Icma.az
close
up
RU
Daha bir ölkə Avropa İttifaqına üzvlük üçün müzakirələrə başladı

Daha bir ölkə Avropa İttifaqına üzvlük üçün müzakirələrə başladı

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Norveç hakimiyyəti Avropa İttifaqı ilə münasibətlərin yenidən nəzərdən keçirilməsinin zəruriliyini qəbul edir. 
Demokrat.az
xəbər verir ki, bu barədə Norveçin xarici işlər naziri Espen Bart Eyde danışıb.
Nazirin fikrincə, ölkəni bu istiqamətdə düşünməyə vadar edən amillərdən biri hazırkı mürəkkəb beynəlxalq vəziyyətdir. O, dünyada baş verən dəyişikliklərin Norveçin Avropa ilə münasibətlərinə yenidən baxmasını zəruri etdiyini bildirib.
Norveç daha əvvəl iki dəfə – 1972 və 1994-cü illərdə keçirilən referendumlarda Avropa İttifaqına qoşulmaqdan imtina edib. Hər iki halda vətəndaşların əksəriyyəti üzvlüyün əleyhinə səs verib. Bunun əsas səbəblərindən biri balıqçılıq və kənd təsərrüfatı sektorlarının Brüsselin siyasəti nəticəsində əlverişsiz vəziyyətə düşə biləcəyi ilə bağlı narahatlıqlar olub. Eyde qeyd edib ki, həmin dövrdə qlobal vəziyyət daha sabit və əlverişli idi.
Xarici işlər naziri xatırladıb ki, Norveç 1994-cü ildə Avropa İqtisadi Məkanına qoşularkən vahid bazarın üstünlüklərindən yararlanmaq istəyirdi.
"30 ildən çox vaxt keçib və həmin əlverişli dünya artıq mövcud deyil. Biz səmimi şəkildə etiraf etməliyik ki, daha mürəkkəb şəraitdə yaşayırıq. Avropa İttifaqının qoşulmaqdan imtina etdiyimiz hissələri indi getdikcə daha böyük əhəmiyyət kəsb edir”, deyə Espen Bart Eyde bildirib.
"Financial Times” qeyd edir ki, nazir bununla əsasən ticarət siyasəti və gömrük tənzimlənməsi mexanizmlərini nəzərdə tutur.
Nəşrin məlumatına görə, Norveçin baş naziri Yunas Qar Störe də ölkənin Avropa İttifaqına qoşulması ideyasına müsbət yanaşır. Bununla belə, hakim Fəhlə Partiyası hazırda yeni referendum keçirməyi planlaşdırmır. Səbəb isə ictimai rəy sorğularının nəticələridir. Sorğular göstərir ki, norveçlilərin əksəriyyəti hələ də Avropa İttifaqına üzvlüyə qarşı çıxır. (qaynarinfo)
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 İyun 2026 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see339

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see338

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see332

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see302

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see293

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see292

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see266

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see265

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see254

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see248

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see235

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see233

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see232

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see227

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see226

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see222

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see219

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see216

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see204

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri