Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Daha 10 şirkət bazarı tərk etdi MMC lər niyə batır?

Daha 10 şirkət bazarı tərk etdi MMC lər niyə batır?

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda eyni vaxtda çoxsaylı şirkətlərin bağlanması praktikası geniş yayılıb. Bir çox hallarda bağlanan şirkətlərin mövcud olma tarixi 6 ay-1 ili əhatə edir, yaxud eyni hüquqi ünvanda qeydiyyatda olan onlarla şirkət eyni vaxtda ləğv edilir. Bəzənsə hüquqi təmsilçisi eyni olan çoxsaylı şirkətlərin ləğv elanlarına rast gəlinir.

Məsələn, bu ilin yanvarında ləğv olunduğu elan edilən “Papirus-L” MMC, “L. Orbita-BE” MMC, “Everest 2" MMC və "Dorsan" MMC-nin dördünün də qanuni təmsilçisi Kalbalıyev Ədalət Tofiq oğlu olub. Həmin şirkətlərin hüquqi qeydiyyat ünvanı da eynidir: Çünki kreditorlardan iki ay ərzində tələblərini Bakı şəhəri, Abşeron rayonu, Abşeron Gənclər şəhərciyi küçəsi, ev 48, mənzil 41 ünvanına bildirmələri xahiş olunub.

Ötən ilin avqustunda ləğv edilən “Ri Enginineering” MMC, “R Standart” MMC, “R Machinery” MMC, “R Service” MMC və “R Logistic” MMC şirkətlərinin hamısının hüquqi ünvanı eynidir -Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 52, mənzil 154.

Həmin gün ləğv edilən “Lk Engineering” MMC, “Lk Service” MMC, “Lk logistic” MMC şirkətlərinin hüquqi ünvanı isə Bakı şəhəri, Nərimanov rayonu, AK.Həsən Əliyev küçəsi, ev 79/2, mənzil 50, “L Machinery” MMC və “L Machinery” MMC şirkətlərinin hüquqi ünvanı Nərimanov rayonu, M.Araz küçəsi, ev 23, mənzil 5-dir.

Bir çox hallarda yaradılan şirkətlər heç bir il keçmədən ləğv edilir. Məsələn, bu ilin aprelində ləğv elanı verilən “Status 2024" MMC ötən ilin sentyabr ayında yaradılıb, nizamnamə kapitalı 3 milyon 126 min manatdır və qanuni təmsilçisi Anar Hüseynovdur.

Bəzənsə aydın olur ki, ləğv edilən şirkətlərin külli miqdarda vergi borcu var. Bu ilin aprelində “ALTİS” və “KOMETA-A” şirkətləri “Azlayihə İnşaat” şirkətinə qoşularaq ləğv olunduqlarını elan ediblər. Həmin vaxta “ALTİS” şirkətinin 3 milyon 517 min 315,86 manat, “KOMETA-A” şirkətinin isə 1 milyon 312 min 046,04 manat vergi borcu vardı.

Bundan əlavə, həmin şirkətlərin qoşulduğu “Azlayihə İnşaat” MMC-nin də dövlət qarşısında yığılmış külli miqdarda vergi borcu mövcud idi. Onun vergi borcunun miqdarı 6 milyon 142 min 328,10 manat təşkil edirdi.

Qeyd edək ki, ləğv olunan şirkətlər 2009-cu ildə dövlət qeydiyyatına alınıb. “ALTİS”in qanuni təmsilçisi Mahmudov Cavid Fuad oğlu, “KOMETA-A”nın qanuni təmsilçisi Eyvazov Samran Tahir oğludur.

2012-ci ildə dövlət qeydiyyatına alınan “Azlayihə İnşaat”ın isə qanuni təmsilçisi Hüsyenov Talıb Sabir oğludur.

