Dağıstanda sel nəticəsində 6 nəfər ölüb, minlərlə ev dağıdılıb FOTO
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu ilin mart ayının sonu və aprel ayının əvvəlində Dağıstanda yağan güclü yağışlar fəlakətli nəticələrə səbəb olub.
APA-nın Rusiya bürosu xəbər verir ki, təbii fəlakət nəticəsində 6 nəfər ölüb, minlərlə ev dağılıb və infrastruktura külli miqdarda ziyan dəyib.
28-29 mart tarixlərində davam edən yağış Dağıstanın bir neçə rayonunda ekstremal nəticələrə səbəb olub, evlər və yollar dağılıb. Əhali elektrik enerjisiz qalıb. 1 aprel tarixinə qədər hakimiyyət orqanları respublikanın ən böyük şəhərlərində: Mahaçqala, Buynaksk, Dağıstanskie Oqni, Kaspiysk, Xasavyurtda, eləcə də Dərbənd daxil olmaqla respublikanın üç rayonunda yerli fövqəladə vəziyyət elan edib. Evsiz qalan insanlar otellərə köçürülüb və yeməklə təmin edib.
Su basmış elektrik stansiyalarının sıradan çıxması səbəbindən təxminən 500.000 insan bir neçə gün elektriksiz qalıb.
Aramsız yağışlar səbəbindən Dağıstan Respublikasının yollarında çoxlu sayda çökmə və dağılma baş verib.
Yağış sularının palçıqla qarışmış axınları içməli su mənbələrinə daxil olub. Rospotrebnadzor (İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmət) Mahaçqala, Kaspiysk və Xasavyurt sakinlərinə kran suyu içməməyi tövsiyə edib. Qadağa qablaşdırılmış suya tələbatı artırıb. Magnit şəbəkəsinin (respublikadakı yeganə federal ərzaq pərakəndə satış şirkəti) Forbes-ə verdiyi məlumata görə, Dağıstana su təchizatı üç dəfə artaraq gündə 70 tona çatıb.
3 aprel tarixinə olan məlumata görə, 43.000 nəfər maliyyə yardımı üçün hakimiyyət orqanlarına müraciət edib. Respublikanın administrasiyasının mətbuat xidmətinin məlumatına görə, daşqın qurbanlarına kompensasiya Dağıstan büdcəsinə 4 milyard rubla başa gələcək.
Respublika başçısı Sergey Melikov yardım göstərilməsində koordinasiyanı gücləndirmək üçün regionlararası fövqəladə vəziyyət elan edilməsinin mümkünlüyünü açıqlayıb.
4 aprel gecəsi Dağıstanda yenidən yağış yağıb. 1000-dən çox ev yenidən su altında qalıb və Mahaçqalada Perova küçəsi 6 ünvanında yerləşən çoxmərtəbəli binaya bitişik olan üçmərtəbəli bina uçub. 5 apreldə gün ərzində Dərbənd rayonunda Gedjux su anbarının torpaq bəndi dağılıb.. Güclü sel Dərbənd rayonunun Məmmədqala və Gedjux kəndləri arasındakı magistral yolda bir neçə avtomobili aparıb və su anbarının aşağısındakı kəndlərdəki evlər su altında qalıb.
Rusiya prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə Prezidentin səlahiyyətli nümayəndəsi Yuri Çaykanın sözlərinə görə, Dağıstan və Çeçenistanda baş verən təbii fəlakətin vurduğu ümumi maddi ziyanın 1 milyard rubldan çox olduğu təxmin edilir.
Dağıstanda 9-14 aprel tarixlərində yenidən güclü yaxıntıların olacağı proqnozlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 08 Aprel 2026 20:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















