Icma.az
close
up
RU
DAHA BİR AGENTLİKDƏ TƏFTİŞ: nöqsanlar aşkarlandı

DAHA BİR AGENTLİKDƏ TƏFTİŞ: nöqsanlar aşkarlandı

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hesablama Palatası Minatəmizləmə Agentliyi üzrə 1 iyul 2022-ci ildən 1 sentyabr 2024-cü ilə qədərki dövrdə dövlət büdcəsi vəsaitlərinin və əmlakının idarə olunmasına dair uyğunluq auditi aparıb.

Mia.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci ilin I rübünə dair “Dövlət auditi” bülletenində məlumat verilib.

Bildirilib ki, audit zamanı bir sıra maliyyə və idarəetmə pozuntuları müəyyən edilib.

 Agentlik 2022–2024-cü illərdə ümumilikdə 122 min 798 hektar ərazini təmizləyib. Bu müddətdə 88 098 ədəd partlayıcı vasitə aşkarlanıb, onlardan 68 092-si partlamamış hərbi sursat, 11 145-i piyada əleyhinə, 8 861-i isə tank əleyhinə mina olub.

Bununla belə, audit zamanı müəyyən edilib ki, dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsinə baxmayaraq, yerli istehsalçılarla əməkdaşlıq imkanları tam reallaşdırılmayıb. Eyni zamanda əmək qanunvericiliyinin tələblərinə əməl olunmaması səbəbindən əvvəlki illərə aid istifadə edilməmiş məzuniyyət günlərinə görə 789 min manat kompensasiyanın işçilərə ödənilməsi təmin edilməyib.

Satınalma proseslərində də ciddi pozuntular aşkarlanıb. Satınalma komissiyalarının qeyri-qanuni tərkibi, planlaşdırma və icra zamanı qeyri-şəffaflıq, müsabiqəli deyil, bir mənbədən satınalmalara üstünlük verilməsi, real bazar qiymətləri ilə uyğun olmayan ehtimal qiymətlərlə alışların həyata keçirilməsi kimi hallar qeyd olunub. Bəzi hallarda isə məqbul təkliflər əsaslandırılmadan müsabiqədən kənarlaşdırılıb.

Audit həmçinin göstərib ki, bəzi müqavilələrdə təmizlənməsi nəzərdə tutulan ərazilər çirklənmə səviyyəsinə uyğun şərti bölünmələrlə müəyyən edilsə də, icra zamanı bu nisbətlərin pozulduğu, xüsusilə aşağı səviyyədə çirklənmiş sahələrin sayının süni şəkildə artırılması nəticəsində şirkətlərə tam məbləğdə ödəniş edildiyi müəyyən olunub.

Qurumun mülkiyyətində olan mexaniki minatəmizləmə vasitələrinin dövlət qeydiyyatına alınmaması, maliyyə uçotunun tam elektronlaşdırılmaması, bəzi aktivlərin uçota daxil edilməməsi də aşkar olunan digər nöqsanlar sırasındadır. Belə ki, dəyəri 410 min manat olan aktivlər maliyyə uçotunda əks olunmayıb və dövlət əmlakının dəyəri tam əks etdirilməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://mia.az
archiveBu xəbər 17 Aprel 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri