Icma.az
close
up
RU
“Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” adlı 2ci Beynəlxalq Konfrans keçirilib FOTO

“Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” adlı 2ci Beynəlxalq Konfrans keçirilib FOTO

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

5-6 noyabr 2024-cü il tarixlərində Qərbi Kaspi Universitetində “Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” adlı 2-ci Beynəlxalq Konfrans baş tutub.

Beynəlxalq səviyyədə geniş əhatə dairəsinə malik olan bu konfrans dağlıq ərazilərdə mövcud problemlərin həll yollarını araşdırmaq, dağ ekosistemlərini qorumaq və onların davamlı inkişafını təmin etmək məqsədilə təşkil edilib. Tədbir dünyanın dörd bir yanından gələn alimləri və tədqiqatçıları bir araya gətirməklə yanaşı, bu sahəyə marağı olan hər kəs üçün iştirak imkanı yaradıb. Konfrans həm əyani, həm də distant iştirak formatında keçirilib.

Konfransın əsas müzakirə mövzuları dörd paneldə təqdim olunub: Qlobal dağ bioloji müxtəlifliyin qiymətləndirilməsi, Qlobal ekoloji problemlər, Dağ mədəniyyətləri, Dağ turizmi və iqtisadi təsirlər.

Tədbirin məqsədi dağ biomüxtəlifliyi, ekoloji problemlər, dağ mədəniyyətləri və turizmin dağlıq bölgələrə olan iqtisadi təsirlərinə dair elmi müzakirələr aparmaq, bu mövzularla bağlı həll yollarını qiymətləndirmək olub. Konfransda təqdim olunmuş məqalələr “Scopus” və “Web of Science” elmmetrik bazalarında indeksləşib.

Konfrans Qərbi Kaspi Universiteti, BMT-nin Dağ Əməkdaşlığı Proqramı, Beynəlxalq Dırmanma və Alpinizm Federasiyası və digər tanınmış təşkilatların birgə təşkilatçılığı ilə həyata keçirilib. Tədbirə 200-dən çox iştirakçı qatılıb. Onların arasında Dağ Əməkdaşlığı Proqramının koordinatoru Sara Manuelli, Müasir Dağ Araştırmaları tədqiqatçısı Meri Sanseverino, Antverpen Universitetinin doktoru, tədqiqatçı Jan Kuls, Yaponiya Olimpiya Assosasiyasının keçmiş prezidenti Simon Seiçiro Maru, “Machaon International” Təşkilatının direktoru Svetlana Belova kimi beynəlxalq səviyyədə tanınan tədqiqatçılar fəxri qonaq kimi iştirak edib. Eyni zamanda Amerika Birləşmiş Ştatları, Türkiyə, Almaniya, Çin və daha 20 ölkədən qatılan 70-dən çox xarici qonaq konfransda yer alıb.

Konfrans geniş miqyasda maraq doğurduğu üçün müxtəlif media qurumlarının diqqət mərkəzində olub. Bir çox kütləvi informasiya vasitələri tədbiri işıqlandıraraq konfransda müzakirə olunan mövzuları və xarici qonaqların çıxışlarını ictimaiyyətə çatdırıb.

Ətraf mühitin mühafizəsi, dağ turizmi və dağ mədəniyyətlərinə önəmli töhfələr verməyi hədəfləyən bu beynəlxalq tədbirin dağ ekosistemlərinin mühafizəsi və ətraf mühitin qorunması yönündə önəmli addım olacağı gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Noyabr 2024 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see275

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see242

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see234

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see228

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see220

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see198

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see189

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see185

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see168

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see166

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see164

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see160

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see155

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see155

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see155

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see154

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see151

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see144

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see136

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri