Icma.az
close
up
RU
Daha 23 növ rəqəmsal sənədin hüquqi qüvvəsi təmin edilib

Daha 23 növ rəqəmsal sənədin hüquqi qüvvəsi təmin edilib

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının 17 qanununda dəyişikliklər edilməsini nəzərdə tutan qanun təsdiqlənib və bu gündən etibarən qüvvəyə minib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi xəbər verir ki, Qanunun qüvvəyə minməsi nəticəsində 23 növ sənədə dair məlumatların Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə təqdim edilməsi həmin sənədlərin fiziki daşıyıcılarının təqdim edilməsinə bərabər tutulacaq. Qeyd olunan dəyişikliklər nəticəsində miqrasiya, əmək, məşğulluq, sığorta, təhsil, yol hərəkəti, əmlak məsələlərində, habelə sahibkarlıq fəaliyyətində sıx istifadə olunan əsas sənədlərə və lisenziyalara dair rəqəmsal məlumatlar hüquqi qüvvəyə malik olacaq. Bu sənədlər həyat hadisəsi əsaslı təşkil ediləcək xidmətlərin nəticəsində yaranan rəqəmsal sənədlərdir.

Bu yenilik, vətəndaşların aidiyyəti məlumatları “mygov” tətbiqi vasitəsilə qarşı tərəfə təqdim etmələrinə imkan yaradır və rəqəmsal hökumətə keçid prosesini daha da sürətləndirir. Bununla yanaşı, sistem üzərindən təqdim edilən məlumatların doğruluğunu yoxlamaq üçün də xüsusi mexanizmlər təqdim olunur. Belə ki, vətəndaş rəqəmsal sənədlərini təqdim etdiyi zaman qarşı tərəf (xidmət göstərən qurum və təşkilatlar) bu məlumatların doğruluğunu “mygov Checker” platforması vasitəsilə yoxlaya bilər.

Qanunvericilikdə bu mühüm dəyişikliklər ölkədə rəqəmsallaşma prosesinin sürətləndirilməsi, vətəndaşların dövlət xidmətlərinə çıxışının asanlaşdırılması və kağız əsaslı proseslərin rəqəmsal formatlara keçirilməsi istiqamətində əhəmiyyətli addım olaraq qiymətləndirilir.

Sənədlərin siyahısı aşağıdakı kimidir:

1. Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərar;

2. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi;

3. İş icazəsi;

4. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi;

5. Qaçqın vəsiqəsi;

6. İşçinin vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətləri, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsi və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə;

7. Şəxsin işsiz və ya işaxtaran kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması, qeydiyyatının ləğv edilməsi barədə qərarlar, fərdi məşğulluq proqramı və fərdi məşğulluq vərəqi;

8. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi halları ilə bağlı Annuitet və icbari sığorta müqavilələri;

9. Təhsil haqqında dövlət sənədi;

10. Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada verilən arayış;

11. Sürücülük vəsiqəsi;

12. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;

13. Nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon;

14. Ünvanlı dövlət sosial yardımının təyin olunması və təyin olunmasından imtina edilməsi barədə qərarlar;

15. Müavinətlərin təyin edilməsi və təyin olunmasından imtina barədə qərarlar;

16. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, təyin edilməsindən imtina olunması, bərpası, dayandırılması və əmək pensiyalarının bir növdən başqa növə keçirilməsi barədə qərarlar;

17. Şəxsin əlilliyinin müəyyən olunmasına və imtinaya dair qərarlar;

18. Vətəndaşın sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlər;

19. İcbari sığortaolunanların xidmətlər zərfi çərçivəsində stasionar tibbi xidmətlərdən istifadəsi üçün təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən tibb müəssisəsinin, habelə ambulator-poliklinika müəssisəsinin göndərişi;

20. Könüllü və icbari sığorta şəhadətnamələri;

21. Hüquqi şəxsin, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış, nizamnamə və ya nizamnaməyə dəyişiklik;

22. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış;

23. Lisenziya və icazələr.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:293
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Yanvar 2025 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri