Daha bir ölkədə F 16 qəzaya uğradı
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Cənubi Koreya hərbi hava qüvvələrinə məxsus F-16C qırıcı təyyarəsi Şimali Kyonsan əyalətinin Yonqcu şəhəri yaxınlığında qəzaya uğrayıb.
Moderator.az xəbər verir ki, bu barədə Cənubi Koreya mediası məlumat yayıb.
Məlumata görə, qəza yerli vaxtla saat 19:30 radələrində (Bakı vaxtı ilə 14:30) təlim uçuşu zamanı baş verib. Pilot təhlükəsiz şəkildə katapult edib. Təyyarə dağlıq əraziyə düşüb, mülki şəxslərə ziyan dəyməyib. Xilasedicilər qəzadan təxminən 40 dəqiqə sonra pilotu 20 metr hündürlükdə bir ağaca ilişib qalmış vəziyyətdə tapıblar. O, xəstəxanaya aparılıb və vəziyyətinin yaxşı olduğu bildirilir.
Qəzadan sonra yaranan meşə yanğını söndürülüb.
Hərbi hava qüvvələri qəzanın dəqiq səbəbini müəyyən etmək üçün xüsusi qrup yaradıb.
Qeyd edək ki, bu gün Türkiyədə də F-16 təyyarəsi qəzaya uğrayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:460
Bu xəbər 25 Fevral 2026 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















