Ağbulaq İstirahət Mərkəzində növbəti ittifaq üzvlərinin yay istirahəti təşkil olunub
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə növbəti bir qrup ittifaq üzvü üçün Ağbulaq İstirahət Mərkəzində iki günlük yay istirahəti təşkil olunub.
İstirahət proqramı çərçivəsində iştirakçılar üçün canlı musiqi proqramları, intellektual bilik yarışları, şahmat və stolüstü tennis turnirləri keçirilib.
Eyni zamanda, cizgi film personajlarının iştirakı ilə baş tutan əyləncəli oyunlar iştirakçıların xüsusi marağına səbəb olub. İstirahət Mərkəzində təşkil olunan bu tədbirlər ittifaq üzvlərinə həm əyləncəli, həm də maarifləndirici anlar yaşadıb.
Qeyd edək ki, tədbirdə iştirak edənlər yollayışın yalnız 15%-ni ödəməklə bu imkandan yararlanıblar. İttifaq üzvləri istirahət müddətində kanat xətti, gündə üç dəfə təqdim olunan zəngin qidalanma və digər yaradılmış şəraitdən istifadə edərək səmərəli istirahət imkanı əldə ediblər.
Səbuhi HƏSƏNOV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 18 Avqust 2025 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















