Daha 42 nəfər ittifaq üzvünün Ağbulaq İstirahət Mərkəzinə göndərişi təmin olunub
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən yay mövsümündə üzvlərin istirahətinin təşkili çərçivəsində daha 42 nəfər ittifaq üzvünün Ağbulaq İstirahət Mərkəzinə göndərişi təmin olunub.
İki günlük istirahət proqramı çərçivəsində iştirakçılar üçün intellektual bilik yarışları, canlı musiqi, müxtəlif əyləncəli oyunlar, həmçinin şahmat və stolüstü tennis turnirləri təşkil edilib. Kanat xətti vasitəsilə təbiət mənzərəsini seyr edən iştirakçılar gündə üç dəfə təqdim olunan zəngin və keyfiyyətli yeməklərlə təmin olunublar.
Qeyd edək ki, yay mövsümü ərzində Həmkarlar İttifaqları Şurası tərəfindən təşkil edilən bu istirahət proqramına qatılan üzvlər yollayışın cəmi 15 faizini ödəməklə hər həftənin şənbə və bazar günlərini Ağbulaq İstirahət Mərkəzində səmərəli və mənalı şəkildə keçirmək imkanı əldə edirlər.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 25 Avqust 2025 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















