Icma.az
close
up
RU
Daha bir aparıcıdan imtahan saxtalaşdırılması iddiası

Daha bir aparıcıdan imtahan saxtalaşdırılması iddiası

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Övladım SAT imtahanlarından 1310 bal toplayıb. Amma ADA universitetinə qəbul ola bilmədi. Çünki suallar bəzi kurslar tərəfindən satıldı. Ballar bu il birdən-birə 1500-1600-ə qalxdı. Bu, necə ola bilər?”.

Redaktor.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Aytəkin Mərdanova deyib.

Qeyd edək ki, artıq bir neçə gündür ki, sosial şəbəkələrdə SAT imtahanları ilə bağlı qalmaqallı paylaşımlar davam edir. Belə ki, bir çox valideyn övladının yüksək bal toplamasına baxmayaraq universitetə qəbul ola bilmədiyini deyib. İddia edilir ki, imtahan sualları əvvəlcədən satılıb.

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova ilə instaqramda canlı yayıma girən aparıcı Aytəkin Mərdanova da imtahan suallarının satıldığını iddia edib və oğlunun yüksək bal toplamasına baxmayaraq, universitetə qəbul olmadığını deyib:

“Övladım SAT imtahanına 6 ay hazırlaşdı. 1310 bal toplasa da, bizə heyvandarlıq ixtisası təklif olundu. Övladım isə bu fakültəni istəmir. Oğlum deyir ki, əgər 1500 bal toplayıramsa, gedib Amerikada oxuyaram. Tələbələrə təklif edirdilər ki, kiminsə yerinə imtahana girin. ADA Universitetinə getdim, uşaqlar yüksək balla heç bir yerə qəbul ola bilmirlər. Nə üçün 1500, 1600 bal toplayan uşaqların görüntüsünü yayıb, tanıtmırlar? Paylaşsınlar, biz də tanıyaq həmin istedadlıları. İki il idi xaricdə təhsili düşünürdük. Amma sonra fikrimizi dəyişdik, ötən ilin balına uyğun fakültə seçdik. Ötən il 1240 balla riyaziyyat fakültəsini çoxları qəbul etməyib. Bu il 1440 balla uşaqlar həmin fakültədədir. Çox istəyərdik qanunsuzluq üzə çıxsın. Bundan sonra biz heç həmin universitetə yenidən müaricət edə bilmərik. Amma digər tələbələrin haqqı tapdalanmasın. Onsuz da oğlum Avropa və ya Türkiyədə universitetə gedəcək. Yetəri qədər savadı var. Sadəcə, stress keçirtdik. Necə olur 1310 balla oğlum heç yerə düşmədi?”.

Q.Ataşova məsələ ilə bağlı danışarkən “ Heç Amerikada ingilis dili təmiz olanlar 1600 bal toplamır. Azərbaycanda bu, necə baş verib? Oğlumun ingilis dostu olan qız 1000 bal toplayıb sevinir. Dövlət yüksək balla qəbul olan uşaqları nəzarətə götürməli, yenidən yoxlamalıdır. Həmin sualları satanlar yoxlanılmalıdır. Çünki ölkənin təhlükəsizlik xidmətinə girir bunlar. Kompüterin qarşısında uşaq oturur, amma başqası girib orda onun yerinə imtahanı verir. Yəni uzaqdan idarə edir. Bütün bunlar araşdırılmalıdır. Valideynlər hamısı birlikdə ərizə yazmalı, şikayət etməlidir” sözlərini deyib.

Xatırladaq ki, bir neçə gün öncə  Q.Ataşova da SAT imtahanlarında saxtakarlığa yol verilməsi ilə bağlı paylaşım etmişdi. 

Məlumat üçün bildirək ki, bu il  Azərbaycanda beynəlxalq SAT (Scholastic Assessment Test)
imtahanında yüksək nəticə göstərən abituriyentlərin sayında kəskin artım müşahidə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Avqust 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see968

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see434

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see336

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see255

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see242

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see240

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see232

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see222

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see211

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see207

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see203

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see196

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see194

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see191

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see189

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see188

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see184

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see182

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri