Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avqustun 30-u saat 10:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb.
Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub. Düşən yağıntının miqdarı Ağstafada 7, Daşkəsən, Gəncə, Tovuz, Şəmkir, Ceyrançöl, Zaqatala və Göyçayda 1 mm-dək qeydə alınıb.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 17 m/s, Culfa, Neftçalada 20 m/s, Naftalan, Tərtər, Naxçıvanda isə 16 m/s-yə çatır.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 35, Aran rayonlarında 36, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti müşahidə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 30 Avqust 2026 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