Bu günlərdə eyni vaxtda “Ruby” MMC, “İNSİNAR” MMC, “V İNVEST” MMC, “KASPİAN TEXNOLOJİ ŞİRKƏTİ” MMC, “MELO ART PRO” MMC, “MELORATİV TİKİNTİ” MMC, “RA MİLK PROCESSİNG” MMC, “RX BUTTER PRO” MMC, “Rahrəvan Construction” MMC və “YH QARDAŞLAR” MMC ləğv olunduqlarını elan ediblər.

Qeyd edək ki, ləğvini elan edən şirkətlərdən bir qismi olduqca aşağı - cəmi 10 manat nizamnamə kapitalı ilə fəaliyyət göstərib. Lakin onların arasında böyük nizamnamə kapitalına malik olanlar da var. Məsələn, “Rahrəvan Construction” MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. 656 500 manat nizamnamə kapitalına malik olan “Rahrəvan Construction” MMC-nin qanuni təmsilçi Türkiyə vətəndaşı Ozturk Rızadır. Şirkət yarananda nizamnamə kapitalı 1 000 000 manat olub.

Xatırladaq ki, hazırda Azərbaycanda hüquqi şəxs - Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) yaradılarkən 10 manatlıq nizamnamə kapitalının ödənilməsi kifayət edir. Bəzi iri şirkətlər nizamnamə kapitalına ciddi yanaşıb, iri məbləğlər oturtsalar da, əksər MMC-lərin kapitalı 10 manat ətrafındadır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü il ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 7,1 faiz artaraq 2025-ci il yanvarın 1-i vəziyyətinə 212 705 olub. İl ərzində 14 865 yeni statistik vahid yaradılıb, 698-i ləğv olunub. 2024-cü il ərzində ləğv edilmiş statistik vahidlərin 14,2 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 11,6 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 11,5 faizi “Təhsil”, 11,3 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 10,6 faizi “Dövlət idarəetməsi və müdafiə; sosial təminat”, 9,6 faizi “Maliyyə və sığorta fəaliyyəti” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.

Bu dövrdə yeni yaradılmış statistik vahidlərin 39,8 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 9,5 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 8,2 faizi “Emal sənayesi”, 6,1 faizi “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, 5,8 faizi “Tikinti”, 5,0 faizi “Nəqliyyat və anbar təsərrüfatı” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.

2025-ci ilin yanvar-mart ayları ərzində isə statistik vahidlərin sayı 1,6 faiz artaraq 2025-ci il aprelin 1-i vəziyyətinə 216 138 olub. Artım iqtisadiyyatın “Nəqliyyat və anbar təsərrüfatı”, “Turistlərin yerləşdirilməsi və ictimai iaşə”, “Təhsil”, “Emal sənayesi”, “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, “Peşə, elmi və texniki fəaliyyət”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “İnformasiya və rabitə” və “Maliyyə və sığorta fəaliyyəti” sahələrində nəzərəçarpacaq dərəcədə olub.

Bu dövrdə 3 591 yeni vahid yaradılıb, 158-i ləğv olunub. 2025-ci ilin yanvar-mart ayları ərzində ləğv edilmiş statistik vahidlərin 34,2 faizi “Su təchizatı; tullantıların təmizlənməsi və emalı”, 12,0 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 11,4 faizi (hər biri üzrə) “Ticarət; nəqliyyat vasitələrinin təmiri” və “Peşə, elmi və texniki fəaliyyət”, 5,7 faizi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, 4,4 faizi “Təhsil”, 3,8 faizi (hər biri üzrə) “İnzibati və yardımçı xidmətlərin göstərilməsi” və “İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.

Azərbaycan təcrübəsi göstərir ki, bir çox hallarda MMC-lər bu və ya digər dövlət qurumunun keçirdiyi tenderlərdə iştirak edir, 6 ay- 1 ildən sonra ləğv edilirlər. Yaxud hansısa məmurun yaxın çevrəsində olan şəxslər çoxsaylı MMC-lər yaradaraq həmin məmurun rəhbərlik etdiyi dövlət qurumunun tenderlərində çoxsaylı sifarişlər alırlar. Belə MMC-lər adətən himayədar məmur vəzifədən uzaqlaşdırılana qədər fəaliyyət göstərir, ondan sonra ya əl dəyişir, ya da ləğv edilirlər.

