Icma.az
close
up
RU
Dağılan ailə institutunun dramatik mənzərəsi: Boşanma sayı göstəricilərdə rekorda doğru gedir

Dağılan ailə institutunun dramatik mənzərəsi: Boşanma sayı göstəricilərdə rekorda doğru gedir

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Cəmiyyəti boşanmaların sayının artması təbii olaraq narahat edir. Çünki ailə institutu gözümüzün qabağında dağılır. Nikahların sayının azaldığını da nəzərə alsaq, vəziyyəti dramatikləşdirmədiyimizə əmin olarıq.

Bizimyol.info xəbər verir ki, yanvarda qeydə alınmış nikah və boşanma sayı açıqlanıb. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 4717 nikah, 1814 boşanma halını rəsmiləşdirib.

2024-cü ilin ilk ayı ilə müqayisədə nikahların sayında artım, boşanma hallarında isə azalma olduğu bildirilir. Nikah indeksi 4,2-dən 5,4-ə, boşanma indeksi isə 2-dən 2,1-ə dəyişib.

Ümumiyyətlə, 2024-cü il hər iki istiqamətdə qənaətbəxş olmayan göstəricilərlə yadda qalmışdı. Boşanma sayı 2023-cü ildə olduğu kimi, yenə 21 min həddini aşmışdı. Nikah sayında isə pandemiya dönəmini saymasaq, son 23 ilin ən aşağı göstəricisi qeydə alınmışdı. Say 50 mindən də az olmuşdu.

Bu dəfə nikah sayında indeks artımı xüsusi qeyd olunub. Buna aldanmaq lazım deyil. Ayrı-ayrı aylarda nikah sayının çoxalması mümkündür. Amma ümumi mənzərə yenə dəyişmir. Hər ay orta hesabla 4700 nikah olsa, yenə say 50 mindən çox uzağa getməyəcək. Boşanma sayı isə bütün dövrlərin rekordunu vura bilər. Sanki hər şey buna doğru gedir.

Mütəxəssislər boşanmaların sayının artması ilə bağlı müxtəlif arqumentləri səsləndirir. Burada hətta qadınların günahlandırılması da xüsusi yer tutur. Hesab olunur ki, zərif cinsin nümayəndələri daha yaxşı şərtlərlə yaşamaq, aliment almaq üçün boşanmaq yolunu seçir. Bu məsələ heç bir halda həqiqət ola bilməz. Çünki alimentin həcmi xoş gələcək vəd etmir. Ola bilər ki, qadınlar hüquqlarını daha yaxşı bilməyə başlayıb, əvvəlki mənəvi şərtlərlə yaşamaq istəmirlər.

Ümumilikdə sosial-iqtisadi amillər həmişə bu məsələlərdə vacib rol oynayıb. Son illər qeydə alınan qiymət artımları, əhalinin real gəlirlərinin azalması, işsizliyin artması özünü hər hansı şəkildə göstərməliydi. Çətin iqtisadi dönəm mütləq nikah və boşanma sayında əksini tapacaq.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Mart 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri