Meydan hərəkatı başladı. Qədim tarixə malik Topxana meşəsi Şuşanın nadir sərvətlərindən biridir. Şuşa ətrafındakı torpaqların 20 faizini əhatə edən meşədə palıd, fıstıq, qarağac kimi ağaclar vardı. Topxana əsl təbiət möcüzəsi idi. Topxananın heyvanat aləmi ayı, canavar, tülkü, dovşan, cüyür və digər heyvanlardan, kəklik, turac, göyərçin kimi gözəl quşlardan ibarət idi. Topxana meşəsində subalp və alp çəmənləri, dərin dərələrində bulaqlar olub. İşğalçı ermənilər sərvətlərimizi talan edir, meşələrimizi qırıb daşıyıblar. Təxmini məlumatlara görə, Topxanadan 2000 ədəddən çox palıd və digər qiymətli ağaclar kəsilərək Ermənistana daşınıb. Şuşanın Cıdır düzündə, "Ağzı yastı" kaha adlanan yerin qarşısında Topxana meşə qoruğu zonasında, meşənin lap hündür yerində geniş düzənlik açılıb, orada müxtəlif adda qiymətli ağaclar qırılaraq tikinti işlərində istifadə edilib. 28 il 7 ay ərzində işğal altında qalmış Topxana meşəsi demək olar ki, dağıdılmış, bitki örtüyü, heyvanat aləmi məhv edilmişdir. Əlbəttə ki, ermənilərin Azərbaycanın flora və faunasına vurduğu ziyan canlı təbiətə böyük bir zərbədir və bu vəhşilikdir. Bir ağacı becərmək, ərsəyə gətirmək onilliklərin hasabına mümkün olduğu halda, bir neçə saat ərzində canlı təbiətə təcavüz edən ermənilər onu məhv edirlər. 1969-cu ildə yaradılan Qubadlı Dövlət Təbiət Yasaqlığının 1988-ci ildə sahəsi 8500 hektar olduğu halda, 2020-ci ildə bu 6923 hektar olub. 1577 hektarı erməni təcavüzkarları dağıdaraq, bunu talan ediblər. Laçın Dövlət Təbiət Yasaqlığı. Zəngilan rayonunda Arazboyu Dövlət Təbiət Yasaqlığı erməni təcavüzünə məruz qalıb. Kəlbəcər ərazisində adı "Qırmızı Kitab"a salınmış neçə-neçə flora faunamıza aid olan qiymətli nümunələr var. Adı "Qırmızı Kitab"a salınmış Kəlbəcər rayonunda yerləşən ayıfındığı növündən ibarət 968 hektar meşə qırılaraq mebel istehsalı üçün Ermənistana göndərilmişdi. Erməni separatçı qüvvələri tərəfindən ekoloji tarazlığın pozulmasını əks etdirən reallıqlardan biri hələ sovetlər birliyində yaşadığımız illərdə Ermənistan tərəfindən Qarabağın Topxana meşəsində qiymətli ağacları vəhşicəsinə qırılması faktıdır. Erməni təcavüzkarları işğal illərində Azərbaycanın meşə örtüyünün sistemli şəkildə məhv edilməsindən "doymayan" ermənilər 44 günlük müharibə zamanı Qarabağın ekologiyasına bir daha zərbə vurdular. Ermənilərin fosfor bombalarından istifadə etməsi nəticəsində baş verən yanğınlar meşə massivlərinin geniş ərazisini əhatə etdi. Hərbi əməliyyatların dayandırılması haqqında saziş bağlandıqdan sonra isə ermənilər möhlət hüququndan istifadə edərək Kəlbəcərdə tələm-tələsik meşələri qırmağa və evləri yandırmağa başladılar. Bütün bunlara baxmayaraq, Azərbaycana məxsus olan və təbiətin sağlamlığına təsirini göstərən qoruq və yasaqlıqlar bu gün yenidən bərpa olunur.

Nəzakət ƏLƏDDİNQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Oktyabr 2026 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see483

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see323

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see319

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see254

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see254

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see238

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see230

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see208

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see206

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see205

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see200

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see192

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see189

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see181

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see179

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see175

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see172

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see172

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri