Gürcüstanda “Beşiktaş”ın oyununda dava düşdü Polis müdaxilə etdi
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
UEFA Avropa Liqasının Liqa mərhələsinin V turu çərçivəsində Gürcüstanın Batumi şəhərində keçirilən “Beşiktaş” – “Hapoel Beer-Şeva” qarşılaşmasında insident yaşanıb.
“Qafqazinfo” “Haber Global”a istinadən xəbər verir ki, Türkiyə təmsilçisinin azarkeşlərinin tribunalarda Fələstin bayrağı açmasına Gürcüstan polisi sərt müdaxilə edib.
Qarşılaşmanın 25-ci dəqiqəsində tribunalarda gərginlik artıb. Polis azarkeşlərə qarşı bibər qazından istifadə edib, hakimlər isə paltardəyişmə otağına yollanıblar. Hadisələr zamanı “Beşiktaş” azarkeşlərindən biri xərəkdə təcili tibbi yardım avtomobilinə aparılıb. İstanbul təmsilçisinin futbolçuları azarkeşləri sakitləşdirməyə çalışıblar.
Stadionun kənarında da azarkeşlərə qarşı zor tətbiq edildiyi, onlardan bəzilərinin huşunu itirənədək döyüldüyü bildirilir.
Qeyd edək ki, qarşılaşmadan əvvəl “Beşiktaş”ın futbolçuları İsrail təmsilçisinin oyunçuları ilə əl sıxmayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 26 Noyabr 2026 22:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