Maraqlıdır ki, 2024-cü ildə Azərbaycanda bağlanan iş yerlərinin sayı ilə ləğv olunan MMC-lərin sayı təxminən uyğun gəlib. Belə ki, rəsmi məlumata görə, 14 865 yeni sahibkarlıq subyektinin yaradıldığı 2024-cü ildə Azərbaycanda 15 min 942 iş yerinin bağlandığı açıqlanıb. Məlumata görə, bu, 2023-cü illə müqayisədə 1 033 iş yeri və ya 7 faiz çoxdur.

Cari ilin birinci rübü üzrə göstəricilərdə isə vəziyyət fərqlidir. Belə ki, rəsmi statistikaya əsasən, 2025-ci ilin birinci rübü ərzində ölkədə 2,7 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 48,4 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 20,1 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 79,9 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb. Rüb ərzində 158 sahibkarlıq subyekti bağlanıb.

2025-ci ilin birinci rübü ərzində ölkədə 23,4 min yeni iş yeri yaradılıb. Yeni açılmış iş yerlərinin cəmi 11,2 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 87,8 faizi mövcud müəssisə və təşkilatlarda yaradılıb.

Hüquqşünas-ekspert Əkrəm Həsənovun dediyinə görə, 10 manatlıq nizamnamə kapitalının olması hansısa şirkətin fəaliyyət keyfiyyətinin göstəricisi sayılmamalıdır: “Nizamnamə kapitalı MMC təsis olunanda onun payçılarının ona qoyduğu puldur. Bu payçıların MMC-nin fəaliyyəti zamanı yaranan borclara heç bir aidiyyəti yoxdur. Payçılar nizamnamə kapitalına 10 manat deyil, yüz manat, milyon manat da qoya bilərlər. Ola bilər ki, MMC-nin fəaliyyəti dövründə həmin vəsait tam xərclənsin, yaxud daha da artırılsın. Nizamnamə kapitalı heç nəyin təminatı deyil. Elə MMC-lər var ki, yaradılanda nizamnamə kapitalı 1 milyon manata bərabər olub, qısa müddətdə 100 manata düşüb. Elə şirkət də var ki, nizamnamə kapitalı 10 manatdır, amma dövriyyəsi, öz kapitalı 10 milyonlarla manatdır. Baxın, banklarda nizamnamə kapitalı da 50 milyon manatdır, öz kapitalı da 50 milyon manatdır. Yəni bankın hər zaman öz 50 milyon manatı olmalıdır. Bunu Mərkəzi Bank onlardan tələb edir, çünki onlar əhalidən əmanət qəbul edirlər. Digər sahələrdə fəaliyyət göstərən MMC-lər üçün nizamnamə kapitalının məbləğinə hər hansı tələb qoyulmayıb, bu, dünyada da belədir. Çünki əsas şirkətin fəaliyyətidir”.

Ekspertə görə, eyni hüquqi ünvanda çoxsaylı MMC-lərin yaradılması, yaxud eyni şəxsin çoxsaylı MMC-nin hüquqi təmsilçisi olması müəyyən əməliyyatlarla bağlı olar bilər: “Ola bilər ki, burada vergidənyayınma məqsədi güdülür. Ola da bilər ki, bir şəxs bir neçə sahədə fəaliyyət göstərir. Qanun buna hər hansı məhdudiyyət qoymur. MMC məhdud məsuliyyətli cəmiyyət deməkdir. Təsisçiləri belə müəssisələrin fəaliyyətinə görə heç bir məsuliyyət daşımırlar. Buna görədir ki, banklar hansısa şirkətə kredit verəndə təsisçilərin də zəmanətini tələb edirlər. Onu da qeyd edim ki, hansısa MMC-nin vergi borcu yaranırsa və ödənmirsə, bu, təsisçi üçün də cinayət məsuliyyəti yarada bilir”./musavat

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:675
embedMənbə:https://news24.az
archiveBu xəbər 22 May 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri